Dəmir (III) nitrat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dəmir (III) nitrat
Ümumi
Kimyəvi formulu Fe(NO3)3
Molyar kütlə 241,86 q/mol
Fiziki xassələri
Sıxlıq 1,68 q/sm³
Termik xüsusiyyətlər
Parçalanma temperaturu 35 °C(heksahidrat), 47,2°C(nonahidrat) °S
Təsnifatı
CAS-da qeyd. nöm. 10421-48-4
PubChem
RTECS NO7175000
ChemSpider

Dəmir (III) nitrat - qeyri-üzvi kimyəvi birləşmə, azot turşusu və üç valentli dəmirin duzudur.

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Dəmir (III) nitrat adi temperaturda konsentra-siyadan asılı olaraq Fe(NO3)3•6H2O tərkibli rəngsiz kublar şəklində və ya Fe(NO3)3•9H2O tərkibli monoklinik kristallar kimi kristallaşır. Fe(NO3)3• 6H2O - kub qəfəsli açıq bənövşəyi rəngli hiqroskopik kristallardı. Ən azı tərkibində 57% HNO3 və 28% Fe(NO3)3 olan sulu məhlullardan kristallaşdıqda alınır. Fe(NO3)3• 9H2O - monoklinik qəfəsli çox higroskopik açıq bənövşəyi kristallardı (a = 0,140 nm, b = 0,970 nm, c = 1,103 nm, β = 95,52°C). Suda yaxşı həll olunur, qızdırıldıqda 50,1 0C-də əriyir.

Temperatur, °С Konsentrasiya, q/100 q suda Konsentrasiya, %
0 67,08 40,15
20 82,48 45,2
40 104,83 51,18
  • Dəmir (III) nitratı dəmir qırıntılarının 20-30% -li nitrat turşusunun məhlulu ilə reaksiyası zamanı almaq olar:



  • İstehsalatda bu prosesi məhluldan hava üfürməklə həyata keçirmək olar:
  • Laboratoriya şəraitində dəmir (III) nitratı mübadilə reaksiyası zamanı almaq olar:

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Sulu məhlullarda dəmir (III) nitrat güclü hidrolizə məruz qalır:

HNO3 məhlulunu güclü turşulaşdırmaqla tarazlığı əks istiqamətə dəyişmək olar.

Dəmir (III) nitrat qızdırıldıqda parçalanır:

Dəmir (III) nitrat çirkab suların təmizlənməsində koaqulyant kimi, parçaların və yunların rənglənməsi zamanı (rəng tez yuyulmasın) istifadə olunur. Dəmir (III) nitratla hopdurulmuş bəzi gillər üzvi sintezdə faydalı oksidləşdirici lərdir.

  1. Волков А. И., Жарский И. М. Большой химический справочник. Современная школа, 2005. — 608 с.
  2. Лидин Р. А. Справочник школьника. Химия. — М: 2003.