Qonşum Totoro
Qonşum Totoro | |
Yapon poster | |
Anime | |
Rejissor | Hayao Miyazaki |
---|---|
Ssenarist | Hayao Miyazaki |
Bəstəkar | Co Hisayşi |
Studiya | Studio Ghibli |
Vaxt | 88 dəqiqə |
Qonşum Totoro (となりのトトロ Tonari no Totoro) - Hayao Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Film doqquz yaşlı Satsuki və beş yaşlı Meyın meşənin gözətçisi ruh Totoro ilə gorüşdən bəhs edir. Ailə kəndə köçəndən sonra qızlar yaşadığı evdə susuvatari ruhları ilə qarşılaşırlar. Kiçik Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür.. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Setsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur.
Totoro onlara bambuk yarpaqlarına bükülmüş tumlar verir, qızlar tumları əkir, Totoro isə tumların boy artmağına kömək edir. Gələn gün xəstəxanadan xəbər gəlir, ki qızların anası gələcək bazar günü evə qayıda bilməyəcək. Əhvali-ruhiyyəsi pozulmuş Mey bacısından küsür və anasını axtarmağa gedir və yolda itir. Satsuki və qonşuları Meyın axtarışına düşür, lakin onu tapa bilmirlər. Satsuki Totorodan Meyı tapmağı xahiş edir. Nekobus Mey və Satsukini Sitikoku xəstəxanasına aparır və qızlar analarını görurlər.
Təsir
[redaktə | mənbəni redaktə et]Başqa əsərlərdə qeyd olunması
[redaktə | mənbəni redaktə et]- Hayao Miyazakinin başqa animesi “Kikinin çatdırma xidmətində” atası yataqda oturan kadrda plüşdan hazırlanmış Totoronu görmək olar.
- “Ponyo” animesində Risa openinqdəki mahnını zümzümə edir. Həmçinin, soyuducunun üstündəki çoxsaylı maqnitlərin arasında Totoro da var
- Makoto Şinkayın “5 santimetr saniyəyə” animesində Nekobus formasında maqnit var.
- Pixar studiyasının Oyuncaqların hekayəsi 3 çizgi filmində Totoro yumşaq oyuncağı var
Ayrıca
[redaktə | mənbəni redaktə et]- Totoronun adına Vyetnamdan olan peripatus var, Eoperipatus totoro Oliveira et al., 2013[1]. O, Totoronun hərəkət etdiyi onurğasıza oxşayır. Həmçinin Totoronun adına asteroid var (10160 Totoro)[2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Oliveira, I. D. S.; Schaffer, S.; Kvartalnov, P. V.; Galoyan, E. A.; Palko, I. V.; Weck-Heimann, A.; Geissler, P.; Ruhberg, H.; Mayer G. A new species of Eoperipatus (Onychophora) from Vietnam reveals novel morphological characters for the South-East Asian Peripatidae // Zoologischer Anzeiger - A Journal of Comparative Zoology (ingilis). 2013. doi:10.1016/j.jcz.2013.01.001.
- ↑ "Arxivlənmiş surət". 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.