Taiti
Taiti - Sakit okeanda, Cəmiyyət adaları qrupunda ən böyük ada. Fransa Polineziyası tərkibindədir. Sahəsi 1042 km2. Əhalisi 178,133 (2007 ildə). Ən böyük şəhəri - Papeete. Ada iki dağ massivindən ibarətdir. Mərcan rifləri ilə əhatə olunmuşdur. İllik yağınti 1400 mm. Rütubətli tropik meşələr var. Kokos palması, banan, şəkər qamışı, ananas və s. becərilir. Mirvari çıxarılır, balıq ovlanır.
Vikianbarda Taiti ilə əlaqəli mediafayllar var.