Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Medalların əyarına görə idmançıların göstəriciləri
2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan Paralimpiya Oyunlarında qadın güllə atıcısı Yelena Taranova gümüş medala sahib oldu. Bu Azərbaycanın Paralimpiadalarda qazandığı birinci medal oldu. 2004-cü il Afina Paralimpiadasında isə Azərbaycan idmançıları Paralimpiadalarda birinci qızıl medallara sahib oldu. Əvvəl yüngül atlet Oleq Panyutin, sonra isə cüdoçu İlham Zəkiyev turnirin qalibi oldu. Dörd il sonra baş tutan turnirdə də cüdoçu İlham Zəkiyev 2-ci dəfə Paralimpiya Oyunlarının qalibi oldu və bu uğura imza atan birinci idmançı oldu. Amma onun bu uğurunu 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Paralimpiada da yüngül atlet Oleq Panyutin yenilədi. Turnirdə bir qızıl və bir bürünc medala sahib olmaqla Oleq Panyutin, Paralimpiadalarda qazandığı medalların sayını dördə (2 qızıl və 2 bürünc) qaldırdı. 2016-cı il Rio-de-Janeyro Paralimpiadasında heç bir idmançı onun bu nailiyyətini yeniləyə bilmədi.
2021-ci ildə Yaponiyada baş tutan Paralimpiya Oyunlarında üzgüçü Roman Saleh üç qızıl medala sahib olmaqla həm Oleq Panyutinin nailiyyətini yenilədi, həm də üç dəfə Paralimpiadanın qalibi olmağı bacaran birinci idmançı oldu.
2021-ci il avqustun 31-dən üzgüçü Roman Saleh Paralimpiya Oyunlarında qazanılan medalların əyarına görə ən yaxşı idmançıdır.