46°31′06″ şm. e. 6°36′09″ ş. u.HGYO

Bua-de-Vo qəbiristanlığı

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (Bot: tənzimləmə) tərəfindən edilmiş 20:35, 26 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qəbiristanlıq
Bua-de-Vo qəbiristanlığı
Xəritə
Ölkə
Yerləşdiyi yer Lozanna[1], Vo kantonu[1]
Dəfn sayı 26 min
Sayt lausanne.ch
46°31′06″ şm. e. 6°36′09″ ş. u.HGYO
Bua-de-Vo qəbiristanlığı xəritədə
Bua-de-Vo qəbiristanlığı
Bua-de-Vo qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bua-de-Vo qəbiristanlığı (fr. Cimetière du Bois-de-Vaux) — İsveçrənin Lozanna şəhərinin mərkəzi nekropollarından biri.

Qəbiristanlıq milli əhəmiyyətli mədəni irs kimi tanınır (fr. bien culturel suisse d'importance national).

Qəbiristanlığın açılması qərarı XX əsrin əvvəllərində, Lozannanın digər qəbiristanlıqlarında dəfn üçün, demək olar ki, yer qalmadığı üçün qəbul edildi. Yeni nekropolun memarlıq dizaynı üçün müsabiqə elan edildi, qalib Alfons Laverryer oldu. Parisdəki Per-Laşez qəbiristanlığından ilham alan Laverryer, 1922-ci ildən 1951-ci ilə qədər qəbiristanlığın ümumi konsepsiyası üzərində işləmişdir: Bua-de-Vonun mərkəzində fəvvarə və güllüyü olan park sahəsi düzəltdi, eyni zamanda öz məzarının və bir sıra digər məzar daşlarının layihəsini hazırladı.

Hazırda dəfnlərin ümumi sayı 26 minə çatır[2]. Müasir Olimpiya Oyunlarının qurucusu Pyer de KubertenKoko Şanel də daxil olmaqla bir çox məşhur insanlar burada dəfn olunmuşdur.

Şəhərdə dəfn edilməsini istəyən ABŞ yepiskopu Çarlz Brent 1929-cu ildə Lozanna şəhərində vəfat edəndə, hakimiyyət qəbiristanlıqda tanınmış əcnəbilərin dəfn edilməsi üçün bir yer ayırmışdı[3].

Görkəmli qəbirlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Swiss Inventory of Cultural Property of National Significance, February 2017. Swiss Federal Office for Civil Protection, 2017.
  2. "Bois-de-Vaux cemetery". lausanne-tourisme.ch (ingilis). 2020-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-20.
  3. Alexander Clinton Zabriskie Bishop Brent, crusader for Christian unity (1948), p. 196.
  4. David Arscott, The Olympics, A Very Peculiar History (2011), p. 40
  5. Swiss News (1998), p. 43: "Chanel's grave in the Bois de Vaux Cemetery, Lausanne, is in plot No. 130 0/9."