Proqram təminatı mühəndisliyi

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 06:52, 2 oktyabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir [1]

Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir.

Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub.

Proqram təminatının yaradılmasının mərhələləri

Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s. yaradılır. Proqram vasitələrinin işlənilməsi üçün proqramın həyat dövrünün bütün mərhələlərini əhatə edən modellər yaradılmışdır. Böyük proqramları yaradarkən əsasən aşağıdakı mərhələlərdən istifadə edilir:

Proqram Təminatı Mühəndisliyinin koordinasiya komitəsi

Proqram təminatı mühəndisliyinin koordinasiya komitəsi (Software Engineering Coordinating Committee) tərəfindən proqram təminatı mühəndisliyi üzrə biliklər toplusu – SWEEBOK (Software Engineering Body of Knowledge) işlənilmişdir. 2013-cü ildə işlənilmiş son versiyası 15 bilik sahəsini əhatə edir. (SWEEBOK V3) ISO/IEC TR 19759:2005 standartına əsaslanır və uzun illər işləmiş peşəkar mütəxəssilərin bilikləri əsasında hazırlanmışdır [2].

Proqram təminatı mühəndisliyində tələblər

Peşəkar proqram təminatı mühəndisindən aşağıdakı bir və ya neçə bilik və bacarıqlar tələb olunur:

  • sifarişçi ilə ünsiyyət qabiliyyəti;
  • tələblərlərin düzgün müəyyən edilməsi;
  • istifadə edilmiş texnologiyaların seçilməsi;
  • proqramların sazlanması;
  • proqramların sınağı;
  • işlənilmiş modulların mövcud proqrama inteqrasiyası;
  • yeni modulların yazılması;
  • müxtəlif növ sənədlərin tərtibi;
  • layihənin idarə edilməsi və s.

İstinadlar

  1. Kazımov T.H., Bayramova T.A. Proqram mühəndisliyi. Bakı: İnformasiya texnologiyaları, 2013, 188 s.
  2. "SWEBOK V3". 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.

Mənbə

  • Kazımov T.H., Bayramova T.A. AZƏRBAYCANDA PROQRAM MÜHƏNDİSLİYİNİN TƏDRİSİNİN PROBLEMLƏRİ // İnformasiya cəmiyyəti problemləri, 2017, №1, 105–111