Almaniya Milli Kitabxanası

Vikipediya, azad ensiklopediya
WikitanvirBot (müzakirə | töhfələr) (r2.7.1) (Bot redaktəsi əlavə edilir: fa:کتابخانه ملی آلمان) tərəfindən edilmiş 19:49, 20 aprel 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Almaniya Milli KitabxanasıAlmaniyada kitabxana

Almaniya Milli Kitabxanası bu ölkənin əsas arxiv və biblioqrafiya mərkəzi sayılır. Kitabxananın əsas vəzifəsi dünya ölkələrində çap olunan sənədlərin alman dilində çap edilərək qorunub saxlanılmasıdır. 1914-cü ildən fəaliyyət göstərir. Kitabxananın binaları Almaniyanın 3 şəhərində - Leypsiq, Frankfurt-Mayn və Berlində yerləşir. Bu kitabxanalar əvvəlcə ayrılıqda fəaliyyət göstəriblər. 1976-cı ildə hər üç kitabxana birləşib və Almaniya milli kitabxanası adlandırılıb.

Leypsiq kitabxanasında bədii və elmi əsərlər, Frankfurt-Maynda tarixi sənədlər, Berlində isə daha çox musiqi diskləri, qədim vallar saxlanılır. Hazırda Almaniya Milli Kitabxanasında hüquq, fəlsəfə və tibb elminə aid 23 milyon cilddə yaxın müxtəlif sənədlər, kitablar, əlyazmalar və digər biblioqrafiya məhsulları saxlanılır.

Mənbə

Xarici keçidlər