İnsan dişləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Daimi dişlər.

İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan.[1][2]

İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər. Bunların hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir.[3][4][5][6] Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir.[7] İnsan çox məməlilər kimi difiyodontdur,[8] yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir.[8]

Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir. Dişlərin anatomiyası stomatologiyada müxtəlif istiqamətlərdən olan mütəxəssislərin müalicə strategiyasının seçiminə xidmət edir.

Dişlər ağız boşluğunda çənələrin alveolyar çıxıntılarında yerləşir və möhkəm struktura malikdirlər, qidanın ilkin mexaniki emalında və həmçinin danışığın formalaşmasında iştirak edirlər. Dişlərin forması diş qruplarının icra etdiyi funksiyadan asılı olaraq dəyişir. Dişlər embrionun selikli gişasının törəməsidir. Dişlər onları çənədə saxlayan, qidalandıran, qoruyan müxtəlif toxumaların əhatəsindədir. Hər bir diş tac, boyun və kök hissələrindən ibarətdir. Dişlərin növündən asılı olaraq bir və ya bir neçə kökü olur. Köklər ayrı ayrı olur, bəzən də bitişik olur. Hər bir dişin yerini həm də növünü asan təyin etmək üçün müxtəlif cədvəllər, formulalar mövcuddur. Bunlardan əsas üçü: Beynalxalq stomatoloji federasiyanın FDİ nömrələməsi, universal nömrələmə sistemi və Palmer nömrələməsidir.[9][10][11]

Süd dişləri 10 yuxarı çənədə və 10 aşağı çənədə olmaqla 20 dənədir. Süd dişləri üçün diş formulası bu cür göstərilir: 2.1.0.22.1.0.2.

Süd dişlərində cəmi iki qrup kəsicilər var, bunlar orta və yan kəsicilər və iki qrup azı dişlər, bunlar birinci və ikinci azı dişlərdir. Əsasən bütün süd dişləri daimi dişlər ilə əvəz olunur. Süd dişlərin

Daimi dişlər 32 (28) olmaqala 16 yuxarı çənədə (maksillada) 16 isə aşağı çənədə yerləşir. Daimi dişlər üçün diş formulası bu cür göstərilir: 2.1.2.32.1.2.3.

Daimi dişlər hər çənədə cüt: orta və yan kəsicilərdən, köpək dişindən, iki kiçik azı dişindən və üç azı dişindən ibarətdir (bəzən iki azı dişi). Üçüncü azı dişlər el arasında "ağıl dişi" adlandırılır (ifadənin özü ingilis dilindən götürülüb ing. wisdom tooth[12]), bu da ki həmin dişlərin daha böyük yaşlarda çıxması ilə izah olunur. Üçüncü azı dişlər çıxma prosesində çox vaxt özünəməxsus problemlər yaradır və müxtəlif patologiyalara səbəb olur.[13][14][15][16][17][18][19] Üçüncü azı dişlər ("ağıl dişi") bəzi antropoloqların, ekspertlərin fikrinə görə hətta atavizm və ya rudiment sayılır.[20][21] Digərləri isə paramolarları atavizm sayır.[22] Dişlərin normadan sayı çox olması hiperdontiya adlanır, normadan sayın az olması hipodontiya adlanır.

Kişilərin və qadınların dişlərində az da olsa fərq var. Kişilərin dişləri çənə ilə birlikdə qadınlara nisbətən daha böyükdür. Bu fərq həm də dişin tərkibində də var, kişilərin dişlərində daha çox dentin, qadınların dişlərində isə daha çox mina qatı var.[23]

Dişin hissələri

[redaktə | mənbəni redaktə et]

Mina insan bədənindəki ən sərt maddədir. Oral ektodermadan törənir. Dişin formalaşmasında iştirak edən əsas dörd strukturundan biridir.[24] Mina 96% minerallardan, qalan 4% faizi isə su və organik maddələrdən ibarətdir.[25] Minanın rəngi normada açıq sarı rəngdən bozumtul ağ rəng arasında dəyişir. Dentinə uzaq olan hissələr daha çox maviyə çalan rəng alır, dentinə yaxın olan mina, dentinin vəziyyətinə orada baş verən proseslərdən asılı olaraq rəng deyişiminə məruz qala bilir. Minanın qalınlığı da tacın müxtəlif hissələrində müxtəlifdir və ən qalın tuberkul hissələrindədir və haradasa 2,5 mm təşkil edir, ən incə isə cementoenamel junction (CEJ) deyilən, minasement sərhədindədir.[25][26] Minanın vaxt getdikcə sürtünməsi prosesi baş verir ki, buna da attrition deyilir, ildə təxminən 8 mkm təşkil edir.[7][27][28]

Minanın ilkin mineralı kalsiyum fosfat kristalından ibarət olan hidroksiapatitdir.[26][29] Minanın möhkəmliyi onun tərkibində olan çoxlu minerallar ilə izah olunur, amma öz növbəsində bu minanın kövrəkliyini də izah edir.[25][30] Amma minaya nisbətən daha az kövrək olan dentin minaya dəstək olaraq bu çatışmazlığı aradan qaldırır.[29] Sümük və dentindən fərqli olaraq, minada kollaqen yoxdur. Minanın inkişaf etməsində önəmli olan zülallar bunlardır: ameloblastin, amelogenin, enamelin, tuftelin.[25] Nadir hallarda mina heç əmələ gəlməyə bilər və diş yalnız dentinlə örtülü olaraq çıxır.[31]

Dentin mina ilə və ya sement ilə pulpa arasında olan maddədir. Dentin mənşəyi mezenximal bağ toxumasından olan odontoblast hüceyrələri tərəfindən əmələ gələn dişin sərt toxumasıdır.[32][33][34][35][36][37][38] Diş tacının bir hissəsini içərisində pulpa boşluğu olan dentin təşkil edir.[25] Dentinin əmələ gəlməsi dentinigenez adlanır. Dentinin 70%(75%) qeyri organikdir, 20% organikdir, qalan 10%(5%) sudan ibarətdir, dentinin sıxılmaya dayanıqlığı 260 MPa-dır. Minadan daha yumuşaq və keçirici olması onun kariyesə daha az dözümlü olmasını izah edir. Minadan daha tez parçalanması, minası dağılmış diş müalicə olunmasa, qısa müddətdə geniş çürüntü boşluğu əmələ gəlməsinə gətirib çıxarır.[35]

Dentin – kollafen zülal matrisası ilə bərabər olan mineralizə birləşdirici toxumadır. Dentin 1) dentin kanalları 2) dentin toxumasını əmələ gətirən odontoblast hüceyrələri 3) həmin hüceyrələrin uzantıları olan Tomas lifləri 4) və intertubulyar dentindən ibarətdir. Dentin kanalları S-vari uzanaraq mina-dentin sərhədinəcən uzanırlar. Gənclərdə kanal haradasa 3,3 μm (mikron), yaşlılarda 1,2 μm (mikrondur).[39]

Dentin növləri: primer dentin, sekonder dentin, predentin, reaktiv dentin (təmir dentini) və ayrıca sklerotik (transparant) dentin. Primer diş çıxarkən, sekonder dentin diş çıxandan sonra uzun müddət ərzində formalaşır, predentin pulpanın tam üzərindədir və birinci iki növ dentinin dirənci üçün çox önəmlidir, reaktiv dentin pulpaya qıcıqların get-gedə yaxın olması ilə əmələ gəlir, sklerotik dentin yaşlandıqca dentin kanalların minerallaşması nəticəsində əmələ gələn bir fizioloji sklerotik dentindir.[24][25][32][33][34][35][36][37][38][39][40]

Dişin sərt toxumaları arasında həm fiziki həm də kimyavi xüsusiyətlərə görə sümüyə ən yaxın olan, bənzər olan – sementdir. Əsas fərq sümükdəki kimi damarların olmamasıdır.[24] 65% qeyri orqanik, 23% orqanik(əsasən kollagen), 12% sudan ibarətdir. Sement hüceyrələri sementoblastlar, sementositler, periodontal ligament fibroblastları və sementoklastlardır (odontoklastlar).[25][35] Sement taca yaxın hissədə 16–60 μm (mikron), apikal hissə və furkasiyada (köklərin birləşdiyi hissə) 150–200 μm (mikron) qalınlığındadır.[25][37][38][39]

Ektomezenximal hüceyrələrdən əmələ gələn pulpa, bir bağ toxumasıdır.[25] Yenicə əmələ gəlmiş pulpanın 90% su olmaqla bərabər tərkibinə aşağıdakı strukturlar daxildir:

  • Arteriol və venullalar
  • Sinir fibrilləri
  • Bağ toxuması fibrilləri
  • Limfa damarları
  • Hüceyrə arası su
  • Odontoblastlar
  • Fibroblastlar
  • İmun sistemi hüceyrələri
  • Hüceyrəsəl komponentlər.[24][34][41][42]

Pulpa-dentin arasında odontoblasstlar mövcüddur və dentinin inkişafına, dəstəyinə xidmət edirlər.[25]

Pulpanı adətən dişin "siniri" adlandırılar.[43]

Dişin inkişafı

[redaktə | mənbəni redaktə et]
Sağ aşağı azı dişlərin müxtəlif inkişaf mərhələlərindəki rentgenoqramması

Dişlərin inkişafı doğumdan əvvəl başlayan və doğumdan sonra davam edən prosesdir. Bu proses dişlərin embrional hüceyrələrdən formalaşmasından başlayıb, böyümə və ağız boşluğuna çıxması ilə nəticələnir. İnsanın dişlərin çıxmasının bir çox dişləri olan canlılarla oxşarlığı var. Sağlam dişin çıxması üçün mütləqdir ki dişin bütün inkişaf mərhələlərində proses normal getsin və dişin mina, dentin, pulpası, sement, parodont kimi strukturları hər biri vaxtı vaxtında, normal gedişatla inkişaf etsin, formalaşsın. Süd dişləri embrionun inkişafı zamanı altıncı yeddinci həftələr arasında, daimi dişlər isə iyirminci həftədən formalaşmağa başlayar.[25][44][45] Dişlərin çıxmasına təkan verən induktiv siqnallar və homeoboks deyilən genlərin rolu olunduğu deyilmişdir və həmçinin çıxma bir sıra mürəkkəb proselərin nəticəsində baş verir. Bu mexanizmlərin daha dərindən öyrənilməsi diş xəstəliklərin profilakrikasında və müalicəsində yeni üsulların əldə olunmasını vəd verir.[46][47]

İnkişafın müxtəlif mərhələləri hər hansı səbəbdən pozularsa, ləngiyərsəvə ya dayanarsa bu dişin anormal olmasına və ya heç çıxmamasına gətirə bilər.[25][48][49] Süd dişlərin və daimi dişlərin inkişafı prosesi ümumən bənzərdir. Dişin inkişafı aşağıdaki mərhələlərdən ibarətdir:

  1. başlanğıc dönəmi və ya tumurcuq dönəmi
  2. proliferasiya dönəmi
  3. histodiferensasiya və morfodiferensasiya dönəmi
  4. apozisiya və kalsifikasiya dönəmi
  5. erupsiya dönəmi
  6. kökün inkişafı[25][50][51][52]

Diş tumurcuğu (bəzən diş rüşeymi də deyilir) bir hüceyrələr toplumudur ki, sonda dişin formalaşmasında iştirak edirlər. O üç hissədən ibarətdir: mina orqanı, dental papilla (diş məməciyi), dental folikul. Mina orqanı xarici mina epitel hüceyrələri, daxili mina epitel hüceyrələri, stellat (ulduzabənzər) retikulum və stratum indermediumdan (ara qat) ibarətdir. Bu hüceyrələr mina və reduktə (azaldılmış) edilmiş mina epitelini əmələ gətirən ameloblastları meydana gətirir. Cervical loop (boyun ilgəyi) hüceyrələrin daha dərin toxumalara doğru inkişafı diş kükünün sifətini, formasını əmələ gətirən Hertwig epitel kök qabığını yaranmasına gətirib çıxarır. Dental papillaya (diş məməciyinə) dentini əmələ gətirəcək odontoblastların yaranmasına gətirib çıxaran hüceyrələr daxildir.[53] Həmçinin dental papilla (diş məməciyi) ilə daxili mina epitel hüceyrələrin birləşimi diş tacının formasını təyin edər.[25] Dental folikul (diş folikulu) üç önəmli hüceyrə meydana gətirir: sementoblast, osteoblast və fibroblast. Sementoblastlar dişin sementini əmələ gətirir. Osteoblastlar kökətrafı alveol sümüyünü əmələ gətirir. Fibroblastlar alveol sümüyü ilə diş arasındaki onları bir-birinə bağlayan periodontal bağları (ligamentləri) əmələ gətirir.[24]

Dişin çıxması

[redaktə | mənbəni redaktə et]
Yeddi yaşlı uşağın alt dişləri; solda süd dişlər, ortada süd dişinin düşməsi, sağda bir daim diş görünür

İnsanlarda dişin çıxması diş inkişafı mərhələlərindən olan dişlərin ağız boşluğunda görünəcək bir hala gəlməsi müddətidir. Hal hazırkı araşdırmalar periodontal bağların (ligamentlərin) dişin çıxmasında önəmli bir rolu olduğunu göstərir. Süd dişlərin çıxması altı aydan başlayaraq iki yaşa qədər davam edər. Bu dişlər insanın altı yaşına qədər ağızda müvcud olan yeganə dişlərdir. Altı yaşda artıq ilk daimi dişlər çıxmağa başlayar. Bu mərhələ insanın ağzında həm süd dişlərin həm də daimi dişlərin mövcüd olduğundan qarışıq mərhələ də adlandırılır. Bu mərhələ son süd dişin düşməsi və daimi dişlərin hammısı çıxana qədər davam edər.

Diş çıxma səbəbi haqqında bir çox nəzəriyələr mövcuddur. Onlardan birinə görə dişin böyüyən kökü dişi ağız boşluğuna itələyir. Bir digəri olan yastığlı qamak nəzəriyyəsində, mikroskopik müşahidələr zamanı kök ətrafında bir bağ (ligament) olduğu deyilmişdir, amma sonra slayd hazıranma zamanı bunun sadəcə bir artefakt olduğu üzə çıxmışdı. Hal hazırkı əsas götürülən rəy, düşüncə ondasn ibarətdir ki, periodontal bağlar bu prosesə əsas təkan verən (stimulverici) qüvvəsidir.

Süd dişlərin tökülməyə başlaması, məktəbə hazılraşmanın fiziki və psixoloji meyyarların buna təsiri və ya bir növ bununla əlaqəsi olduğu bildirilir.[54][55][56][57][58][59]

Dəstək strukturlar

[redaktə | mənbəni redaktə et]
Ağızda çıxan dişin histoloji preparatı A: diş B: diş əti C: sümük D: periodontal bağlar

Dişin dəstək bütün toxumalara periodont deyilir. Periodont dişləri sümükdə saxlama, dişlərə çeynəmə, danışma və udqunma zamanı baş verə bilən yükləri qarşılamaq və bərabər paylamaq, həmçinin baryer əmələ gətirmək, vaxt getdikcə əmələ gələn dəyişiklikləri bərpa etmək və zərər verə biləcək faktorlardan qoruma kimi funksiyaları yerinə yetirir.[24][60] Periodonta diş əti, sement, periodontal bağlar (ligamentlər)alveolyar sümükdən daxildir. Periodontal bağlar (ligamentlər) sementi alveolyar sümüyə bağlayır. Alveolyar sümük diş köklərini əhatə edir, bununla da dəstək təmin edir ki, buna da alveol deyilir və ya "diş yuvası". Sümüyün üzərində diş əti və ya gingiva yerləşir.[60]

Periodontal bağlar (periodontal ligament)

[redaktə | mənbəni redaktə et]

Sement və alveolyar toxumasının arasında olan, sementi alveolyar sümüyə bağlayan fibroz toxumadır. Bu toxuma sümüyün içərisində olan diş kökünü əhatə edir. Bağlar (ligamentlər) 0.15–0.38 mm qalınlığındadır, amma bu qalınlıq zamanla azalır.[25] Periodontal bağların (ligamentlərin) funksiyalarına dişi diş yuvasında tutmaq, dişə dəstək vermək, dişin hərəkəti zamanı sümüyün rezorbsiya və ya formalaşmasını stimullaşdırmaq, duyğu və dişin çıxması aiddir.[24]

Periodontal bağların (ligamentlərin) hüceyrələri arasında osteoblastlar, osteoklastlar, fibroblastlar, makrofaqlar, sementoblastlar və Malassez epitelyal hüceyrələri vardır.[25] Əsasən tip I və tip III kologendən ibarətdir, bunlar dəstə halında qruplaşmışdır və yerlərinə görə adlandırılırlar. Bu dəstələr transseptal, alveolyar krest, horizontal, çəp, apical (periapikal), interradikulyar qruplarına bölünürlər.[25][60] İnnervasiya əsasən dişin apikal hissədindən keçib sonra sinirlər diş ətrafını örtər və diş əti kretinə qədər qalxar.[25] Çeynəmə və ya dişləmə vaxtı dişin üzərinə təzyiq edildikdə, diş yuvasında azca hərəkət edər və periodontal bağlarda (ligamentlərdə) gərilmə yaradar və sonra bu qıcıq sinirlər vasitəsilə mərkəzi sinir sisteminə interpretasiya edilməsi üçün göndərilər.[61][62]

Periodontal bağ dəstələrin qrupları: 1.transseptal, 2.alveolyar krest, 3.horizontal, 4.çəp, 5.apikal (periapikal), 6.interradikulyar

Alveolyar sümük

[redaktə | mənbəni redaktə et]

Alveolyar sümük dişin ətrafında alveolus yəni diş çuxuru əmələ gətirən çənə sümüyüdür.[25] İnsan bədənidə olan digər sümüklər kimi də, alveolyar sümük də bütün həyat boyunca dəyişikliyə uğrayar. Osteoblastlar sümük əmələ gətirir, osteoklastlar isə sümüyü destruksiya edir, xüsusən də sümüyə güc düşdükcə.[24] Necə ki ortodontiyada da dişlərə hərərəkət verilirsə, sümüyün dişlər tərəfindən sıxıcı gücü altında olan hissəsi də daha çox osteoklsatlarla zəngin olduğu üçün rezorbsiyaya uğrayır. Dişə bağlı olan periodontal bağlar (ligamentlər) tərəfindən sümüyün gərginlik qəbul edən hissəsi osteoblastlara zəngindir ki, bu da sümüyün əmələ gəlməsinə gətirib çıxarır.[60]

Diş əti (lat. gingiva) çeynəmə selikli qişanın (mukozasının) bir parçasıdır, alveolyar selikli qişa (mukoza) ilə dişlərin servikal hissəsini əhatə edir. Anatomik olaraq üç bölgəyə ayrılır: marginal (sərbəst), yapışıq və interdental.

Diş əti (gingival) epitelin üç növü var: diş əti (oral epitel – parakeratinizə), birləşdirici (yunktional – non-keratinizə) və şırımlı (sulkulyar – non-keratinizə) epitel. Bu üç növ epitel diş ilə ağız arasında olan epitelyal manjet kimi (və ya epitelyal əlavə) tanınan epitelyal hüceyrələr kütləsindən əmələ gəlir.[25] Diş əti epiteli (oral epitel – parakeratinizə) birbaşa diş ilə əlaqəli deyil və ağızda görünür. Birləşdirici (yunktional) epitel bazal laminadan və hemidesmosomdan ibarətdir və dişə yapışır. Şırımlı (sulkulyar – non-keratinizə) epitel çoxqatlı, yastı toxumadır və dişə toxunsada, amma ona yapışmır.[25][60]

Diş çürüməsi (Kariyes)

[redaktə | mənbəni redaktə et]
Kiçik azı dişdə geniş yayılmış kariyes

Diş ərpi tərkibində yüksək miqdarda bakteriyalar olan dişin üzərində yaranmış bir biotəbəqədir. Diş ərpi bakteriyaların yapışması və sonra çoxalması üçün də əlverişli bir mühitdir. Uzun müddət içərisində diş ərpi təmizlənməzsə, o bir sıra problemlərə yol aça bilər. Vaxt geddikcə diş ərpi tüpürcəyin və qida ilə gələn bir sıra mineralların hopması sırasında daşlaşmaya başlayar və sonda diş daşı əmələ gəlmiş olar. Biotəbəqəni əmələ gətirən mikroorganizmalar əsasən ağız boşluğunda mövcud olan bakteriyalardır, streptokok öndə olmaqla, digər anaeroblar da iştirak edir. Streptococcus mutans diş cürüməsində rolu olan ən önəmli bakteriyalardandır.[63][64][65]

Ağız boşluğundakı bəzi bakteriyalar yemək qalıntıları hesabına yaşayırlar, xüsusi ilə də şəkər və nişastanın. Oksigen olmayan, anaerob mühitdə onlar süd turşusu əmələ gətirərlər ki, o da minadakı kalsiyumfosforla əlaqəyə girər. "Demineralizasiya" kimi tanınan bu proses dişin dağılmasına gətirib çıxarır. Tüpürcək tədricən turşunu neytrallaşdırır və bu da pH səviyəsinin diş üzərindəki (normada 5.5 olaraq qəbul olunmuş) kritik pH göstəricisindən daha yüksək səviyəyə qalxmasına səbəb olur. Buna "remineralizasiya" deyilir, mineralların minaya qaytarılması. Əgər qida qəbulu prosesləri arasında yetərli vaxt aralığı olarsa, təsir məhtudlaşır və dişlər bərpa oluna bilirlər. Ancaq tüpürcək diş ərpini keçə bilmir və orada bakteriyalar tərəfindən əmələ gətirilən turşunu da neytrallaşdıra bilmir.[24][66][67]

Kariyes (diş kariyesi, diş çürüyü) dişlərin strukturuna zərər verən, onları dağıdan bir infeksiyon, yəni yoluxucu bir xəstəlikdir.[68][69][70] Xəstəlik ağrıya, dişin itirilməsinə və hətta daha dərin infeksiyaya yol aça bilər. Kariyesin uzun bir tarixi var, neolit, bürünc, dəmir dövrlərində, Orta əsrlərdə onun mövcud olduğuna dair sübutlar, bir sıra faktlar var.[71][72] Kariyesin daha çox yayılmasına qida rasiyonun dəyişməsi səbəb olmuşdur. Bu gün kariyes dünyada ən yayılmış xəstəliklərdən biri olaraq qalır.[73][74][75] Azərbaycanda əhalinin 90–95% kariyes var.[76]

Dişin dağılması turşu əmələ gətirən müəyyən növ bakteriyalar tərəfindən edilir və daha çox zərər saxaroza, fruktoza və qlukoza kimi qıcqıra bilən karbohidratların iştirakı ilə baş verir.[77][78] Beləliklə ağızda əmələ gələn turşunun miqdarı dişlərə təsir edir, dişdə xüsusi minerallar olduğu üçün aşağı pH təsirli olur. Dişin çürüməsi və dağılması dərəcəsindən asılı olaraq, onun formasının, fuksiyasının və estetik görünüşünün bərpası üçün müxtəlif müalicə metodları iastifadə oluna bilər, ancaq dişin böyük miqdarda çürümüş, dağılmış həcmini regenerasiya edə biləcək bir müalicə üsulu yoxdur. Bunun əvəzinə stomatoloji təşkilatlar kariyesdən qorunmaq üçün ağız boşluğunun müntəzəm gigiyenası və diyetanın dəyişdirilməsi kimi profilaktika və profilaktik tədbirlər tövsiyə edirlər.[79][80][81]

Dişlərə qulluq

[redaktə | mənbəni redaktə et]

Ağız gigiyenası əsasən dişlərin, diş ətinin və həmçinin ümumən ağız boşluğunun təmiz sağlam və mümkün qədər xəstəliklərdən qorunmasını əhatə edən stomatoloji yardımın bir aspektidir.[82][83] Ağız gigiyenası ağzı təmiz tutma vərdişidir və bu vərdiş diş çürüklərini, gingiviti, periodontal xəstəlikləri, pis qoxulu nəfəsi və digər stomatoloji problemlərin qarşısının alın masıdır. Professional və fərdi olur. Adətən stomatoloqlar və stomatoloq-gigiyenistlər tərəfindən müntəzəm olaraq edilən təmizliklər, hətta yaxşıca diş fırçası və ya diş sapı (floss) istifadə edildikdə belə, əmələ gələ bilən diş daşının (minerallaşmış ərp) təmizlənməsindən ibarətdir. Professional təmizlik diş ərpinin uzaqlaşdırmasını da əhatə edir və bu diş qalıqlarını, çöküntünü və yığıntılarının təmizlənməsi üçün nəzərə tutulmuş xüsusi alət və qurğular vasitəsilə edilir.[84][85]

Dişlərin təmizlənməsində əsas məqsəd əsasən bakteriyalardan ibarət olan diş ərpinin uzaqlaşdırılmasıdır. Həkimlər diş ərpinin və ya diş daşının əmələ gəlməsinin qabağını almaq üçün, dişləri gündə iki dəfə (səhər və axşam və ya yeməkdən sonra) təmizləməyi tövsiyə edir.[65] Diş fırşası, dişlərin arası istisna olmaqla, diş ərpinin böyük hissəssini təməzləyə bilir. Diş sapının (floss) istifadəsi də ağız boşluğunun gigiyenasını saxlamaq üçün zəruri vasitə sayılır və burada söhbət təmizlənməsi çətin olan dişlərin arasından gedir. Düzgün istifadə olunduqda diş sapı (floss) dişlərin arasındaki və diş əti xəttindəki ərpi təmizləyir, harada ki çox vaxt parodont xəstəlikləri başlayır və kariyes də inkişaf edə bilər.[79]

Elektrik diş fırçaları da olduqca yayılmış ağız boşluğu gigiyenası üçün olan vasitələrdəndir. Hər hansı bir əngəli olmayan və əl ilə lazımi təmizləmə bacarığı olan, həmçinin yetərincə həvəsi, motivasiyası olan bir istifadəçi elektrik diş fırçalarındaki kimi səviyədə, ağız boşluğunun gigiyenasının standartına çata bilsə də, hazırlıqlı olmayan istifadəçilər nadir hallarda buna nail olurlar. Elektrikli diş fırçaları hammısı eyni cür effektiv deyil və hətta yaxşı konstruksiyası olanı da düzgün istifadə etməyi tələb edir, amma elektrikli diş fırçaları bir qayda olaraq dişlərini o qədər də yaxşı təmizləməyən və bunun nəticəsi olaraq ağız boşluğunun gigiyenasının problemləri olan insanlara yardımçı olur. Elektrikli diş fırçaların ən üstün cəhəti isə, hərəkət məhdudiyyəti olan, məsələn revmatoid artriti olan insanlara yardım olmalarıdır[86][87][88].

Qoruyucu tədbirlər

[redaktə | mənbəni redaktə et]

Kariyes diş strukturuna zərər verdiyi üçün, qarşısının alınması zəruridir və bunun üçün bir sıra tədbirlər görülür.[89] Azərbaycanda da kariyesin geniş yayıldığı üçün qabaqlayıcı tədbirlər görülür.[90][91][92] Diş çürüklərinə qarşı çox vaxt flüor terapiyası tövsiyə olunur. Suyun flüorlanması və flüor tərkibli əlavələr kariyesin yaranma tezliyini azaldır.[25] Flüoridlər minadaki hidroksiapatit kristalları ilə bağlanaraq, dişlərin dağılmasının qarşısını alır. Tərkibdə olan flüorid minanı demineralizasiyaya daha dözümlü edir, beləliklə də çürüməyə qarşı daha da dözümlü etmiş olur.[24] Ağız yaxalaması üçün maye və ya flüorlu diş məcunu kimi yerli flüoridlər, dişlərin üzərini qorumaq üçün həmçinin tövsiyə olunur. Əksər stomatoloqlar (diş həkimləri) flüorid məhlullarının yerli olaraq istifadəsini gündəlik təmizlənmənin bir hissəsinə aid edirlər.[93][94] Bütün bu tədbirlər həkim-stomatoloqun məsləhəti və nəzarəti ilə aparılmalıdır. Flüorun bəzi yerlərdə, xüsusən suda normadan ya çox olması, ya da az olması diqqət çekən amillərdəndir və həmçinin başqa faktorlar da var ki, flüoridlərin istifadə dərəcəsini təyin edər. Flüorun normadan artıq bədənə daxil olması, dişlərin formalaşması dövründə flüoroz kimi xəstəliyə gətirib çıxara bilər.[94][95]

Dişlərin bakteriya və kariyesdən qorunması üçün, dişlərin üzərinə tədbiq edilən profilaktik (qabaqlayıcı) terapiyadan biri də diş kipləşdiriciləridir (qermetiklər), buna həmçinin fissur örtücüləri də deyilir. Diş kipləşdiriciləri on ilə qədər qala bilir, əsasən uşaq və yeniyetmələrdə azı süd dişlərinin dişləm səthlərində, xüsusən də diş fırçası ilə təmizləmə ilə bağlı və diş sapının istifadəsi ilə bağlı çətinliyi olanlarada istifadə olunur. Kipləşdiricilər həkim-stomatoloqun, bəzən də stomatoloq-gigiyenist (bir sıra ölkələrdə peşəkar stomatoloji yardımın ilk pilləsində duran tibb işçilərindən biri[96]) kabinetində çəkilir, prosedur flüorun çəkilməsi və qiyməti ilə analojidir[97].

Diş bərpası (restavrasiya)

[redaktə | mənbəni redaktə et]

Diş anomaliyaları yaranma səbəblərini nəzərə almaqla iki növə bölmək olar anadangəlmə və ya ekoloji, ətraf mühitin təsiri nəticəsində yaranan.[98] Anadangəlmə anomaliyalar dişlərin sayına, düzgün çıxıb-çıxmamasına, ölçülərinə, tərkibinə təsir edir.[99]

  1. https://faculty.washington.edu/chudler/tooth.html#:~:text=The%20Tooth,the%20tooth%20called%20the%20dentin Arxivləşdirilib 2022-01-11 at the Wayback Machine.
  2. Анатомия человека. В 2 томах. Михайлов Сергей Сергеевич, Чукбар Александр Владимирович ГЭОТАР-Медиа 2011 ISBN 978-5-9704-1355-5, 978-5-9704-1357-9
  3. Справочник по стоматологии. А. И. Рыбакова. Москва. "Медицина" 1993. ISBN 5-225-02618-4
  4. "Arxivlənmiş surət". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  5. "Arxivlənmiş surət". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  6. Human Physiology Schmidt, R. F., Thews, G. (Eds.) Springer. December 1, 1982 ISBN 978-3-642-96714-6
  7. 1 2 "Arxivlənmiş surət". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  8. 1 2 "Arxivlənmiş surət". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  9. https://www.sciencedirect.com/topics/medicine-and-dentistry/dental-anatomy
  10. "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  11. Ash, Major M.; Nelson, Stanley J. (2003). Wheeler's Dental Anatomy, Physiology, and Occlusion (8th ed.). ISBN 978-0-7216-9382-8.
  12. "Arxivlənmiş surət". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  13. "Arxivlənmiş surət". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  14. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  15. "Arxivlənmiş surət". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  16. "Arxivlənmiş surət". 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  17. "Arxivlənmiş surət". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  18. "Arxivlənmiş surət". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  19. "Arxivlənmiş surət". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  20. "Arxivlənmiş surət". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  21. https://cpwdentistry.com/what-are-wisdom-teeth-2/#:~:text=Anthropologists%20believe%20wisdom%20teeth%20were,provide%20a%20much%2Dneeded%20replacement Arxivləşdirilib 2022-08-02 at the Wayback Machine.
  22. "Arxivlənmiş surət". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  23. Sorenti, Mark; Martinón‐Torres, María; Martín‐Francés, Laura; Perea‐Pérez, Bernardo (2019). "Sexual dimorphism of dental tissues in modern human mandibular molars". American Journal of Physical Anthropology. 169 (2): 332–340. doi:10.1002/ajpa.23822. Arxivləşdirilib 2020-11-20 at the Wayback Machine ISSN 1096–8644 Arxivləşdirilib 2022-04-25 at the Wayback Machine. PMID 30866041. Arxivləşdirilib 2022-08-28 at the Wayback Machine
  24. 1 2 3 4 5 6 7 8 9 10 Ross, Michael H.; Kaye, Gordon I.; Pawlina, Wojciech (2002). Histology: a Text and Atlas (4th ed.). Baltimore: Lippincott Williams & Wilkins. p.453 ISBN 978–0683302424.
  25. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 Cate, A. R. Ten (1998). Oral Histology: development, structure, and function (5th ed.). Mosby. p.223 ISBN 978–0815129523.
  26. 1 2 Oxford Klinik Diş Hekimliği El Kitabı Çeviri:Gencay, Tuna İnce Sayfa:445 ISBN 9786059528344
  27. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  28. "Arxivlənmiş surət". 2021-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  29. 1 2 Johnson, Clarke (1998). "Biology of the Human Dentition Archived 2015–10–30 at the Wayback Machine". uic.edu.
  30. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2584618/
  31. "Severe Plane-Form Enamel Hypoplasia in a Dentition from Roman Britain". Arxivləşdirilib 2021-03-06 at the Wayback Machine ResearchGate. Retrieved 2019–01–09.
  32. 1 2 Advanced Operative Dentistry: A Practical Approach by David Ricketts, David W Bartlett 2013, Churchill Livingstone ISBN 9780702055386
  33. 1 2 Esthetic Dentistry: A Clinical Approach to Techniques and Materials Kenneth W Aschheim 2014, Mosby eBook ISBN 9780323091763
  34. 1 2 3 Restorative Dentistry by A Damien Walmsley, Msc, PhD, Trevor F Walsh, Dds, Msc, F J Trevor Burke, Dds, Msc, MD 2007, Churchill Livingstone ISBN 9780443102462
  35. 1 2 3 4 Restorative Dentistry: An Integrated Approach P H Jacobsen 2008, Wiley-Blackwell ISBN 9781405167994
  36. 1 2 Restorative Dentistry by Italian Ac 2011, Mosby ISBN 9780323075886
  37. 1 2 3 Esthetic and Restorative Dentistry: Material Selection and Technique by Douglas A Terry 2013, Quintessence Publishing (IL) ISBN 9780867155730
  38. 1 2 3 Contemporary Esthetic Dentistry by George A. Freedman 2011, Mosby ISBN 9780323068956
  39. 1 2 3 Zilberman, U.; Smith, P. (2001). "Sex- and Age-related Differences in Primary and Secondary Dentin Formation". Advances in Dental Research. 15: 42–45. CiteSeerX 10.1.1.535.5123. doi:10.1177/08959374010150011101. PMID 12640738. S2CID 4798656.
  40. "Tertiary Dentine Frequencies in Extant Great Apes and Fossil Hominins". ResearchGate. Retrieved 2019–03–28.
  41. GROSSMAN'S ENDODONTIC PRACTICE, 13/E Paperback January 1, 2014 ISBN-10 9788184739176
  42. 3D Imaging in Endodontics: A New Era in Diagnosis and Treatment 1st ed. 2016 Edition ISBN 978-3319314648
  43. "Arxivlənmiş surət". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  44. https://www.ncbi.nlm.nih.gov/books/NBK560515/
  45. "Arxivlənmiş surət". 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
  46. https://teachmeanatomy.info/the-basics/embryology/head-neck/teeth/#:~:text=Tooth%20initiation%20begins%20at%20the,form%20a%20primary%20epithelial%20band Arxivləşdirilib 2021-12-06 at the Wayback Machine.
  47. https://onlinelibrary.wiley.com/doi/full/10.1111/adj.12102
  48. Orthodontics: Diagnosis and Management of Malocclusion and Dentofacial Deformities 3rd Edition by Om Prakash Kharbanda ISBN 978-8131248812
  49. https://www.researchgate.net/publication/283497113_ORTODONTI_PRATIK_VE_TEORIK_DERS_NOTLARI_Orthodontics_practical_and_theoretical_lecture_NOTES
  50. "Arxivlənmiş surət". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
  51. Pedodontics (The Postgraduate dental lecture series) Unknown Binding – January 1, 1963 ASIN : B0007EYUT6
  52. Çocuk Diş Hekimliğinde Çağdaş Tedavi Yöntemleri Yazar(lar) Meenakshi S. Kher Ashwin Rao Celsus Kitabevi 2021 ISBN 9786057490117
  53. https://web.archive.org/web/20070203050136/http://cellbio.utmb.edu/microanatomy/digestive/tooth.htm University of Texas Medical Branch.
  54. Kranich, Ernst-Michael (1990) "Anthropologie", in F. Bohnsack and E-M Kranich (eds.), Erziehungswissenschaft und Waldorfpädagogik, Reihe Pädagogik Beltz, Weinheim, p. 126, citing Frances Ilg and Louise Bates Ames (Gesell Institute), School Readiness, p. 236 ff
  55. Silvestro, JR (1977). "Second Dentition and School Readiness". New York State Dental Journal. 43 (3): 155–8. PMID 264640 Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine. …the loss of the first deciduous tooth can serve as a definite indicator of a male child's readiness for reading and schoolwork
  56. https://www.sciencedirect.com/science/article/pii/S2314718018300041#:~:text=Root%20formation%20theory,of%20the%20erupting%20tooth%20(Fig Arxivləşdirilib 2022-06-17 at the Wayback Machine.
  57. "Arxivlənmiş surət". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
  58. https://anatomypubs.onlinelibrary.wiley.com/doi/pdf/10.1002/%28SICI%291097-0185%28199606%29245%3A2%3C374%3A%3AAID-AR18%3E3.0.CO%3B2-M[ölü keçid]
  59. "Arxivlənmiş surət". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
  60. 1 2 3 4 5 Essentials of Clinical Periodontology and Periodontics 5th Edition, Kindle Edition August 24, 2017 ISBN 978-9352701117
  61. "Arxivlənmiş surət". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  62. "Arxivlənmiş surət". 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  63. "Arxivlənmiş surət". 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  64. https://web.archive.org/web/20080125151851/http://www.ada.org/public/topics/plaque.asp
  65. 1 2 "Arxivlənmiş surət". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  66. https://web.archive.org/web/20141025132424/http://www.elmhurst.edu/~chm/vchembook/548toothdecay.html
  67. "Arxivlənmiş surət". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  68. "Arxivlənmiş surət". 2016-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  69. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  70. "Arxivlənmiş surət". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  71. "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  72. Seiler R, Spielman AI, Zink A, Rühli F (2013). "Oral pathologies of the Neolithic Iceman, c.3,300 BC". Eur J Oral Sci (Historical Article. Research Support, Non-U. S. Gov't). 121(3 Pt 1): 137–41. doi:10.1111/eos.12037 Arxivləşdirilib 2021-01-26 at the Wayback Machine. PMID 23659234. Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine
  73. "Arxivlənmiş surət". 2008-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  74. "Arxivlənmiş surət". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  75. "Arxivlənmiş surət". 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  76. "Arxivlənmiş surət". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  77. Hardie JM (1982). "The microbiology of dental caries". Dent Update. 9 (4): 199–200, 202–4, 206–8. PMID 6959931 Arxivləşdirilib 2022-05-02 at the Wayback Machine.
  78. Moore WJ; Moore, W. J. (1983). "The role of sugar in the aetiology of dental caries. 1. Sugar and the antiquity of dental caries". J Dent. 11 (3): 189–90. doi:10.1016/0300–5712(83)90182–3. Arxivləşdirilib 2022-06-16 at the Wayback Machine PMID 6358295 Arxivləşdirilib 2022-05-01 at the Wayback Machine.
  79. 1 2 https://web.archive.org/web/20080222223237/http://www.ada.org/public/topics/cleaning.asp
  80. https://www.sciencedirect.com/topics/medicine-and-dentistry/caries-prevention Prevention Strategies for Dental Caries
  81. https://pubmed.ncbi.nlm.nih.gov/885457/
  82. "Arxivlənmiş surət". 2019-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  83. "Arxivlənmiş surət". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  84. "Arxivlənmiş surət". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  85. "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  86. "Arxivlənmiş surət". 2009-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  87. "Arxivlənmiş surət". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  88. "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  89. "Arxivlənmiş surət". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  90. "Arxivlənmiş surət". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  91. "Arxivlənmiş surət". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  92. "Arxivlənmiş surət". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  93. "Arxivlənmiş surət". 2016-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  94. 1 2 "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  95. "Arxivlənmiş surət". 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  96. "Arxivlənmiş surət". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  97. "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  98. Neville, B. W.; Damm, D.; Allen, C.; Bouquot, J. (2002). Oral & Maxillofacial Pathology (2nd ed.). W. B. Saunders. ISBN 978-0-7216-9003-2
  99. Peterson's Principles of Oral and Maxillofacial Surgery 2015 3rd Edition by Michael Miloro By: Publishing House of People's Health ISBN 9787117204699