Tural Hümbətov

Vikipediya, azad ensiklopediya
Hilal knight (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:08, 21 iyul 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Tural Hümbətov
Ümumi məlumatlar
Tam adı Hümbətov Tural Hümbətoviç
Doğum tarixi 24 yanvar 1994 (1994-01-24) (30 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 185
Çəkisi 78 kq
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub Pobeda FK
Nömrəsi 3
Karyerası
Gənclik karyerası
2009—2011 Rusiya SDYUŞOR "Smena"
2011—2012 Rusiya Zenit FK akademiyası
Klub karyerası[* 1]
2012—2013 Rusiya Zenit Sankt-Peterburq (ikinci heyəti) 7 (0)
2013—2014 Moldova Nistru Otaci 9 (0)
2014—2015 Azərbaycan Araz-Naxçıvan 12 (0)
2015 Azərbaycan İnter Bakı
2015—2017 Azərbaycan AZAL
2017—hh Şimali Makedoniya Pobeda
Milli yığma[* 2]
2010—2011 Azərbaycan Azərbaycan U-17 milli futbol komandasl 3 (0)
2011—2012 Azərbaycan Azərbaycan U-19 milli futbol komandası
2015 Azərbaycan Azərbaycan U-21 milli futbol komandası

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tural Hümbətov (24 yanvar 1994, Sankt-Peterburq, Rusiya) — müdafiəçi mövqeyində oynayan Azərbaycan futbolçusu. 2017-ci ildən Makedoniyanın "Pobeda" klubunda çıxış edir. 17, 1921 yaşadək Azərbaycan yığma komandalarının şərəfini qoruyub.[1] Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə salınmışdır.[2]

Həyatı

Tural Hümbətov 1994-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Futbolla 10 yaşında məşğul olmağa başlamışdır, onun ilk klubu Vasili Aleksandroviç Kostrovskinin çalışdırdığı DYUSŞ "Smena" klubu olmuşdur. Bir il sonra o, Sankt Peterburqun "Turbostroitel" komandasına (indiki "Zenit-84") keçir, burada məşqçisi Protasov Sergey İvanoviç olur. Klubun kapitanına çevrilən Tural burada 4 il keçirir. 2009-cu ildən 2011-ci ilə qədər Romanov Sergey İvanoviçin rəhbərliyi altında olan SDYUŞOR "Zenit"in oyunçusu olur

2011-ci ildə Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur.

Klub karyerası

Çempionat

Rusiya

2011-ci ilin əvvəlində Zenit futbol komandasının Akademiyası ilə müqavilə bağlayır, 18 yaşadək komandanın tərkibində "Severo-Zapad" birinciliyində bir il keçirir. 2012-ci ildən 2013-cü ilə qədər 53 nömrə altında[3] "Zenit" klubunun əvəzedici heyətinin üzvü idi.[4]

Moldova

2013-ci ilin fevralında "Nistru Otaci" adlı Moldova klubuna transfer olunur. Moldovalılarla bir illik müqavilə imzalamasına baxmayaraq, 2013-cü ilin iyulunda dizindəki zədə üzündən yarım illiyə sıradan çıxır və klubu tərk edir. "Nistru"nun əsas heyətində oynadığı müddətdə Moldovanın yüksək diviziyonunda 9 oyun keçirib və ümumilikdə 729 dəqiqə oynayıb.[5]

Azərbaycan

2014-cü ildə Azərbaycana yollanır və yanvar ayında "Araz-Naxçıvan" klubu ilə illik müqavilə imzalayır.[6] Birinci diviziyonda yarımil çıxış etdikdən sonra, komandasıyla birgə Premyer Liqaya yüksəlir. Amma 3 aydan sonra komanda maddi səbəblərdən dağılır.

Bir ay sonra "İnter Bakı" ilə mövsümün sonunadək müqavilə imzalayır.

2015-ci ilin iyulunda Tərlan Əhmədovun dəvəti ilə "AZAL"-a keçir.

2017-ci ildə Makdeoniyanın "Pobeda" klubu Facebook hesabı ilə Tural Hümbətovla bir illik müqavilə imzaladığını açıqladı.[7]

Milli futbol karyerası

U-17

22 oktyabr 2010-cu ildə Faru şəhərində Azərbaycanın 17 yaşadək gənclərdən ibarət milli komandasının heyətində Avropa Çempionatının kvalifikasiya matçında Portuqaliya yığması ilə görüşdə debüt edib.[8]

U-19

2011-ci ildən 2012-ci ilə qədər Azərbaycanın 19 yaşadək yeniyetmələrdən ibarət yığma komandasının üzvü olub və onun heyətində FİFA-nın birinci vitse-prezidenti Qranatkinin xatirəsinə həsr olunmuş futbol üzrə yeniyetmə komandaların beynəlxalq turnirində iki dəfə iştirak etmişdir.[9]

Xarici keçidlər

Mənbələr

  1. Azərbaycanlı futbolçu Makedoniya klubunda - Foto 
  2. "Millimizin İslamiada üçün heyəti açıqlandı" Qol
  3. Состав дубля Зенита 2012/13 (rusca)
  4. «Зенит» (Санкт-Петербург) Состав команды. Чемпионат России–2012/13 (rusca)
  5. Tural Hümbətov moldova.sports.md saytında
  6.  "Araz Naxçıvan" 10 futbolçunu sinağa çəkir
  7. "Azərbaycanlı futbolçu Makedoniya klubunda - Foto"
  8. Portugal U17 vs. Azerbaijan U17 2 - 0 (ingiliscə)
  9. Мемориал Валентина Гранаткина - Национальная сборная Азербайджана (Игроки 1994 года рождения)