48°56′35″ şm. e. 19°35′35″ ş. u.HGYO

Xopok dağı

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 12:42, 3 sentyabr 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Xopok dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.023,6 m, 2.024 m[1]
Yerləşməsi
48°56′35″ şm. e. 19°35′35″ ş. u.HGYO
Ölkə  Slovakiya
Xopok dağı xəritədə
Xopok dağı
Xopok dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xopok (slovak. Chopok) — Slovakiyada dağ zirvəsi. Hündürlüyü 2024 metr[2] olan bu dağ Alçaq Tatra silsiləsinin üçüncü ən hündür zirvəsidir ( Dyumber və Ştyavnitsa zirvələrindən sonra). Xopok dağı Slovakiyanın mərkəzi hissəsində yerləşir. Xopok zirvəsindən Yüksək Tatraya silsiləsinə, Liptov bölgəsinə və Qron çayı vadisinə gözəl mənzərə açılır. Zirvəyə yaxın ərazidə kiçik bir çay evi var (Kamenná chata).

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Xopok dağı avropa piyada marşrutu olan E8 -in üzərində, Dyumbler və Dereşe zirvələri arasında yerləşir. Əlavə olaraq zirvəyə şərqdən qərbə doğru hərəkət etməklə çatmaq mümkündür. Həmçinin turist cığırı ilə şimaldan (Demenovska vadisi ilə) və ya cənubdan (Tranqoşka və Srdeçko avtobus dayanacaqlarından) getmək mümkündür. Kant yolunun qalxdığı ən yüksək zirvələr, şimal yamacında olan Xopok Uboçdur (1834 m) və cənub yamacında olan Kosodrevinadır (1494 m).

Ərazidə orta illik temperatur −1 ° C-dir. Qeydə alınmış ən yüksək temperatur 18 ° C olmuşdur. Ən aşağı temperatur isə −27 ° C-dir. Yanvar ayının orta temperaturu −8 ° C, iyul ayının orta temperaturu isə — 6 ° C-dir. Xopok dağı Slovakiyanın ən küləkli bölgəsidir.

Dağın şimal və cənub yamacı Slovakiyanın ən yaxşı dağ-xizək yamaclarından biridir. Şimal yamacında üç dağ-xizək zonası var: 21 km -lik xizək yolu, iki kanat yolu, beş qaldırıcı oturacaq, on qaldırıcı oturacaq stansiyası. Cənub yamacında isə bir qaldırcı oturacaq və altı qaldırıcı oturacaq stansiyası var.[3][4][5]

  1. (unspecified title).
  2. Chopok, su Peakware.com.[ölü keçid]
  3. "Arxivlənmiş surət". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  4. "Arxivlənmiş surət". 2011-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  5. "Peakware World Mountain Encyclopedia". 2012-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.