ABŞ Müdafiə naziri
ABŞ Müdafiə naziri (ing: Secretary of Defense of the United States of America; az: Amerika Birləşmiş Ştatları Müdafiə Katibi) ABŞ Müdafiə Nazirliyinin rəhbəridir. Müdafiə naziri ölkənin müdafiə siyasətinə cavabdehdir və ABŞ Silahlı Qüvvələrində ABŞ Prezidentindən sonra ikinci vəzifəli şəxsdir və Nazirlər Kabinetində ən vacib dörd nazirlikdən biridir.
Müdafiə naziri Birləşmiş Ştatlar prezidenti tərəfindən təyin edilir və Birləşmiş Ştatlar Senatı tərəfindən təsdiqləndikdən sonra vəzifəsinə başlayır. Bugünkü Müdafiə naziri vəzifəsinin icrasına 23 iyul 2019 tarixindən etibarən başlamış Mark Esperdir