Tofiq Hüseynov (hərbçi): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 56: Sətir 56:
[[Kateqoriya:Azərbaycan Milli Qəhrəmanları]]
[[Kateqoriya:Azərbaycan Milli Qəhrəmanları]]
[[Kateqoriya:Xocalıda doğulanlar]]
[[Kateqoriya:Xocalıda doğulanlar]]
[[Kateqoriya:1954-cü ildə doğulanlar]]
[[Kateqoriya:Qarabağ müharibəsi iştirakçıları]]
[[Kateqoriya:Xocalıda vəfat edənlər]]
[[Kateqoriya:Xocalıda vəfat edənlər]]
[[Kateqoriya:Şəhidlər]]
[[Kateqoriya:Şəhidlər]]

14:55, 26 avqust 2013 tarixinə olan versiya

Tofiq Hüseynov
Doğum tarixi 19 aprel 1954(1954-04-19)
Doğum yeri
Vəfat tarixi 26 fevral 1992(1992-02-26) (37 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları "Qızıl Ulduz" medalı

Tofiq HüseynovAzərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi.

Həyatı

19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-1971-ci illərdə burada məktəbə getmişdir. 1974-cü ildə sovet ordu sıralarına çağırılımış, 1976-cı ildə ordudan tərxis olunmuşdur.

Döyüşlərdə iştirakı

1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. El oğlunun adı cəbhə boyu dolaşdı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilmişdir. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevral oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı o həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu...

Ailəsi

Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

İstinadlar

Həmçinin bax