Ebla

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
şəhər-dövlət
Ebla
ərəb. تل مرديخ‎)

Dilləri Kənan dilləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ebla, İbla[1] - Şimali Suriyada (Hələbdən 70 km сənubda, indiki Təll-Mərdih rayonunda) qədim şəhər-dövlət. Ebla Fəratın Suriya ərazisində olan hissəsindən qərbda yerləşir. Ehtimal olunur ki, «Ebla» sözünün mənası ağ daş deməkdir. Hansı ki, bu daşla Eblanın əsas şəhəri inşa edilmişdir.

Ümumi məlumat

E.ə. 4-cü minilliyin ortalarında Cənub-Şərqi Ərəbistandan Suriyaya köçmüş sami mənşəli qədim xalq olan eblalılar tərəfindən əsası qoyulmuşdur. Eblalılar eblayt dilində danışmış və bu dil semit dil qrupuna aid olmuş. Eblayt dili akkad dili ilə bir çox oxşarlığa malik idi.[2] Ebla əhalisi Qədim Mesopotamiya, ElamMisir ərazisində məskunlaşmış şumerlilərlə sıx ticari və siyasi əlaqələr saxlamışdır. E.ə. 3-cü minilliyin ikinci yarısı Eblanın yüksəliş dövrü olmuşdur. E.ə. XIV əsrdə Qədim (Akkadlı) Sarqon, XIII əsrdə isə Naram-Suen [e.ə. 2238-2202] tərəfindən işğal edilmişdi. III Ur sülaləsinin hökmranlığı dövründə (e.ə. 21 əsr) mühüm rol oynamışdır. Ehtimal ki, e.ə. 3-2-ci minilliklərin ayrıcında amorilər tərəfindən dağıdılmışdır. E.ə. 2-ci minilliyin əvvəllərində zəif bir dövlət kimi Yamhadın (mərkəzi Hələb) tabeliyində idi. Təqribən e.ə. 1600-cı ildə hett çarı I Mursili tərəfindən qəti olaraq darmadağın edilmişdir.[3]

Qazıntılara 1964-cü ildə P.Mattienin başçılıq etdiyi İtaliya arxeoloji ekspedisiyası başlamışdı. 1975-ci ildə e.ə. 3-cü minilliyinə aid Ebla çarlarının böyük arxivi aşkar edilmişdir. Arxiv Eblanın iqtisadiyyatı, idarəçiliyi, dini, hüquq və təhsil sistemi, təsərrüfatı haqqında məlumatları əks etdirən, Ebla və Şumer dillərində yazılmış təqribən 20 min gil lövhəcik və parçadan ibarətdir. Hazırda lövhəciklərin çoxu Hələb (Aleppo) və Dəməşq Milli muzeylərində saxlanılır. Qazıntılar zamanı təqribən 4400 il əvvəl çiy kərpicdən tikilmiş, hündürlüyü təqribən 6 m olan zikkurat, həmçinin ehtimal ki, çar ailəsinə məxsus qızıl zinət əşyaları, e.ə. 3-cü minilliyə aid saray, e.ə. 2-ci minilliyə aid bir neçə məbəd və darvaza qalıqları aşkar edilmişdir. Eblada tapılmış Əfqanıstandan gətirilmə lazurit, Misirdən gətirilmə güldan və camlar şəhərin Qədim Şərqin ticarət qovşağında mühüm rol oynadığını təsdiq edir.

Ədəbiyyat

Древняя Эбла (Раскопки в Сирии). Сост. и введ. П. Маттиэ. Общ. ред. и закл. статья И. М. Дьяконова. М., 1985.

Xarici keçidlər

İstinadlar

  1. Эбла // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. Под ред. Е. М. Жукова. 1973—1982.
  2. Alan S. Kaye. Semitic studies, Volume 1. — 1991. — P. 550.
  3. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.