Namaz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər."[1] Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək.

Dini əhəmiyyət və sanksiya

[redaktə | mənbəni redaktə et]

Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün.[2] Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.[3][4][5] İslami fiqh alimləri, namaz, oruc və ya zəkat kimi dini əmrlərin tərk edilməsi halında ediləcək hərəkətləri və şəxsin cəzalandırıldıqdan sonra bu şəxslərin cənazələrinə tətbiq ediləcək prosedurları da müzakirə etdilər. Məhz bu şəxslər mürtəd qəbul edildikdə, cənazə namazları qılınmır, müsəlman qəbiristanlığında dəfn oluna bilmirlər, qoyub getdikləri dövlət xəzinəsində qalır.[6][7][8]

Hənəfinin nəzərinə görə, İslamın laqeydliyi və ya tətbiqinin rədd edilməsi ilə əlaqəli hərəkətlər şifahi cəzalarla cəzalandırılmalı, öldürülənə qədər döyülmə və ya ölənə qədər həbsdə saxlanılmalıdır.[9][10][11]

Şafii, Maliki 'ə görə namazı tərk etmək üçün cəzanın miqdarı və növü Quran və Sünnə ilə təyin olunur və işdən çıxan "had" tətbiq olunaraq öldürülür. Lakin onların dəfn mərasimləri müsəlmanların dəfn mərasimi kimi aparılır və miras qoyubsa, varisləri ilə bölüşülür.[9][10]

Hənbəli məzhəbində namazı tərk edən və buna israr edənlər mürtəd sayılır və "hüdum cəzası" mürtədlərə qılıncla öldürmə şəklində tətbiq olunur. Onlar üçün cənazə namazı qılınmır və cəsəd müsəlman qəbiristanlığında basdırılmır.[10][12]

Gündəlik fərz namazlar

[redaktə | mənbəni redaktə et]
Məsciddə qılınan camaat namazı.

Şəriətdə, müsəlmanlar gündə beş vaxt fərz namazı qılmalıdırlar:

  1. Sübh namazı;
  2. Zöhr namazı;
  3. Əsr namazı;
  4. Şam namazı;
  5. İşa namazı.

Sübh namazı 2 rükətdir. Vaxtı dan yeri söküləndən Günəş çıxana qədərdir. Sübh namazı səsli namazdır(yəni fatihə surəsi və ixlas surəsi səsli deyilir).

Zöhr və ya günorta namazı 4 rükətdir. Vaxtı Günəş zeniti keçdikdən sonra hər şeyin kölgəsi özü boyda olana qədər davam edir. Zöhr namazı səssiz namazdır(yəni zöhr namazı əvvəldən axıra qədər səssiz qılınır).

Əsr və ya ikindi namazı 4 rükətdir. Vaxtı hər şeyin kölgəsi özü boyda olandan Günəş batana qədər davam edir. Əsr namazı səssiz namazdır (yəni əsr namazı əvvəldən axıra qədər səssiz qılınır).

Məğrib və ya axşam namazı 3 rükətdir. Vaxtı Günəş batandan şəfəq itənə qədər davam edir. Məğrib namazı səsli namazdır (yəni ilk 2 rükətdəki fatihə və ixlas surəsi səsli deyilir).

İşa namazı 4 rükətdir. Vaxtı şəfəq itəndən gecə yarısına qədər davam edir. İşa namazı səsli namazdır (yəni ilk 2 rükətdəki fatihə və sonrakı surə səsli deyilir).

Gündəlik müstəhəb (sünnət) namazlar 20 rəkətdir.

  1. Sübh namazının nafiləsi 2 rükətdir və sübh namazından əvvəl qılınır.
  2. Zöhr namazının nafiləsi 6 rükətdir və 4 rükəti zöhr namazından əvvəl, 2 rükəti isə sonra qılınır;
  3. Əsr namazının nafiləsi 4 rükətdir və fərzdən əvvəl qılınır.
  4. Məğrib namazının nafiləsi 2 rükətdir və məğrib namazından sonra qılınır.
  5. İşa namazının nafiləsi 6 rükətdir və 4 rükəti işa namazından əvvəl ,2 rükəti isə işa namazından sonra qılınır.
  6. Vitr namazı Hənəfi məzhəbində vacib digər məzhəblərdə sünnət namazıdır və İşa namazından sonra qılınır.

Gündəlik müstəhəb (nafilə) namazlar 34 rəkətdir.[13]

  1. Sübh namazının nafiləsi 2 rəkətdir və sübh namazından əvvəl qılınır.
  2. Zöhr namazının nafiləsi 8 rəkətdir və zöhr namazından əvvəl qılınır;
  3. Əsr namazının nafiləsi 8 rəkətdir və əsr namazından sonra qılınır;
  4. Şam namazının nafiləsi 4 rəkətdir şam namazından sonra qılınır.
  5. İşa namazının nafiləsi ya 1 rəkət ayaq üstə, ya da 2 rəkət oturan halda (bu, 1 rəkət hesab olunur) işa namazından sonra qılınır.
  6. Gecə namazı 11 rəkətdir.

Namazın rükunları

[redaktə | mənbəni redaktə et]

Namazın fərz və vacib əməlləri vardır ki, namaz onlardan ibarətdir. Əgər onun fərz əməllərindən biri edilməzsə, şəriət qaydalarına əsasən həmin namaz düzgün olmaz. Həmin rükunlar bunlardır:

  1. Təkbirətul ihram - Namazın başlanğıcında edilən təkbirdir. "Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir."[14]
  2. Fərz namazının ayaq üstə qılınması - Gücü çatan hər kəs namazı ayaq üstə qılmalıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) İmran ibn Hüseyn adlı səhabəyə əmr edərək demişdir: "Namazı ayaq üstə qıl. Əgər bacarmasan otur qıl. Əgər bunu da bacarmasan onda uzan qıl."[15]
  3. Hər rükətdə fatihə surəsini oxumaq - Namaz qılarkən hər bir rükətdə mütləq fatihə surəsi oxunmalıdır. Ubadə ibn əs-Sammit Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Fatihə surəsini oxumayanın namazı yoxdur."[16]
  4. Rüku etmək - Namaz qılarkən qiyamdan sonrakı hərəkət rüku etməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın."[17]
  5. Rükudan qalxandan sonra qamətini düzəltmək - Rükudan qalxandan sonra səcdəyə etməmişdən əvvəl qamətini tam düzəltmək lazımdır. Əbu Məsud əl-Ənsari Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil."[18]
  6. Səcdə etmək - Rükudan qalxdıqdan sonra səcdə edilir. Uca Allah Qurani-Kərimdə buyurur: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın."'[17] Səcdə isə 7 əza üzərində edilməlidir. İbn Abbas Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Mənə yeddi əza üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: Alın, sonra burnuna da işarə etdi. İki əl, iki diz, iki ayağın baş tərəfi."[19] Həmçinin İbn Abbas Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: "Burnunu alnı kimi yerə qoymayanın namazı düzgün olmaz."[20]
  7. İki səcdə arasında oturmaq - Birinci səcdə və ikinci səcdə arasında oturmaq lazımdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil."[18]
  8. Axırıncı təşəhhüd - Namazın son rükətində təşəhüddə oturmaq lazımdır. İbn Məsud rəvayət etmişdir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) məni qarşısında oturtub təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrətmişdir.
  9. Axırıncı təşəhhüddən sonra Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat demək - Fudalə ibn Ubeyd əl-Ənsari deyir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Biriniz namaz qılarkən namazını Rəbbinə tərif deyib, Ona həmd-səna etməklə başlasın. Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat desin, sonra istədiyi duanı etsin."[21]
  10. Salam vermək - Namazın sonunda salam verilir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir."[14]

Təhəccüd Namazı

[redaktə | mənbəni redaktə et]

Təhəccüd sözü "yatıb oyanmaq" deməkdir. Termin olaraq isə, gecə yuxudan qalxaraq qılınan namaza deyilir. Təhəccüd feili "təfaul" babındandır. Feilin "təfaul" babı məşəqqət bildirir. Yəni təhəccüd çətinliklə, məşəqqətlə yuxudan oyanmaq deməkdir. Yatsı namazından sonra yatmadan və ya bir az yatıb oyanandan sonra qılınan namaza ümumi mənada "gecə namazı (salətul-leyl)" deyilir. Bir qədər yatandan sonra gecə yarısından imsaq vaxtına qədər qılınan gecə namazı isə təhəccüd adlanır. Təhəccüd namazını iki rükət də qılmaq olar, səkkiz rükət də. İki rükətdə bir salam verərək qılmaq daha fəzilətlidir.

Qurani-Kərimdə təhəccüd namazı ilə əlaqəli belə buyurulur:

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسٰى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا

"(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl ki, Rəbbin səni (bununla) bəyənilib təriflənən bir məqama göndərsin."[22]

Təhəccüd namazına möminləri təşviq edən müxtəlif ayə və hədislər mövcuddur. Allah-Təala belə buyurur: "(Ya Peyğəmbər!) həqiqətən Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir."[23] Haqq-Təala başqa ayələrdə gecə namazına qalxanları belə tərif edir: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər."[24]"Rəhmanın əsil bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər."[25] "Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər."[26] Başqa bir ayədə də təqva əhlinin Allaha səhər vaxtı istiğfar edənlər olduğu bildirilir.</ref>Ali-İmran, 3/16–17.</ref>Təhəccüd namazını səhər namazının vaxtına qədər qılmaq olar. Səhər namazının vaxtı girdikdən sonra sübh namazının sünnəsindən başqa nafilə namaz qılmaq məkruhdur.

Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

"Gecə namazına davam edin! Çünki gecə namazı qılmaq sizdən öncəki saleh bəndələrin adəti, Rəbbinizə yaxınlaşmağın bir yolu, xətaları örtən və insanı günahlardan uzaqlaşdıran bir vasitədir".[27]

Başqa bir hədisdə isə fərz namazından sonra ən fəzilətli namazın gecə namazı olduğu bildirilir.[28] Həzrəti Aişə (s.ə.s) nəql edir: "Peyğəmbərimiz (s.ə.s.) gecələr ayaqları şişənə qədər namaz qılardı. Ondan: "Ey Allahın Rəsulu, Allah Sənin keçmiş vəgələcək günahlarını bağışladığı halda, niyə bu qədər ibadət edirsən?" – deyə soruşdum. Buyurdu ki, "Yəni mən çox şükür edən bir bəndə olmağı arzu etməyim? Üstəlik Allah bu gecə "Ali-İmran" surəsinin son on ayəsini nazil etdi" − deyərək sözünə belə davam etdi, – "Bu ayələri oxuyub və ya iki çənəsi arasında gəvələyib (səsləndirib) mahiyyətini düşünməyənlərin vay halına".[29]

Abdullah ibn Abbas (r.a.) xalası və Allah Rəsulunun (s.ə.s.) xanımı Meymunə anamızın (r.a.) evində qonaq qalarkən Rəsulullahın (s.ə.s.) gecə ibadətini görmüş və belə tərif etmişdir: "Rəsulullah (s.ə.s) gecənin son üçdə birində qalxdı, göyə baxaraq "Ali-İmran" surəsinin son on ayəsini oxudu, sonra dəstəmaz alaraq namaz qıldı. Mən də onun elədiyini etdim. Ağladı. İki-iki on iki rükət və bir rükət də vitr olmaqla on üç rükət namaz qıldı. Bilal sübh namazına azan oxuyandayenə iki rükət namaz qıldı. Sonra camaata sübh namazını qıldırdı".[30] Başqa bir rəvayətdə gecə yarısı və ya bir az əvvəl qalxdığı, Ali-İmran surəsinin son on ayəsini oxuduğu, dəstəmaz alıb on üç rükət namaz qıldıqdan sonra müəzzinin səsi gələnə qədər yatağa uzandığı nəql olunur.11

Rəsulullah (s.ə.s.) bir hədisində belə buyurur: "Rəbbimiz hər gecənin son üçdə biri dünya səmasına təcəlli edir və "Mənə dua edin, duanızı qəbul edim, bir şey istəyin verim, bağışlanma diləyin əfv edim…" buyurur.[31]

Hz. Cabir (r.a.) nəql edir: "Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: "Gecələrdə elə bir gizli vaxt var ki, bir müsəlman həmin vaxt Allahdan dünya və axirətə dair xeyirli bir şey diləsə, Uca Allah onun arzusunu mütləq yerinə yetirər. Bu lütf hər gecəyə aiddir".[32]

Hər namaz insanın axirət dünyasının bir parçasını işıqlandırmağa xidmət edir. Təhəccüd də bərzəxin, yəni qəbirdə keçən həyatın çırağıdır. Gecələrini təhəccüd "fənəri" ilə gündüzə döndərənlərin bərzəx həyatı da çıraqban olar. Təhəccüd bərzəx qaranlığını dağıdan bir məşəl və insanı bərzəx əzabından qoruyan bir sipərdir.

Abdullah ibn Ömər (r.a.) nəql edir ki, insanlar yuxu görür və yuxuda gördüklərini Rəsulullaha (s.ə.s) danışırdılar. Öz-özümə "kaş ki, bərzəx aləminin qapıları aralansa və mən də yuxu görsəydim, gördüklərimi Rəsulullaha (s.ə.s) danışa bilsəydim, O da bunları yozsaydı" deyə düşünürdüm. Bir gün yuxuda iki qorxunc adamın qollarımdan tutaraq məni dərin, alovlu bir quyunun başına gətirdiklərini gördüm. Buranın cəhənnəm olduğunu anladım və çox qorxdum. Allaha sığınaraq yalvarmağa başladım. Quyuya atılmaq qorxusu ilə tir-tir titrəyərkən birdən: "Nigaran olma, sənin üçün qorxulu bir şey yoxdur, sən ora girməyəcəksən", – sözlərini eşitdim. Oyanandan sonra yuxumu bacım Hafsaya danışdım. Yuxunun yozumunu Rəsulullahdan (s.ə.s.) soruşmasını xahiş etdim. Allah Rəsulu (s.ə.s) ona: "İbn Ömər nə gözəl insandır, kaş ki təhəccüd namazını da qılaydı!" – buyurdu.[33] Allah, Abdullah ibn Ömərə yuxusunda cəhənnəmə aid bir bərzəx mənzərəsini göstərmiş və hazırlıq görsün deyə yuxuda xəbərdarlıq etmişdi.

Təhəccüd kimi digər nafilə ibadətlər də fərz namazlardan qalan nöqsan və çatışmazlıqları tamamlayır. Başqa sözlə, Allah bəndələrinin fərz ibadətlərinin boşluqlarını nafilələrlə doldurur.

Hədisdə bildirilir ki, "Ramazan orucundan sonra ən fəzilətli oruc Allahın ayı sayılan məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan sonra ən fəzilətli namaz isə gecə qılınan namazdır."14

Bir hədisi-şərifdə deyilir ki, axirətdə ilk olaraq namaz soruşulacaq. Allah-Təala: "Bəndəmin namazı tamdır?" – deyə sual verəcək. "Tamdır," – deyilsə, "Onda keçsin," – buyuracaq. Əgər: "Namazları yarımçıqdır, qüsurludur," – deyilsə, "Nafilələri varmı?" – deyə soruşacaq. "Var," – cavabı gəlsə, "Nafilələri çatışmayan fərzlərin yerinə qoyun," – buyuracaq.[34] Beləcə, ilahi rəhmətin bir əsəri olaraq nafilələr fərzlərin kəm-kəsirini düzəldəcək.

Sözün qısası, namazların fərzini, nafiləsini layiqincə qılmaq və ya qılmağa çalışmaq, bu dünyada vəzifələri yerinə yetirmək ölümlə başlayan o biri aləmin Cənnətə uzanan yolunda insana sadiq yol yoldaşı və şəfaətçi olacaq. Qəbrin dar məhbəsində işıq görmək istəyənlər ən azından həftədə bir neçə dəfə təhəccüd namazı qılmağa çalışmalıdır.

Bunun üçün də insan bir az iradəsinin haqqını verərək addım atmalıdır.

Əbu Hüreyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

"Siz gecə yatarkən şeytan boynunuzun ardına üç düyün vurur. Hər düyünü vurduqca: "Qabaqda uzun gecə var, yat, yuxula, kefinə bax!" – deyir. Buna baxmayaraq, siz oyanıb (bismillah, təsbeh, təhlil və s. deyərək) Allahın adını ansanız, düyünlərin biri açılar. Dəstəmaz alanda bir düyün də açılar. Üstəlik namaz qılsanız, şeytanın bütün düyünləri açılar və beləliklə, şeytana qalib gəlmiş bir təhəccüd qəhrəmanı olaraq gümrah və xoş əhvali-ruhiyyə ilə sabaha çıxarsınız. Əks təqdirdə isə, əzgin və tənbəl əhvali-ruhiyyə ilə oyanarsınız".[35] Təhəccüd vaxtı "Seyyidul-istiğfar" adlanan bu duanı oxumaq məndubdur:

أللَّهُمَّ أنْتَ رَبِّي لَا اِلهَ إلَّا أنْتَ خَلَقْتَنِي وَأنَا عَبْدُكَ وَأنَا عَلىَ عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ. أعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَىَّ وَأبُوءُ بِذَنْبِي

فَاغْفِرْ لِي فَإنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إلَّا أنْتَ.

"Allahummə əntə Rabbi lə iləhə illə əntə. Xaləqtəni və ənə abdukə və ənə alə ahdikə və vədikə məstətatu. Əuzu bikə min şərri mə sanətu, əbuu ləkə bi nimətikə aleyyə və əbuu bizənbi, fəğfirli, fə innəhu lə yağfiruz-zunubə illə əntə."

Mənası: "Allahım sən mənim Rəbbimsən, səndən başqa ilah yoxdur, məni Sən yaratın, mən Sənin qulunam, gücüm çatdığı qədər Sənə verdiyim söz və əhdimi yerinə yetirirəm. Əməllərimin şərindən Sənə sığınıram. Mənə verdiyin nemətləri təsdiq, günahları isə etiraf edirəm. Məni bağışla, Səndən başqa günahları bağışlayacaq heç kimsə yoxdur."[36]

Peyğəmbərimizin (s.ə.s) təhəccüdü

Hz. Huzeyfə (r.a.) nəql edir:

"Bir gecə Peyğəmbərimizlə (s.ə.s.) birlikdə namaz qılırdıq. "Bəqərə" surəsini oxumağa başladı. Öz-özümə: "Hər halda yüz ayə oxuyub rüku edər," – deyə düşündüm. Lakin yüz ayəyə çatanda rüku etməyib qiraətə davam elədi. Bu dəfə mən: "Hər halda bu surəni iki rükətə bölüb oxuyacaq," – deyə fikirləşdim, amma qiraətə davam elədi. Artıq: "Hər halda bu surəni oxuyub rüku edər," – dedim, amma etmədi. Arxasınca "Nisa" surəsini başda-ayağa oxudu. Sonra "Ali-İmran" surəsinə başladı, onu da oxudu. Ağır-ağır tərtil üzrə oxuyur, təsbeh ifadəsi keçən ayəyə çatanda Allahı təsbeh edir, arzu və istək ifadəsi olan ayəni oxuyanda da Allaha niyaz edir, sığınmaqla bağlı br ayəyə çatanda da Allaha sığınırdı. Bu uzun qiyam və qiraətdən sonra nəhayət rükuya getdi. "Subhanə rabbiyəl-azim (Uca Rəbbimi hər cür nöqsan sifətlərdən tənzih və təqdis edirəm)," – deyə təsbeh etməyə başladı. Rükusu da qiyamı qədər uzun oldu. Sonra: "Səmiallahu limən hamidəh, rabbəna ləkəl həmd (Allah Ona şükür edəni eşidir. Bütün həmdlər əzəldən əbədə qədər yalnız Sənə məxsusdur, ey Rəbbimiz!)," – dedi və rükuda qaldığı müddətə yaxın ayaq üstə durdu. Sonra səcdəyə vardı və "Subhanə rəbbiyəl-alə (Mən Uca Rəbbimi Ona hər cür nöqsan sifətdən tənzih və təqdis edirəm)," – deyə təsbeh etdi. Səcdəsi də haradasa ayaq üstə durduğu qədər uzun çəkdi".[37]

İbn Məsud (r.a.) nəql edir: "Bir gecə Peyğəmbərimizlə (s.ə.s.) birlikdə namaz qılmağa başladım. Qiyamda (namazda ayaq üstə) o qədər dayandı ki, az qala pis bir şey edəcəkdim". Ondan: "Nə etməyi düşünürdün?" – deyə soruşanlara bu cavabı verdi: "Yerə oturub Onu namazda tək qoymağı düşünmüşdüm"[38] Təhəccüdə qalxa bilmədikdə

Həzrəti Ömər (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

"Kim yatıb qaldığına görə hər gecə müntəzəm yerinə yetirdiyi hizbinin hamısını (namaz, zikr və təsbeh kimi ibadətləri), yaxud bir qismini edə bilməyib, sübh namazı ilə günorta namazı arasında edərsə, gecə yerinə yetirmiş kimi savab qazanar".[39]

Ailə fərdlərini təşviq etmək:

Əbu Hüreyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) buyurmuşdur:

"Allah gecə qalxıb namaz qılan, zövcəsini yuxudan oyadan, qalxmazsa, üzünə su səpib qaldırmağa çalışan kişiyə mərhəmət etsin. Yenə gecə qalxıb namaz qılan, ərini də oyadan, qalxmazsa, üzünə su səpib oyatmağa çalışan qadına da Allah mərhəmət etsin (mərhəməti ilə müamilə etsin)".[40]

Ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Balcı, İsrafil, Hz. Peygamber ve Namaz, Ankara Okulu Yayınları: 196, Ankara, 2017.
  • Canan, İbrahim, Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, Ankara, 1995.
  • Çiftçi, Mehmet Emin, Hz. Peygamber’in Kıldığı Nafile Namazlarla İlgili Rivâyetlerin Tahlili, Harran Üniversitesi Yüksek Lisans Tezi, Şanlıurfa, 2002.
  • İncil Kamili, Fahri Kamili, İslâm Fıkhında Namaz İbadeti, Bursa Uludağ Üniversitesi Yüksek Lisans Tezi, Bursa 2006.
  • Yiğit, Mehmet, “Bir İbadet Biçimi Olarak Namazın Tarihçesi, Diyanet İşleri Başkanlığı Dini Yayınları Genel Müdürlüğü Yayını Cilt: 47, Sayı: 1, Ocak - Şubat - Mart 2011.
  1. Ənkəbut surəsi, 45-ci ayə
  2. "ÇOCUĞUN DÎNÎ EĞİTİMİNDE KULLANILAN BiR HADiS VE TAHLiLi". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  3. http://www.diyanet.gov.tr/turkish/basiliyayin/weboku.asp?sayfa=21&yid=4[ölü keçid] [ölü keçid]
  4. http://www.ismailaga.info/yazi/2012/03/30/dinde-zorlama-yoktur-ne-demektir-islamda-zorlama-yok-mudur/ Arxivləşdirilib 2012-04-09 at the Wayback Machine ismailaga.info
  5. Necati Yeni el, Hüseyin Kayapınar, Sünen-i Ebû Davud Terceme ve şerhi c. 2, s. 112
  6. "İMAN VE KÜFÜR HÜKÜMLERİ" (PDF). 7 fevral 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020. (#invalid_param_val)
  7. "NAMAZ VE KILMAYANIN HÜKMÜ" (PDF). 15 may 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020. (#invalid_param_val)
  8. "Fıkıhçıların Allah Algısı- Namaz Örneği". 7 fevral 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020. (#invalid_param_val)
  9. 1 2 ""Büyük felaket: Namazı terk etmek" (ismailaga.org.tr)". 7 fevral 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020. (#invalid_param_val)
  10. 1 2 3 ""Namazı terk etmenin hükmü" (namazzamani.net)". 7 fevral 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020. (#invalid_param_val)
  11. ""Who does not pray?" (islamhouse.com)" (PDF). 15 may 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020. (#invalid_param_val)
  12. ""Namazı terk etmenin cezası" (halisece.com)". 7 fevral 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020. (#invalid_param_val)
  13. "Əli Sistaninin risaləsi". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
  14. 1 2 Həsənun Səhih. Səhih Sünən İbn Macə: N.222. Tirmizi: 1/5/ N.3. Əbu Davud: 1/88/ N.61. İbn Macə: 1/101/ N.275
  15. Hədis səhihdir. Səhih əl-Cami əs Səğir: N.3778. Buxari 2/587/ N.1117. Əbu Davud 3/233/ N.939. Tirmizi 1/231/ N.369
  16. Buxari: 2/236/ N.756. Müslim: 1/295/ N.394. Tirmizi: 1/156/ N.247. Nasai: 2/137. İbn Macə: 1/273/ N.837
  17. 1 2 əl-Həcc surəsi, 77-ci ayə
  18. 1 2 Hədis səhihdir. Səhih Sünən İbn Macə: N.710. Nəsai: 2/183. Tirmizi: 1/165/ N.264. Əbu Davud: 3/93/ N.840. İbn Macə: 1/282/ N.870
  19. Buxari: 2/297/ N.812. Müslim: 1/354/ N.490. Nəsai: 2/209
  20. Darəqutni: 1/348/ N.3. Bu rəvayəti Albani "Sifətus Salət" kitabında (səh.123) rəvayət etmişdir.
  21. Hədisin sənədi səhihdir. Sifətus Salət: səh.182. Məktəbətul Məarif nəşri. Tirmizi: 5/180/ N.3546. Əbu Davud: 4/354/ N.1468
  22. İsra, 17/79.
  23. Müzəmmil, 73/20.
  24. Səcdə, 32/16.
  25. Furqan, 26/63–64.
  26. Zariyat, 51/17–18.
  27. Tirmizi, Dəavat, 101.
  28. Müslim, Siyam, 202: Tirmizi, Məvaqit, 207: Nəsai, Qiyamul-Leyl, 6: Əhməd ibn Hənbəl, II, 344.
  29. Buxari, Təhəccüd, 6; Müslim, Münafiqun, 79–81; Tirmizi, Səlat, 187.
  30. Buxari, Təfsir surə 3, bab 17–18.
  31. Buxari, Dəavat, 14, Darimi, Salət, 168; Müslim, Salətul-müsafirin, 24
  32. Müslim, Salatul-Müsafirin 166.
  33. Buxari, Təhəccüd, 2.
  34. Tirmizi, Salət, 305; Nəsai, Salət, 9.
  35. Tirmizi, Salət, 324.
  36. Buxari, Dəavat, 2, 16; Tirmizi, Dəavat, 15, İstiazə, 57.>
  37. Müslim, Salatul-Müsafirin 203.
  38. Buxari, Təhəccüd 9; Müslim, Salatul-Müsafirin 204.
  39. Müslim, Salatul-Müsafirin 142.
  40. Əbu Davud, Tatavvu 18.