Alliqator
Alliqator | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsiləüstü: Klad: Fəsilə: Yarımfəsilə: Cins: Alliqator |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Alliqator (lat. Alligator) — Alliqatorlar fəsiləsinə aid cins. Alliqator cinsi özündə 2 müasir: Amerika və ya Missisipi alliqatoru (Alligator mississippiensis) və Çin alliqatoru (Alligator sinensis) növlərini birləşdirir.
Sözün mənşəyi
[redaktə | mənbəni redaktə et]“Alliqator” sözü Azərbaycan dilinə ingilis dilindəki “alliqator” sözündən gəlmişdir. İngilis dilinə isə ispan dilindən tərcümədə kərtənkələ mənasını verən "el lagarto" sözündən daxil olmuşdur. Timsah sözü isə ərəb sözüdür. Peçeneqlər, kumanlar, qıpçaqlar, basmıllar, oğuzlar, qarluqlar, türkeşlər, xəzərlər, göytürklər, uyğurlar, dunay bulqarları, kiməklər isə timsaha alavan demişdirlər.
Fiziki quruluşları
[redaktə | mənbəni redaktə et]Alliqatorlar timsahlardan və qaviallardan küt, dairəvi ağız quruluşları ilə seçilir.
İki alt növ vardır
- Amerika alliqatoru (Alligator misisipiensis)
- Çin alliqatoru (Alligator sinensis)
Təsviri
[redaktə | mənbəni redaktə et]Hər 2 növün bədəninin rəngi daha tünddür (demək olar ki, qaradır) və yaşadığı suyun rəngindən asılı olaraq dəyişilir. Ən iri Missisipi alliqatorunun bədən uzunluğu 4,5 m-ə yaxın olmuşdur. Çin alliqatoru xeyli kiçikdir, onun uzunluğu 2 m-dən böyük deyildir[3].
Yayılması
[redaktə | mənbəni redaktə et]Bu cinsin nümayəndələri, göründüyü kimi, dünyada yalnız Amerika Birləşmiş Ştatlarında və Çində yayılmışlar. Amerika alliqatoru ABŞ-nın şərq sahili boyunca, Şimali Karolinadan tutmuş Texasa qədər bütün ərazilərdə sıx yayılmışdır. Florida ştatında fərdlərin sayı bir milyondan artıqdır. Qış yuxusuna gedə bilir. Çin alliqatoru isə yalnız Yantszı çayının məcrası boyu yayılmışdır. İtməkdə olan növdür, mühafizəsinə ehtiyac var[4].
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Missisipi alliqatoru əldə edə bildiyi hər bir canlı ilə qidalanır. Böyüdükcə daha iri ölçülü qurbanlara üstünlük verir. İnəklərə, ayılara və atlara da hücum etdiyi qeydə alınmışdır. Kiçik ovunu çənəsində əzib bütöv uda bilir. İri qurbanı suyun altına çəkib boğur və parçalayıb yeyir. Çin alliqatoru isə kiçik bədən ölçülərinə görə çoxlu miqdarda kiçik heyvanlarla qidalanır. Hər 2 növ cəmdəkdən də imtina etmir. Timsahlardan fərqli olaraq bu cinsin nümayəndələri insanlara qurban kimi baxmırlar, çox nadir hallarda onlara hücum edirlər. Bununla belə Amerika timsahı onu hirsləndirdikdə insana hücum edib onu öldürə bilər. Çin alliqatoru dəstənin ən sakit nümayəndəsidir, insana qətiyyən hücum etmir.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Alliqatorların cinsi yetkinliyi onların bədən ölçülərindən daha çox asılıdır. Belə hesab edirlər ki, Missisipi alliqatorunun boyu 1,8 m-dən, Çin alliqatorunun boyu isə bir metrdən artıq olduqda çoxalma qabiliyyətli olurlar. Cütləşmə yazda baş verir. Dişi sahildə otdan yuva qurur, 20–70 ədəd yumurta qoyur. Yuvanı dişi qoruyur, balalarını bir ilədək mühafizə edir[5].
Yetişdirilməsi
[redaktə | mənbəni redaktə et]Dərisinə görə Florida, Luizana və Texas ştatlarında alliqator geniş bəslənilir. ABŞ-də ildə 45 min ədəd dəri istehsal edilir. Hər il 150 min kq alliqator əti bazara çıxarılır. Cin alliqatoru isə növün saxlanılması naminə xüsusi fermalarda çoxaldılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2012.
- ↑ Cuvier Sur les différentes espèces de crocodiles vivans et sur leurs caractères distinctifs (fr.). // Annales du Muséum National d'Histoire Naturelle 1807. Vol. 10. P. 25. ISSN 1256-2599
- ↑ "Louisiana Fur and Alligator Advisory Council". 2014-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-23.
- ↑ "The IUCN Red List of Threatened Species". IUCN Red List of Threatened Species. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
- ↑ Mark W. J. Ferguson; Ted Joanen. "Temperature of egg incubation determines sex in Alligator mississippiensis". Nature. 296 (5860). 1982: 850–853. doi:10.1038/296850a0. PMID 7070524.