Xristoloji mübahisələr

Vikipediya, azad ensiklopediya
Firuza (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 13:12, 10 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Xristoloji mübahisələrxristianlıqda İsanın mahiyyəti haqqında gedən mübahisələr.

IV əsrin sonunda, arianlıq tamamilə məğlub ediləndən sonra, İsanın Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması ideyaları Xristianlığın rəsmi dini doktrinasına çevrildi. Lakin bu qalibiyyət rəsmi Kilsəni yeni problemlərlə üzləşdirdi. Məsələ bundadır ki, əgər İsa Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan kimi gəlmişdirsə, onda deməli İsa hər iki təbiətə malikdir. Ancaq dünyaya gələn İsada İlahi təbiətin insan təbiəti ilə hansı şəkildə, hansı münasibətdə birləşməsi sualı yaranmışdır.

Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır.

İsanın təbiəti haqqında IV əsrin sonunda müxtəlif fikirlər mövcud idi. Bəziləri onu insan, digərləri isə, Tanrı kimi qəbul edirdilər. Tertullianus "De Carne Christi" əsərində, onu insan bədəninə girmiş Loqos kimi təsəvvür edirdi. Origenus hesab edirdi ki, İsada in-san ruhu vardır. İsanın təbiəti haqqında daha da çox Laodikiyalı Apolinarios düşünmüşdür. Onun fikirləri monarxianlara və arianlara daha da yaxın idi. O hesab edirdi ki, İsada iki təbiət eyni zamanda ola bilməz. Onda olan insani mahiyyət tam və kamil deyildir. İsada insan ruhu deyil, onun əvəzində Loqos vardır[1]. Yəni insan bədəni İlahi Loqosla idarə edilirdi. Lakin bu fikir Kilsə tərəfindən dəstəklənməmişdir. Kappodokiyalı atalar İsada insan ruhunun olduğunu iddia etmişdirlər. Bununla belə, onlar İlahi və insani təbiətin İsada necə yerləşməsi məsələsinə aydınlıq gətirə bilməmişdirlər. Nissalı Qreqorios hətta İsanın insan təbiətinin sonradan ilahi təbiətə çevrilməsi fikrinə çox yaxınlaşmışdır.

Qeyd etmək lazımdır ki, Xristianlıqda xristoloji məsələ, tam olaraq, həll olunmamışdur.

Xristoloji mübahisələrin nəticəsində Xristianlıqda bir neçə təriqət yaranmışdır:

  1. Nestorianlıq
  2. Monofizitizm
  3. Monofelitlik
  4. İkonomaxiya
  1. А. В. Карташев. Вселенские Соборы. Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine Париж, 1963.