Rodonit

Vikipediya, azad ensiklopediya
Mr. Hüseynov (müzakirə | töhfələr) (Yeni məlumatların əlavə olunması) tərəfindən edilmiş 20:14, 16 iyul 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Rodonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Mn²⁺SiO₃
Strunz təsnifatı VIII/D.13[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rodonit CaMn4 [Si5O15] —(yunanca "rodon" qızılgün deməkdir) Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Faulerit (5-8 %-dək ZnO, 3-9 %-dək FeO, 6-7%-dək CaO), sixutsunit–maqneziumlu rodonit.

Rəng – səciyyəvi cəhrayıdan tünd- və qəhvəyimtil-qırmızıyadək; bu fonda çox vaxt törəmə Mn hidroksidlərinin qara ləkələri, damarcıq və dendritləri müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi, donuq; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək, bəzən şəffaf; Sıxlıq – 3,67-3,76; Sərtlik – 5,5-6,5; Ayrılma – {110} üzrə 92° bucaq altında mükəmməl, {010} üzrə – orta; Sınıqlar – dənəvərlik dərəcəsindən asılı olaraq hamar, qabıqvarı, pilləri; Morfologiya – kristallar: nadir hallarda izometrik lövhə şəkilli, bəzən prizmatik; Mineral aqreqatları: bütöv sıx və dənəvər kütlələr, tək-tək hallarda–nodullar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Əsasən metamorfik yolla əmələ gəlir. Çökmə manqan filizlərinin regional və kontakt metamorfizmi nəticəsində meydana çıxır, gilli və kristallik şistlərdə, habelə bəzi başqa metamorfik süxurlarda rast gəlir. Kontakt-metasomatik yolla da əmələ gəlir. Manqanla zəngin ətraf süxurları assimilyasiya etmiş qranit peqmatitlərində qeyd edilir. Bəzən mineralın hidrotermal əmələgəlmələrinə də rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: braunit, manqanit, tefroit, franklinit, bustamit, Mn – qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər : Sverdlovsk (monolitləri 47 tonadək) və Maqnitoqorsk şəhərləri yaxınlığında, Primorsk ölkəsi (Rusiya); Kapnits, Rozia Montana (Rumıniya); Devonşir, Kornuoll (Böyük Britaniya); Boriyeva, Qradişşe (Bolqarıstan); Lonqban (İsveç); Bxandra (Hindistan); Broken-Xill (Avstraliya); Xonsyu ad. (Yaponiya); Ksonotla (Meksika) və b. Azərbaycanda mineralın kiçik yığınları Dəlidağ qranitoid intruzivinin endokontakt zonasında Qaranlıq sahəsində aşkar edilmişdir.

Yaxşı məmulat daşıdır. Rodonitin oksidləşmə məhsullarının mühüm yığınlarından manqan filizi kimi qara metallurgiyada istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]