Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Həsən ibn Əli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həsən ibn Əli
ərəb. أَبُو مُحَمَّدٍ الْحَسَنُ بْنُ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ الْهَاشِمِيُّ الْقُرَشِيُّ
28 yanvar/29 yanvar 661 – İyul 661
ƏvvəlkiHəzrəti Əli
SonrakıI Muaviyə (İlk Əməvi xəlifəsi olaraq)
28 yanvar 661 – 5 mart 679
ƏvvəlkiHəzrəti Əli
SonrakıHüseyn ibn Əli
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 625(0625-03-01)
Doğum yeri
Vəfat tarixi 669[1][2][…]
Vəfat yeri
Vəfat səbəbi zəhər[d]
Dəfn yeri
Fəaliyyəti dövlət xadimi, hərbi lider[d], Xəlifə
Atası Əli
Anası Fatimə
Uşaqları
Dini on iki imam şiəliyi[4]
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz[3]669[1][2][…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; TaiyabiMustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, YeddiOn iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə.

İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmamxəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür.[5] Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamətXilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur. Bu, həm öz zamanında ittihad səbəbi olmuş və həm də başda şiələr olmaqla müsəlmanların tarixi boyu dini-əxlaqi təlimləri hökmündə olmuş və hakimiyyət, müharibəsülh kimi əsaslı anlayışların münasibətində dramatik təsirləri öz bərabərində gətirmişdir.[6]

Hörmət üçün müsəlmanlar adından əvvəl "həzrət", adından sonra isə sünnilər "radiallahu-ən" (qısaca (r.ə)), şiələr isə əleyhissalam (qısaca (ə)) ifadəsini işlədirlər.

Müqəddəs Sofiya məbədində Osmanlı dövrünə aid ərəbcə Həsən yazısı

Həsən Hicrətin 3-cü ilində Ramazan ayının ortasında Mədinədə dünyaya gəlmişdir.[7] Şeyx Kuleyni Kafi kitabında bir rəvayət nəql edərək mövludunu hicrətin 2-ci ili kimi göstərmişdir.[8]

Nəsəb, künyə və ləqəbləri

[redaktə | mənbəni redaktə et]

Əlinin böyük oğludur. İmam Həsən — deyə məşhur olmuşdur. Qüreyş qəbiləsinin Bəni-Haşim tayfasındadır.[7] Anası Məhəmmədin qızı Fatimədir. Künyəsi Əbu Məhəmməddir. Ən məşhur ləqəbi Müctəba və Təqidir, ancaq başqa ləqəbləri də var. Məsələn: Tayyib, Zəki, Seyid, Səbt və s. Məhəmməd onu Seyid (Ağa) adlandırmışdır.[9]

Adının qoyulması

[redaktə | mənbəni redaktə et]

Həsənin adının qoyulması haqqında Şeyx Səduq belə rəvayət etmişdir: Həsən dünyaya gələndə, Allah Cəbrailə Məhəmmədin (s.ə.ə) bir övladı (nəvəsi) oldu. Onun yanına get və salamlarımı və təbriklərimi təqdim edərək belə de: Şübhəsiz, Əlinin (ə.s) Sənə olan mövqe və mənzili, Harunun Musaya olan mənzil və mövqeyi kimidir; Elə isə ona (İmam Həsən) Harunun uşağına qoyduğu adı qoy. Cəbrail Allah tərəfindən Həzrət Peyğəmbərin (s.ə.ə) yanına gələrək təbriklərini çatdırdıqdan sonra belə dedi: Allah, onun adını Harunun uşağının adını qoymaqla vəzifələndirdi. Həzrət Peyğəmbər (s.ə.ə): Harunun uşağının adı nədir? Deyə soruşdu. Ərz etdi ki: Şubbər. Buyurdu ki: Mənim dilim Ərəbcədir. Ərz etdi ki: Onun adını "Həsən" qoy. Beləliklə, Həzrət Peyğəmbər (s.ə.ə) onun adını Həsən qoydu.[10]

Məhəmmədin yanında

[redaktə | mənbəni redaktə et]

Bərra belə deyir: Həsən b. Əli, Peyğəmbərin belində olduğu zaman Peyğəmbərin belə dediyini eşitdim: Allahım! Mən bunu sevirəm, sən də sev.[11][12] Başqa bir hədisdə Məhəmməd Həsən və Hüseyni ayaqları üzərində oturtduğu zaman belə buyurub: Bu ikisi mənim və qızımın oğullarıdır, Allahım! Mən bunları sevirəm, Sən də bunları sev və onları sevəni də sev.[13] Məhəmməd başqa bir hədisdə Həsən və Hüseyn haqqında belə buyurur: "Həsən və Hüseyn cənnət gənclərinin əfəndisidir".[13][14]" Bu iki oğlum, mənim dünyadakı iki gözəl qoxulu gülümdürlər".[13][15]," Həsən və Hüseyn (yaxud da bu iki övladım)[16] İmamdır, istər qiyam etsinlər və istərsə də sülh etsinlər".[17],"Əgər ağıl bir adamda cisimləndirilmiş olsaydı, həqiqətən Həsən olardı".[18]

Raşidi Xəlifələr dövrü

[redaktə | mənbəni redaktə et]

Həsən uşaq olduğu zaman bir gün Əbu Bəkr minbərdə çıxış etdiyi zaman onun yanına gəlmiş və ona etiraz edərək belə buyurmuşdur: Atamın minbərindən aşağı düş. Əbu Bəkr cavab olaraq belə demişdir: Allaha and olsun ki, doğru dedin. Bu minbər mənim atamın yox, sənin atanın yeridir.[19] Həsən və Hüseyn Müsəlmanların Sasanilərlə apardıqları müharibələrə qatılmayıblar.[20] Bəzi tarixi rəvayətlərdə Həsənin bəzi müharibələrə qatılmasına dair sözlər söylənmişdir.[21] Osmanın xəlifə seçilməsi ilə nəticələnən şuranın təşkil edilməsi və Ömərdən sonrakı xəlifəliyin müəyyənləşdirilməsində Ömər Həsənin altı nəfərlik şurada şahid adı ilə yer almasını istəmişdir.[21][22][23][24] Xəlifə Osman, Əbu Zəri Rəbəzə çölünə sürgün etmək istədiyi zaman kimsənin ona müşayiət etməməsi və onunla danışmaması üçün əmr verdi və Mərvan ibn Həkəmə onu Mədinədən bayıra çıxarmasını əmr etdi. Əbu Zər Mədinədən kənara çıxarılanda heç kim bayıra çıxma və ona müşayiət etmə cürətini göstərməyib. Yalnız Əli, qardaşı Əqil, Həsən, Hüseyn və Əmmar ibn Yasir ona müşayiət etmək üçün onun yanında hazır olmuş və onunla vidalaşımışdırlar.[25] Osmana qarşı başlanan kütləvi xalq hərəkatlarında, bəzi tarixi rəvayətlərin qeyd etdiyinə görə, Əli İslamın hifzi üçün Osmanın qorunması istiqamətində bir fikrdə idi. Bu səbəbdən əsəbi üsyançıların onu öldürməsinə mane olmaq üçün onu qoruma altına almışdır. Bu səbəbdən də gənc oğulları Həsən və Hüseyni xəlifənin evinə göndərərək onu qoruma altına almışdır. Qiyamçıları dayandırmaq o qədər asan olmamış və ən sonunda bu üsyanlar Osmanın ölümü ilə nəticələnmişdir. Bu mövzu haqqında olan rəvayət mənbələrdə mübahisəli olaraq qiymətləndirilmişdir.[21][26][27][28][29][30]

Əlinin İmaməti və Xilafəti dövrü

[redaktə | mənbəni redaktə et]

Həsən və Hüseyn, ataları Əli ilə birlikdə Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdir.[31]

Cəməl döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Cəməl döyüşü

Kufə Valisi Əbu Musa Əşərinin, Əlinin göndərdiyi elçilərlə birlikdə beyətini pozanlara (Cəməl döyüşünü hazırlayanlara) qarşı əməkdaşlıq etməyə yanaşmaması ilə, Əli oğlu Həsəni Əmmar ibn Yasirlə birlikdə bir məktubla Kufəyə göndərmişdir. Həsən Kufə məscidində çıxışı ilə 10 min nəfəri beyətini pozanlara qarşı müharibə meydanına cəlb etməyi bacarmışdır.[32] Həsən Cəməl döyüşündən əvvəl çıxış etmişdir.[33] Əli onu bu müharibədə ordunun sağ qanadına vəzifələndirmişdir.[34] Bəziləri Əlinin bu müharibədə, Məhəmməd Hənəfiyyəyə belə buyurduğunu nəql etmişdir: Bu nizəni al və Dəvənin (Ayşənin dəvəsi nəzərdə tutulur. Bu müharibədə çox sayda müsəlman bu dəvəyə qarşı mübarizədə ölmüşdür.) ayaq sinir damarlarını kəs. Məhəmməd Hənəfiyyə oxçuların şiddətli hücumlarından dolayı geri qayıtmışdır. Sonra Həsən nizəni alıb dəvənin ayaq sinir damarlarını kəsmişdir.[35]

Siffeyn döyüşü

[redaktə | mənbəni redaktə et]
Həsən atası Əli ilə birlikdə Siffeyn döyüşündə. (Məhəmməd Balami, Tarixnamə)
border=none Əsas məqalə: Siffeyn döyüşü

Siffeyn döyüşündə Əli onun şiddətli döyüşünü görəndə onu və qardaşı Hüseynin canını qorumaq məqsədilə onların geri qaytarılmaları üçün əmr vermişdir. Əli belə buyurmuşdur: "Övladlarımı döyüşdən geri çəkin, onların canlarının təhlükəyə düşməsindən və Rəsulullahın (s.ə.ə) nəslinin sona çatmasından qorxuram".[36] Döyüş zamanı Muaviyə, Həsənin, savaşdığını görəndə onu döyüş meydanından çəkmək üçün Ubeydullah b. Öməri (ikinci xəlifə Ömərin kiçik oğlunu) döyüş meydanına göndərmişdir. Ubeydullah, onu xilafət vədilə müharibədən geri çəkməyə çalışmışdır. Ubeydullah, Həsənin döyüşməklə məşğul olduğunu görəndə, yanına yaxınlaşaraq "səninlə işim var" demişdir. Həsən, döyüşdən əl çəkərək ona tərəf yaxınlaşmışdır. Ubeydullah, Muaviyənin ona olan təklifini danışmışdır. Həsən qəzəbli bir şəkildə: Bu gün və ya sabah öldürüldüyünü görür kimiyəm, ancaq şeytan səni aldatmış və bu işi sənə gözəl göstərir. Bir gün Dəməşq qadınları meyidinin üzərində sənə ağlayacaqlar. Tezliklə Allah səni üzü üstə yerə vuracaq və o şəkildə öləcəksən. Ubeydullah, çadırların olduğu yerə geri dönmüş, Muaviyə də onun halını görüncə özü cavabın nə olduğunu anlayaraq belə demişdir: "O, bu atanın oğludur ".[37] Əli hakimlik hadisəsindən sonra baş verən fitnə və münaqişələrin qarşısını almaq üçün, oğlu Həsənin çıxış etməsini və sübut və dəlillərlə insanlara hadisələrin iç üzünü danışmasını istəmişdir. Həsən atasının dediyi etmişdir.[38] Nəhcül-bəlağənin otuz birinci məktubu, Əlinin Həsənə dediyi əxlaq məzmunlu məşhur vəsiyyətidir. Siffeyndən qayıdarkən "Hazirin" adlanan yerdə bu vəsiyyətnaməni açıqlamışdır.

İmaməti və Xilafət

[redaktə | mənbəni redaktə et]

Əlinin, Hicrətin 40-ıncı ildə Ramazan ayının 21-ində Cümə günü, İbn Mülcəm Muradinin tərəfindən qətlə yetirildikdən sonra Həsən şiələrə görə 2-ci imam olmuşdur. Bununla yanaşı ona həm də İslam Xəlifəliyi təklif olunmuş və o da qəbul etmişdir. Kufə əhalisi də dəstə-dəstə gələrək ona beyət etmişdir. Bunda sonra Həsən öz valilərini müəyyən etmiş və Abdullah ibn Abbası Bəsrə valisi təyin etmişdir.[39]

Muaviyə ilə münaqişəsi

[redaktə | mənbəni redaktə et]

Muaviyə Əlinin qətlə yetirildiyini və xalqın oğlu Həsənə beyət etdiyini anladıqda, insanları Həsənə qarşı qızışdırmaq və təhrik etmək üçün Kufə və Bəsrəyə iki casus göndərmişdir. Həsən hər ikisinin də həbs olunaraq lazımi cəzaya məhkum edilmələri əmrini vermişdir. Həsən ilə Muaviyə arasında qarşılıqlı məktublaşmalar baş vermişdir və Muaviyə Həsəndən xilafəti təhvil verməsini istəmişdir. Bu məktublarda Həsən, dəlilləri ilə xilafətə layiq olduğunu iddia etmiş və xilafəti təhvil verməkdən imtina etmişdir.[39] Bundan sonra Muaviyə, ordusunu hazırlamağa başlamışdır. Məmurlarına məktublar göndərərək İraq müharibəsində ona qatılmalarını istəmişdir. Muaviyə, Dahhak b. Qeys Fəxrini öz yerinə təyin edib, şəxsən ordu komandanlığını götürərək İraqa doğru irəliləməyə başlamışdır. Mənbələrə görə bu müharibədə 60 min və ya daha çox sayda əsgər Muaviyəni müşayiət etmişdir.[40]

Həsən Hücr b. Ədiyi bölgə əmirlərinin xalqı cihada dəvət etməsi üçün vəzifələndirdi. Dəvət edilənlər ilk əvvəl lənglik göstərmiş, ancaq sonradan yola çıxmışdırlar.[41] Həsən, Muğayrə b. Nöfəli Kufədə öz yerinə naib təyin etdikdən sonra Nüxeyləyə doğru hərəkət etmişdir.[42] Həsən, Muaviyəni İraqdan uzaq tutmaq üçün Ubeydullah ibn Abbası 12 min nəfərlik bir ordu ilə onun üzərinə göndərmişdir.[43] Ubeydullah b. Abbas, "Məskin" deyilən bölgəyə çatmış və orada iki ordu üz-üzə gəlmişdir. Muaviyənin əmri ilə Bəsər b. Urtat tərəfindən Yəməndə iki oğlunu itirən[42] Ubeydullah ibn Abbas, Həsənə xəyanət edərək gecə yarısı Muaviyənin qərargahına qaçmışdır.[44] Ubeydullahın qaçışı "Məskin" qərargahında orduda ruh düşkünlüyünün yaranmasına səbəb olmuşdur. Sonradan bu vəziyyət çox keçmədən Mədaində də görünməyə başlanmış və tədricən problemlərə səbəb olmuşdur.[45]

Muaviyə, gizlincə cəsuslarına göstəriş verərək İraq ordusu arasında Ubeydullah b. Abbasın yerinə keçən Qeys b. Sadın öldürüldüyü şayəsini yaymalarını istəmişdir. İnsanlar bu xəbəri eşidəndə bir-birilərinin mallarını qarət etməyə başlamış və sonda soyğunçuluq hadisəsi Həsənin qərargahına da sıçramışdır. Hətta Həsənin üstündə oturduğu kilimi və belindəki ridasını (şalını) da götürmüşdürlər.[46] Muaviyə, Muğeyrə b. Şöbə, Abdullah b. Amir və Əbdürrəhman b. Həkəmi Həsənin yanına göndərmiş və onlar, Mədaində Həsənin yanından ayrılanda belə deməyə başlamışlar: Allah, Rəsulullahın oğlu sayəsində qanların tökülməsinin qarşısını aldı, fitnə atəşini söndürdü və sülh təklifini qəbul etdi". Bu sözü eşidən xalq Həsənə hücum etməyə başlamış və orada və çadırlarda olan hər şeyi yağmalamışdırlar.[47] Bundan əlavə bu ərəfədə Həsənə qarşı öz ordusundakı əsgərlər tərəfindən 3 sui-qəsd təşkil edilsə də, Həsən onlardan qurtulmuşdur.[48]

Muaviyə ilə sülh müqaviləsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Həsən-Muaviyə sülhü
İmam Həsənin zəhərlənməsi (Füzulinin Hədiqətüs-süəda əsərinə çəkilmiş miniatür

Bu müqavilənin maddələri mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Müqavilə maddələri ümumiyyətlə bunlardan ibarətdir:

  • Hökumət Muaviyəyə buraxılacaq, ancaq Muaviyə Allahın kitabı və Rəsulullahın sünnəsinə əsasən əməl edəcəkdir.
  • Muaviyə özündən sonra heç kimi xəlifə olaraq təyin etməyəcək və xilafət özündən sonra Həsənə və ya icbari bir vəziyyətdə qardaşı Hüseynə keçəcəkdir
  • Muaviyə Əliyə söyüş və lənət etməyi tərk edəcək və Əliyi ancaq yaxşılıqla anacaqdır.
  • Bəni-Haşim üçün ödəniş müəyyənləşdiriləcək, Cəməl və Siffeyn döyüşlərində Əlinin cərgəsindən ölənlərin yaxınlarına müəyyən miqdarda pul ayrılacaq.
  • Muaviyə, heç kimi keçmişdə etdiklərinə görə cəzalandırmayacaq; İraq xalqına qarşı keçmiş kinini tərk edəcək. Əli dostları hər yerdə əmniyyət və əmin-amanlıq içində olacaq. Şiələrinə əziyyət olunmayacaqdır; Can, mal, namus və övladları təhlükəsizlik içində yaşayacaqlar.
  • Həsən, qardaşı Hüseyn və Məhəmmədin Əhli-Beytindən heç birinə, gizlində və ya aşkarda sui-qəsd planlaşdırılmayacaq.

Bu müqavilənin maddələrində Şiə və Sünnilər arasında ixtilaf vardır.[49][50][51][52][53][54]

Həsənin müəyyən etdiyi şərtlərlə, Hicrətin 41-ci ilinin əvvəllərində sülh müqaviləsi imzalanmışdır[55] Ancaq Muaviyə müqavilənin bütün şərtlərini qəbul etməsinə baxmayaraq, Kufəyə gələr gəlməz -iki ordunun görüşməsində- xalqa oxuduğu bir xütbə ilə qəbul etdiyi saziş müddəalarını ayaqlarının altına aldığını açıqlamışdır. Sülhün Həsən tərəfindən arzu olunduğunu iddia edərək Əlini də təhqir etmişdir. Hüseyn ona cavab vermək istəyərkən qardaşı Həsən ona mane olub və özü bir xütbə oxumuşdur. Çıxışında sazişin məzmununu və Muaviyə tərəfindən sülh təklifinin edildiyini açıqlayaraq Muaviyənin atasına etdiyi təhqirlərə cavabən öz alicənablıq və nəsəbini Muaviyə ilə müqayisə edərək özünün onda üstün olduğunu iddia etmişdir.[56][57][58][59][60] Həsənin bu hərəkəti Muaviyəyə çox pis təsir etmişdir.[60]

İmam Həsənin Müaviyə ilə sülh bağlayarkən söylədiyi xütbə

[redaktə | mənbəni redaktə et]

"Ey İnsanlar! Müaviyə onu xəlifəliyə layiq gördüyümü və özümü layiq görmədiyimi güman edir. Müaviyə yalan danışdı. Allahın kitabı və Peyğəmbərin dililə insanlara onların özlərindən övlayam. Allaha and içirəm ki,əgər camaat mənə beyət, itaət və yardım etsəydilər səma öz yağışını və yer üzü bərəkətini onlara bəxş edərdi. Sən də, ey Müaviyə, xəlifəliyə əsla göz dikə bilməzdin. Həqiqətən Peyğəmbər (s) buyurub: Aralarında daha elmli bir şəxs olduğu halda, heç bir ümmət rəhbərliyini başqasına həvalə etməz. Əks halda başçıları anbaan alçalmağa doğru gedər. Belə ki, buzova ibadət edənlər öz dinlərinə qayıdanadək belə davam edər. Bəni-İsrail Harunun Musanın(ə) xəlifəsi olduğunu bildiyi halda onu tərk etdi və buzova ibadət etdilər...

...Ey İnsanlar! Şərqlə qərbin arasını gəzsəniz, məndən və qardaşımdan savayı yer üzündə Peyğəmbər (s) övladı tapa bilməyəcəksiniz!"[61].

Sülhdən ölümünə qədər

[redaktə | mənbəni redaktə et]

Həsən sülh müqaviləsindən sonra Mədinəyə getmişdir. Orada dini, elmi, ictimai və siyasi bir diqqət mərkəzində olmuşdur. O, Muaviyə və tərəfdarlarına qarşı Mədinə və Dəməşqdə mövqe almış və Muaviyə ilə münazirələr etmişdir. Bu münazirələr Şeyx Təbərsi tərəfindən "İhticac" adlı kitabda bir araya gətirilmişdir.[62]

Həsən ibn Əlinin də dəfn ediliyi türbə. (1925-ci ildə Səudiyyə xanədanlığı tərəfindən dağıdılmışdır.)

660-cı illərdə Muaviyə bir neçə dəfə Həsəni zəhərlətməyə çalışmış, ancaq buna nail ola bilməmişdir.[63] Sonda Həsənin həyat yoldaşlarından Əşəs b. Qeysin qızı Cödənin yanına 100 000 dirhəmlə birini göndərərək belə deməsini istəmişdir: "Mən səni oğlum Yezidlə Həsəni zəhərləməyivin qarşılığında evləndirəcəm". 669-cu ildə Cödə Həsəni zəhərləmiş və nəticədə Həsən vəfat etmişdir.[64][65][66][67][68][69][70][71][72] Bundan sonra Muaviyə vəd etdiyi pulu Cödəyə vermiş, ancaq oğlu Yezidlə onu evləndirməmişdir.[73] Hüseyn qardaşının nəşini babası Məhəmmədin qəbrinə tərəf aparmaq istədiyi vaxt (Həsənin nəşinin Məhəmmədin yanında torpağa veriləcəyini güman edən) Aişə, MərvanBəni-Üməyyədən olan yanındakılar Həsənin nəşinin Məhəmmədin yanına dəfn edilməsini qarşısını almaq üçün silahlı olaraq önə çıxmışdırlar. Bəni-Haşim və Bəni-Üməyyə arasında qarşıdurma çıxacağı ərəfədə İbn Abbas qarşıdurmaya mane olmuş və bundan sonra Həsənin nəşi nənəsi Fatimə binti Əsədin yaxınlığında Cənnətül-Bəqidə torpağa verilmişdir.[74][75]

İddialara görə Həsən xasiyyət, davranış və siyadət baxımından insanlar arasında babası Məhəmmədə ən çox bənzəyən adam olmuşdur.[76] Fəxri Kainat Məhəmməddən nəql edildiyinə görə Məhəmməd Həsənə xitabən belə buyurmuşdur: "Ey Həsən! Sən yaradılış və əxlaq baxımından mənim bənzərimsən".[77] Həsən Kisa (Əba) Səhabələrindən biridir.[78][79][80] Məhəmməd Mübahilə hadisəsində, Əli, Fatimə və Hüseynlə yanaşı Həsəni də özü ilə birlikdə mübahilə etməyə aparmışdır.[81][82] Quranın Təthir ayəsi onun da haqqındadır.[83] Həsən Həccə 25 dəfə piyada getmiş, üç dəfə bütün malını xeyriyyəyə sərf etmişdir. Hətta ayaqqabısını bağışlamış, özünə tərliyini saxlamışdır.[84]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
Həsənin məzarının indiki görünüşü

Həyat yoldaşları və övladları

[redaktə | mənbəni redaktə et]

Həsənin qız və oğlan olmaqla 15 (8 oğlan, 7 qızı) uşağı olmuşdur:

  • Zeyd və iki bacısı Ümmül-Həsən və Ümmül-Hüseyn. Bu üçünün anaları Əbu Məsud Ukbə b. Əmrin qızı Ümmü Bəşirdir.
  • Həsən b. Həsən. Anası, Mənzur Fəzarinin qızı Havlə.
  • Amr, Qasım və Abdullah. Anaları, cariyə idi.
  • Əbdürrəhman. Anası cariyə idi.
  • İsrim ləqəbi ilə tanınan Hüseyn. Qardaşı Təlhə və bacısı Fatimə. Anaları, Təlhə ibn Ubeydullah Təmiminin qızı Ümmü İshaq.
  • Ümmü Abdulla, Fatimə, Ümmü Səlma və Rüqəyya. Fərqli analardan dünyaya gəliblər.[85]

Mənbələr Həsənin evlilik və boşanmalarına işarə etmişdir, ancaq sayı haqqında ixtilaf vardır; Müxtəlif rəvayətlərə görə, bunun qəbul və ya rədd edilməsi nə mümkündür və nə də hadisənin tarixi dəyərini azaldıb çoxaltmaq mümkündür. Bu məsələnin nizamlanması daha çox təriqəti və siyasi ziddiyyətlərdən qaynaqlanır. Bir çox tədqiqatçı və alim, bu hədislərin tənqidində onların sənəd və məzmun olaraq səhvlərinə işarə etmişdirlər.[86][87][88][89] Xüsusilə mənbələrdə təqdim olunan xəbərlərin olduqca qeyri-müəyyən və mübhəm olduğunu və hətta Həsənin həyat yoldaşlarının adlarının zikr edilməmiş olduğunu qeyd etmişlərdir. Bu mənada yalnız bir çox rəvayətlərə əsasən, Həsənin zəhərlənməsini təşkil edən Əşəs b. Qeysin qızı Cödənin adı hallanır. Qadınların adlarının qeyri-müəyyən olmasına baxmayaraq, ümumiyyətlə, mənbələrdə Həsənin övladları haqqında nisbi olaraq uyğunluq var. Və eynilə bu uyğunluqla Həsənin uşaqlarının analarının adları da aydın olur. Məsələn: Mənzur b. Zəbban Fəzarinin qızı Havlə, Ukbə b. Amr Həzrəcinin qızı Ümmü Bəşir, Təlhə b. Ubeydullah Təmiminin qızı Ümmü İshaq, Əbu Bəkrin nəvəsi Həfsə və Amr b. Suheylin qızı Hind.[89][90][91][92][93][94]

  1. 1 2 Али-заде А. Хасан ибн Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  2. 1 2 Hassan // British Museum person-institution thesaurus.
  3. 1 2 Encyclopædia Britannica (ing.): a dictionary of arts, sciences, literature and general information. / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911.
  4. https://encyklopedia.pwn.pl/haslo/Hasan-Al;3910277.html.
  5. Ərbili, 1426, c. 2, səh. 289
  6. Fəramerz, c. 20, səh. 532
  7. 1 2 Müfid, 1961, c. 2, səh. 3
  8. Kuleyni, c. 2, səh. 499
  9. Ərbili, 1426, c. 2, səh. 296
  10. Səduq, 1363. səh. 134
  11. Buxari, c. 2, səh. 432
  12. Süyuti. səh. 206
  13. 1 2 3 Süyuti. səh. 207
  14. Səduq, 1363. səh. 333
  15. Məclisi, c. 37, səh. 73
  16. Səduq, İləluş-Şərai, c. 1, səh. 211.
  17. Müfid, 1961, c. 2, səh. 27
  18. Cəvini, 1980, c. 2, səh. 68
  19. Süyuti. səh. 80
  20. Amuli, 1376. səh. 170
  21. 1 2 3 Fəramerz, c. 20, səh. 534
  22. İbn Qüteybə, c. 1, səh. 30
  23. İbn Əbdülbirr, 1412, c. 1, səh. 391
  24. Cövhəri
  25. Məsudi, c. 1, s 698
  26. İbn Qüteybə, c. 1, səh. 40
  27. Bəlazuri, 1394, c.2 , səh. 216-217
  28. Maliki, 1405. səh. 119 və 194
  29. Müqəddəsi, c. 5, səh. 206
  30. Amuli, 1363. səh. 140
  31. Əmin, 1998, c. 2, səh. 370
  32. Cəfəryan, 1962. səh. 124
  33. Müfid, 1371. səh. 327
  34. Müfid, 1371. səh. 348
  35. Qureyşi, 2009. səh. 403
  36. Qureyşi, 1376. səh. 219
  37. Qureyşi, 1376. səh. 218
  38. Qureyşi, 1376. səh. 245
  39. 1 2 Müfid, 1961. səh. 350
  40. Qureyşi, 1376. səh. 334-335
  41. Müfid, 1961. səh. 351
  42. 1 2 Qureyşi, 1376. səh. 338
  43. Müfid, 1961. səh. 354
  44. Qureyşi, 1376. səh. 334
  45. Yasin, 1378. səh. 192
  46. Təbəri, c. 4, səh. 122
  47. Yəqubi, 1362, c. 4, səh. 122
  48. Qureyşi, 1376. səh. 361
  49. İbn İsam, c. 4, səh. 290
  50. Təbəri, c. 4, səh. 123-126
  51. Əbülfərəc, səh. 144
  52. İbn Əbdülbirr, 1412. səh. 36
  53. Müqəddəsi, c. 5, səh. 236
  54. Fəramerz, c. 20, səh. 537-538
  55. ibn Həyyat, 1397. səh. 203
  56. Təbəri, c. 4, səh. 124–125, 128–129
  57. Əbülfərəc, səh. 45
  58. İbn Şöbə, 1404. səh. 232
  59. Rəsailul-İmam Həsən, səh. 29
  60. 1 2 Fəramerz, c. 20, səh. 538
  61. Ali-Muhəmmədin sirləri,səh338; Təbərsi,əl-İhticac,səh.467,Bakı,Nurlar nəşriyyatı
  62. Təbərsi, 1413, c. 2, səh. 16-65
  63. Müfid, 1961. səh. 357
  64. "Məqatalut-Talibin", c. 1, səh. 20
  65. Məsudi, "Murucuz-Zəhəb", c. 1, səh. 346
  66. Zəməxşəri, "Rəbiul-Əbrar", c. 1, səh. 438
  67. əl-Məziy, "Təhzibul-Kəmal", c. 6, səh. 252
  68. Zəhəbi, "Siyər", c. 3, səh. 274
  69. İbn Əsakir, "Tarixul-Mədinətul-Diməşq", c. 13, səh. 283–284
  70. İbn Kəsir, "əl-Bidayə vən-Nihayə", c. 8, səh. 47
  71. İbn Əbilhədid, "Şərhi-Nəhcül-Bəlağə", c. 16, səh. 11
  72. İbn Əbdülbirr, "əl-İstiab", c. 1, səh. 389
  73. Müfid, 1961, c. 2, səh. 13
  74. Müfid, 1428. səh. 280-281
  75. Şeyx Səduq, "İləluş-Şərayi", c. 1, səh. 221, hədis 1 Arxivləşdirilib 2013-08-13 at the Wayback Machine
  76. Ərbili, 1426, c. 2, səh. 290
  77. Məclisi, c. 43, səh. 294
  78. Şeyx Səduq, Xisal, c. 2, səh. 550
  79. Səduq, 1373
  80. Ağa Nəcəfi, c. 1, səh. 55
  81. Qummi, c. 1, səh. 104
  82. Zəməxşəri, Kəşşaf, c. 1, səh. 368
  83. Qummi, c. 2, s. 198
  84. Sunənul-Kubra, Lil-Beyhəqi, 331/4, tərcümə: Əl-İmam Əli (ə.s) min-tarixi Dəməşq, səh. 142, h. 236; Muntəxab Fəzailun-Nəbi və Əhli-Beytəhu əleyhimus-salam minəs-sihahis-Sittə və qeyri huma minəl Kutbul-mutəbarat ində Əhli-Sünnət, səh. 279-dan nəqlən.
  85. Müfid, 1961, c. 2, səh. 16
  86. Əqiqi, 1381, c. 4, səh. 523
  87. Qureyşi, 1413, c. 2, səh. 443
  88. Madelung, 1997. səh. 380-387
  89. 1 2 Fəramerz, c. 20, səh. 545
  90. Yəqubi, 1362, c. 2, səh. 228
  91. İbn Sufi, 1989. səh. 19
  92. Səhihi-Buxari, Səhl, 5
  93. İbn Şəhr Aşub, c. 3, səh. 192
  94. İbn Anbə, 1961. səh. 68

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]