Ermənistan (tarixi ərazi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Britannika Ensiklopediyasına görə tarixi Ermənistanın xəritəsi. Böyük Ermənistanın ərazisi narıncı, Kiçik Ermənistan yaşıl, Kilikiya çarlığı bənövşəyi, Ermənistan Respublikası isə sarı rənglə göstərilmişdir.

Ermənistan və ya Tarixi Ermənistan (erm. Պատմական Հայաստան) — Kiçik Asiyanın şərqində tarixi və coğrafi vilayət. Vilayət əsasən Kiçik Asiyanın Ermənistan yaylası, o cümlədən Cənubi Qafqazın bir hissəsini əhatə edir.[1][2][3] Ermənistan erməni xalqının tarixi təşəkkül tapdığı və yaşadığı ərazidir. Tarixi Ermənistanın siyasi, mədəni və iqtisadi mərkəzi Ağrı vadisi olmuşdur.[4][5][6] Müasir Ermənistan Respublikası tarixi Ermənistan ərazisinin təqribən onda birini əhatə edir.[7]

Müxtəlif hesablamalara görə, tarixi Ermənistanın ərazisi 300 min[3][1] ilə 360 min[8][9] km2 idi. Tarixi şərtlərə görə vilayət Qərbi (Roma, Bizans, Osmanlı) və Şərqi (İran, Qafqaz, Rusiya) hissələrə bölünür. Vilayət tarix boyu çox sayda dövlətin bir hissəsi olmuş və bütövlükdə qısa bir müddət yalnız bir dəfə bir hökmdarın nəzarəti altında olmuşdur.[8]

Vilayətin hüdudları Böyük Ermənistan, Kiçik ErmənistanKilikiya çarlığının sərhədləri ilə üst-üstə düşür.

Bunlara əlavə olaraq, bir hissəsi Ermənistandan keçən Fərat çayının yuxarı axarındakı ərazilər və Van gölünün ətrafı kürdlərin ilkin yaşadığı ərazilər idi.[10] Onlar Ermənistan krallığı ərazisində də yaşamışdılar.[11]

Həmçinin bax

İstinadlar

  1. 1 2 Encyclopaedia of Islam. 1. Leiden: BRILL. 1986. səh. 634.
  2. Армения // Энциклопедия Кольера. — Открытое общество. 2000. // Энциклопедия Кольера
  3. 1 2 Малый энциклопедический словарь Брокгауза и Ефрона: Армения [ölü keçid]
  4. А. П. Новосельцев. Генезис феодализма в странах Закавказья. М.: Наука. 1980.
  5. Токарский Н. М. Архитектура Армении IV—XIV вв. Ер.: Армгосиздат. 1961.
  6. А. В. Гадло. Армяне // Этнография народов Средней Азии и Закавказья: традиционная культура. Изд-во Санкт-Петербургского университета. 1998. səh. 64.
  7. James R. Russell. Zoroastrianism in Armenia. Harvard University Press. 1987. 6.
  8. 1 2 Армения  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  9. Robert H. Hewsen. The Geography of Armenia // Edited by Richard G. Hovannisian (redaktor). The Armenian People From Ancient to Modern Times: The Dynastic Periods: From Antiquity to the Fourteenth Century. I. St. Martin’s Press. 1997. 5. ([[:Category:|link]])[[Category:]]
  10. В.Ф. Минорский. Курды. 1915. səh. 3.
  11. Э. А. Грантовский. Ранняя история иранских племён Передней Азии. Восточная Литература. 2007. səh. 427—428.

Xarici keçidlər

Ədəbiyyat

elmi ədəbiyyat
tarixi mənbələr