Alfred Sisley

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 17:26, 25 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Alfred Sisley
fr. Alfred Sisley
Doğum tarixi 30 oktyabr 1839(1839-10-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 yanvar 1899(1899-01-29)[1][2][…] (59 yaşında)
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Fəaliyyəti rəssam, işləmə ustası, litoqraf
Təhsili
Janrlar peyzaj[4][5], natürmort[5]
Stil impressionizm[5]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Sisley (ing. Alfred Sisley;30 oktyabr 1839[1][2][…], Paris[3]29 yanvar 1899[1][2][…]) — ingilis əsilli fransız rəssam-peyzajist[6], impressionizm cərəyanının nümayəndəsi.

Alfred Sisley 1899-cu il yanvarın 29-da, 1880-ci ildən etibarən çoxsaylı mənzərələrini çəkdiyi Moret-sur-Loing şəhərində vəfat etmişdir. Sisleyin timsalında, yaşadığı dövrdə uğura nail ola bilməyən yeganə dahi impressionist itirilmişdir. Paul Durand-Ruel və George Petit kimi incəsənət xadimlərinin ona maddi və mənəvi yardım təklifləri irəli sürməsinə, həmçinin onun əsərlərini Parisdə və əcnəbi ölkələrdə sərgiləməyə səy göstərməsinə baxmayaraq, Sisley layiq olduğu müvəffəqiyyəti sağlığında qazanmamışdır.

Bununla belə, vəfatından bir il sonra – 6 mart 1900-cü ildə onun "Port-Marlidə daşqın" ("ing. Flood at Port-Marly") adlı əsəri hərracda Count İsaac de Camondo tərəfindən alınarkən, qiyməti yüksək məbləğə qaldırılır. Beləcə, sağ ikən onu tərk etmiş uğur, vəfatından cəmi bir il keçdikdən sonra, adı vasitəsilə qazanıldı.

Sisley, impressionizm peyzajlarında təbiətin ən çox hiss edilməyən nüanslarını belə qabarıq şəkildə ifadə etməyə müvəffəq olan Corot və Mone kimi sırf peyzaj rəssamı idi.

Əslən ingilis olan Sisley 1839-cu ildə, Parisdə doğulmuşdur. Atası Britaniyalı kommersant idi. 1857-ci ildən 1861-ci ilə qədər ailəsi onu kommersiya üzrə təhsil almaq üçün Londona göndərir. Lakin Sisley atasının istəyinə baxmayaraq, rəssam olmaq niyyətində idi. Buna görə də o, 1862-ci ildə Paris Təsviri Sənətlər Məktəbinə; Mark Qabriel Şarl Qleyr emalatxanasına daxil olur. Sisley burada Pyer-Ogüst Renuar, MoneFrederik Bazil ilə dostluq ünsiyyətləri qurur.

1864-cü ildə Charles Gleyre Təsviri Sənətlər Məktəbində tədrisini dayandırdıqda, Sisley dostları ilə birlikdə məktəbi tərk edir və atasının ona göstərdiyi maddi yardımın sayəsində 1865-ci ildən 1866-cı ilə qədər özünü bütövlüklə açıq havada rəsm çəkməyə həsr edir.

Sisley, ikin dövrlərindən etibarən – Pissarro kimi – yaradıcılığını əsasən peyzaj rəsmlərinə və kənd küçələrinin, yaxud da Paris çaylarının təsvirinə həsr edirdi.

Mone və Renuar ilə birlikdə işləmək üçün, Sisley onlarla tez-tez görüşürdü. Onun ilk əsərləri Kourbet, Korot və Daubiqni realizmindən bəhrələnmişdir.

Sisley Rəsmi Salona 1866, 1868, 1870-ci illərdə qəbul olunur. Onun rəsmləri müəllifin, ağacların və tikililərin rəngli təəssüratlarına və mənzərənin üstündəki buludların, habelə gün işığının dəyişən effektlərinə olan güclü marağını göstərir.

1866-cı ilin iyun ayında, Sisley, Eugènie Lescouezec adlı, kübar ailədən olan bir model xanımla ailə qurur və bu nikahdan onların iki övladları dünyaya gəlir. 1868-ci ildə, Auguste Renoir onlara "Alfred Sisley və onun xanımı" ("Alfred Sisley and his wife") kimi tanınan "Nişanlı cütlük" ("The engaged couples") adlı məşhur rəsm əsərini ithaf edir. 1869-cu ildə, Sisley ailəsi ilə birlikdə Lyuvensendə məskunlaşır. 1870-ci ildə isə Franko-prussiya müharibəsi onların ailəsinin dağılmasına səbəb olur. Belə ki, indi Sisley artiq yaxşı ictimai vəziyyəti olan gənc deyil, ömrünün sonunadək çətinlik içində yaşayan adi bir rəssam olur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1871-ci ildə, "Paris kommunası" kimi tanınan vətəndaş müharibəsi onu Londanda sığınacaq tapmağa vadar edir. Burada o, fransız rəssamlarının əsərlərini sərgiləmək üçün qalereya açmış incəsənət xadimi Paul Durand-Ruel ilə tanış olur. Hadısələrdən qısa müddət sonra o, yenidən Fransaya qayıdır. Lakin 1874-cü ildə o, Parisi birdəfəlik tərk etməli və Marly-le-Roi ərazisində məskunlaşmalı olur.

1874-cü ildə, impressionistlər qrupunun ilk sərgisini nümaiş etdirən 31 iştirakçıdan biri də məhz Sisley olur. Sonra isə, 1876 və 1877-ci illərdə o öz əsərlərini sərgiləyir, lakin orada bu əsərlər ona rəğbət qazandırmır və tənqidçilərin də xüsusi diqqətinə səbəb olmur.

O dövrlər, Sisley əsasən Argenteuil, Marly və Bougival ərazilərində rəsm çəkirdi: "Bujival dayanacağında qayıqlar"-1873 ("Boats at Bougival lock"), "Lyuvesendə qar" – 1874 ("ing. Snow in Louveciennes"), "Port-Marlidə daşqın" – 1876 ("ing. Flood at Port-Marly") onun həmin vaxtlar çəkdiyi ən məşhur əsərlərindəndir.

1883-cü ildə, Durand-Ruel onun əsərlərindən ibarət fərdi sərgi açır və onun rəsmlərindən bəzilərini alır. Bununla belə, Sisley yaradıcılığına maraq hələ də kifayət qədər deyildi.

1880-ci ildən sonra Sisley tənhalığa üz tutaraq Moret-sur-Loing şəhərində məskunlaşır. Sisley burada, ona ilham verəcək elə yerlər kəşf edir ki, o, məhz bu ərazidə, indiki məşhur rəsm əsərlərini yorulmadan çəkməyə başlayır: "Moret-sur-Loing qovaqları"-1888 ("Paplars at Moret-sur-Loing"), "Moret körpüsü" – 1893 ("ing. The Bridge of Moret") kimi əsərlərini bu silsiləyə şamil etmək olar. O, açıq havada bu ərazinin, ilin istənilən fəsildəki mənzərəsini çəkməkdən zövq alırdı.

Alfred Sisley ömrünün son illərini burada çox sadə şəraitdə yaşayır və hələ 1895-ci ildən etibarən xahiş etdiyi – fransız vətəndaşığı – ona verilmədən, 1899-cu ildə vəfat edir. Yalnız ölümündən sonra, Sisley dahi İmpressionist rəssamlarından biri kimi tanınır.

Alfred Sisley öz dəst-xəttində daima İmpressionizmə sadiq qalsa da, eyni zamanda ilk bəhrələndiyi Corot və Daubigny ilə olan sıx təmaslarından doğan təsir də əsərlərində özünü göstərir.

Alfred Sisley rəsmləri – gözəlliyin, aydınlığın və işıqlılığın müsbət mühitini göstərir və İmpressionizm nailiyətinin yüksək dərəcəsini özündə əks etdirir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Alfred Sisley (nid.).
  3. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. Union List of Artist Names (ing.).
  5. 1 2 3 RKDartists (nid.).
  6. "Французский живописец Альфред Сислей (1839-1899)". 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.