Hacı Qara (film, 1929)
Hacı Qara | |
---|---|
Fayl:Haci Qara.jpg | |
Janr | səssiz film, macəra filmi, komediya filmi |
Rejissor | |
Ssenari müəllifi | |
Baş rollarda | |
Operator | |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 1929 |
Müddət | 65 dəq. |
Ölkələr | |
Dil | səssiz film |
Rəng | ağ-qara[d] |
IMDb | ID0499490 |
Məzmun
Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.
Film haqqında
- Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
- Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.
- Bu film kinodramaturq kimi Cəfər Cabbarlının kinoda ilk işidir. Yəni Cəfər Cabbarlı Azərbaycanın ilk milli kinodramaturqudur.
- Film aktrisa Əzizə Məmmədovanın kinoda ilk işidir.
- Film aktyor Əli Qurbanovun kinoda ilk işidir.
Filmin heyəti
Filmin üzərində işləyənlər
- Əsərin müəllifi: Mirzə Fətəli Axundov
- Ssenari müəllifi: Cəfər Cabbarlı
- Quruluşçu rejissor: Abbas Mirzə Şərifzadə
- Quruluşçu operator: İvan Tartakovski
- Quruluşçu rəssam: Aleksandr S. Qonçarski
- Montaj edən: Abbas Mirzə Şərifzadə
- Bədii Rəhbər: Vsevolod Pudovkin
- Rejissor köməkçisi: Ağarza Quliyev
Rollarda
- Mirzəağa Əliyev - Hacı Qara
- Mustafa Mərdanov - Kərəməli
- K. Vyaznova - Sona
- Ağasadıq Gəraybəyli-Əsgər Bəy
- M.Ə. Qayıbov-Heydər
- Sidqi Ruhulla - Əliyar Bəy
- Mərziyyə Davudova - Tükəz
- Y. Hacıqasımov - Səfərəli
- Hacıağa Şahbazov - Bayraməli Bəy (Sonanın atası)
- Əzizə Məmmədova - Gülsüm (Bayraməli bəyin arvadı)
- Rüstəm Kazımov
- N. Həsənov
- A. Mirzəyev
- Əli Qurbanov - Aşıq
- Əşrəf Yusifzadə