Qrabove (Donetsk vilayəti)
Qrabove | |
---|---|
48°08′45″ şm. e. 38°38′05″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Region | Donetsk vilayəti |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1787 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 190 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.000 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 6255 |
Poçt indeksi | 86234 |
Digər | |
w1.c1.rada.gov.ua/pls/z7… | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrabove (ukr. Грабове) — Ukraynanın Donetsk vilayətində, Şaxtyorsk rayonunda yerləşən kənd. 2014-cü ildən tanınmayan Donetsk Xalq Respublikasının nəzəarəti altındadır[1].
Coğrafiyası
Qrabove kəndi Mius çayının sağ sahilində yerləşir. Yaşayış məntəqəsinin şimal-şərqindən Donetsk və Luqans vlayətləri arasında olan sərhəd keçir. Kənd ərazisindən çayın axımı istiqamətində Qrabove su anbarının akvatoriyası başlayır.
Əhalisi
2001-ci ildə keçirilən əhalinin siyahıyaalınmasına görə kənd əhalisi 1000 nəfərdir. Poçt indeksi — 86234. Telefon kodu — 6255.
Tarixi
Kənd haqqında ilk məlumat XV əsrə addir.[2] Qrabove slobodası (Aleksevka və ya Troiskaya) Miusa çayı kənarında, yüksəkliyin zirvəsində yerləşirdi. Çaydan sağ tərəfdə quru dərə - Qrabove balkası yerləşirdi. Məhs kənd sonradan öz adını bu dərədən almış. Yaşayış məntəqəsinin əsası gizir Vasili İvanoviç İlovayski tərəfindən qoyulmuş və məqsəd poruçik Aleksey və yasavul Nikolay İlovayın uşaqları üçün nəzərdə tutulmuşdur.[3]
1918-ci ildə sloboda Don Ordusu vilayətinə aid olundu. 1918-ci ilin fevralında Qrabove kəndində sovet hakimiyyəti quruldu[2].
17 iyul 2014-cü ildə Petropavlovka və Qrabove kənləri arasında yerləşən əraziyə Malaysia Airlinesə məxsus Boeing 777 təyyarəsinin qalıqları düşmüşdür. Məhs Malayziya Hava Yolları reys 17 bu ərazidə vurulmuş və parçalanmışdır. Nəticədə 298 nəfər həlak olmuşdur[4].
Görməli yerləri
Çar Rusiyası zamanı Qrabove kəndində bir tağlı, daşdan inşa olunmuş, dam örtüyü taxta olan Müqəddəs Troisa kilsəsi var idi. Kilsənin inşasına 2 iyun 1801-ci ildə başlanılmış və inşası 16 may 1803-cü ildə bitmişdir. Kilsə zəngi ağac dirəklər üzərindədir. 1899-cu ildə kilsədə genişləndirmə işləri aparılmışdır. Müasir dövrdə kilsənin ancaq divarları qalıb.[3][5]
İstinadlar
- ↑ "Кабмин назвал города Донбасса, подконтрольные сепаратистам". korrespondent.net. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
- ↑ 1 2 "История городов и сел Украинской ССР: Донецкая область. — Ин.-т истории АН УССР-К.: Глав.ред. Украинской Сов. Энциклопедии. стр. 745". 2020-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 "Слободы Грабовой Троицкая церковь". 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ "Malaysia Airlines обнародовали данные по погибшим: 189 из 298 - нидерландцы" (rus). Украинская правда. 18 июля 2014. 2014-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
- ↑ "Свято-Троицкая церковь". 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.