Vikipediya:Qadcetlər/Vikiverilənlərə ixrac
Qadceti işə salmaq
[mənbəni redaktə et]Sözügedən qədceti Nizamlamalar→Qadcetlər→Vikiverilənlər→Məlumat qutularından Vikiverilənlərə məlumatı sürətli ixrac etmək
qısayolundan aktivləşdirmək, Qeyd et
düyməsini sıxmaq lazımdır. Bundan sonra Vikiverilənlər parametrləri qoşulmuş şablonlarda bəzi parametrlərin fon rənginin dəyişdiyini müşahidə edəcəksiniz.
Parametrlərin fonu sarı və qırmızı rəngdə ola bilər. Sarı fon həmin bölmədən ən azı bir parametrin, qırmızı isə heç bir parametrin Vikiverilənlərdə olmadığını bildirir. İxrac etmə əməliyyatı uğurlu və ya uğursuz ola bilər. Uğursuz olma halı yalnız sadə, keçid verilməyən mətnlərin ixrac olunmasına çalışıldığı zaman baş verir.
Qadcetdən istifadə qaydası
[mənbəni redaktə et]Əgər qırmızı və ya sarı fonlu bölmələrlə rastlaşmısınızsa, həmin fon rənginin üzərinə iki dəfə klikləməklə ixracat pəncərəsi ilə tanış olacaqsınız. Buradan uyğun göstəriciləri seçib İxrac et düyməsini klikləyin. Bundan sonra həmin məlumat Vikiverilənlərə yerləşdiriləcək və bununla digər dillərdə bu sistemlə işləyən şablonlar avtomatik dolacaq.
Üstünlükləri
[mənbəni redaktə et]- Vaxta qənaət edir.
- Köhnəlmiş məlumatları bir neçə saniyədə yeniləməyə yardımçı olur.
- Doğum və ölüm yeri parametrlərində yalnız ən kiçik ərazi bölgüsü seçilir. Məsələn,
Bakı, Azərbaycan SSR, SSRİ
parametrindən yalnızBakı
bazaya daxil ediləcək. Buna səbəb Vikiverilənlərin məhz bunu tələb etməsidir. - Vikiverilənlərdə Azərbaycanca Vikipediyadan məlumatların daxil edilməsi prosesi sürətlə artır.
Qeydlər
[mənbəni redaktə et]- Qadcet yalnız Vikiverilənlər qoşulmuş şablonlarda istifadə oluna bilər. Əgər hansısa şablonda bu qədcet işə düşmürsə, deməli ilk öncə həmin şablonda uyğunlaşdırma aparılmalıdır.
- Bütün parametrləri Vikiverilənlərə ixrac etmək mümkün deyil. Buna səbəb Vikiverilənlərdə buna uyğun parametrin olmaması və şablonların həmin göstəricilərə qoşulmamasıdır. Buna baxmayaraq ən vacib məlumatları ixrac etmək mümkündür.
Diqqət etməli məsələlər
[mənbəni redaktə et]- Yalnız dəqiq bildiyiniz parametrləri ixrac etmək lazımdır. Əks halda Vikiverilənlərdə məlumatların qarışma ehtimalı var.
- Bəzən lazımsız parametrlər də Vikiverilənlərə daxil oluna bilər. Nümunə üçün, bir alim haqqındakı məqalənin şablonundakı
Elmi dərəcəsi
bölməsinəTarix elmləri doktoru
parametri əlavə olunubTarix
məqaləsinə keçid verilibsə, qədcet avtomatik VikiverilənlərdəkiElmi dərəcəsi
parametrinəTarix
məqaləsini əlavə edəcək. Buna görə də hər bir parametrin sahəyə uyğun olduğuna diqqət etmək lazımdır. - İntervikisi səhv verilmiş parametrləri ixrac etdikdən sonra problem yaşana bilər. Buna görə də ixrac olunacaq parametrin intervikisinin düzgün olduğundan əmin olmaq lazımdır.
- İntervikisi olmayan parametrləri ixrac edərkən həmin parametr Vikiverilənlərdə "Q123456789" şəklində verilə bilər. Bu Azərbaycanca Vikipediya üçün problem deyil, lakin mümkündürsə, həmin elementin ingiliscə adını və izahını da əlavə etmək digər dildə fəaliyyət göstərən istifadəçilərə də kömək edəcək.