Yəşəm

Vikipediya, azad ensiklopediya
Luckas-bot (müzakirə | töhfələr) (Bot redaktəsi əlavə edilir: io:Jaspo) tərəfindən edilmiş 02:32, 23 aprel 2010 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Yaşma daşı
Yaşma

Yəşəm (Yaşma) - silisiumlu çökmə süxur. Kriptokristallik kvarsdan ibarətdir. Rəngi qırmızı, qırmızı-qonur, yaşıl, boz, sarı, narıncı, qonur, qara və ağ olur. Həm birrəngli, həm də müxtəlifrəngli (qarışıqrəngli, ləkəli və zolaqlı) növləri var. Yəşəmdə skeleti opaldan və ya əhəngdən olan dəniz heyvanlarının qalıqları rast gəlir. Yəşəm vulkanik süxurlarla bir yerdə tapılır; qiymətli məmulatların hazırlanmasında və zərgərlikdə istifadə edilir. Yataqları Cənubi Uralda və Altayda, Siciliyada, keçmiş Çexoslovakiyadadır. Azərbaycanda (Xanlar, İsmayıllı rayonlarında) təzahürləri var.

İnsan orqanizminə əhəmiyyəti

Yaşma (yəşəm) - yaxşı müalicəvi enerjiyə malikdir, qara ciyəri, böyrəkləri, öd kisəsini müalicə edir. Yaşıl-mavi rəngli yaşma intuisiyanı gücləndirir, depressiyanı götürür. Qırmızı yaşma ürəyin fəaliyyətini fəallaşdırır, qan dövranını stimullaşdırır. [1].

Mənbə

  1. Qiymətli daşlar (2-ci hissə)

Həmçinin bax