Shimoneta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist
Birinci cildin üzlüyü. Personaj: Ayame Kaco / Göy qar
下ネタという概念が存在しない退屈な世界
(Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai)
azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya
Janr komediya, eççi, antiutopiya
Manqa
ManqakaHirotaka Akaqi
RəssamEyto Şimotsuki
NəşriyyatShogakukan
Demoqrafiyakişilər
Nəşr tarixi18 iyul 2012 – 18 fevral 2016
Cildlər11 (cild siyahısı)
Manqa
Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen
YazıçıHirotaka Akaqi
RəssamN' Yuzuki
NəşriyyatMag Garden
JurnalMonthly Comic Blade
Demoqrafiyaşonen
Nəşr tarixi28 mart 2014 – 5 fevral 2016
Cildlər4 (cild siyahısı)
Fəsil sayı23
Anime
RejissorYohey Suzuki
SsenaristMasahiro Yokotani
BəstəkarAkiyuki Tateyama
StudiyaJ.C.Staff
Digər lisenziyalar
Madman Entertainment
Funimation
KanalAT-X, Tokyo MX, KBS, CTC, tvk, SUN, TVA, BS11
Buraxılış tarixi4 iyul 2015 – 19 sentyabr 2015
Seriyalar12 (seriya siyahısı)
  Anime və manqa portalı

Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界?, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ?) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ?) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir.

Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.

Qanunun qəbul edilməsindən artıq 16 il keçmişdir. Yeni lisey tələbəsi Tanukiçi Okuma ölkənin əxlaqi baxımdan ən elit təhsil müəssisəsinə – Tokioka Akademiyasına daxil olur. Əslində isə bura daxil olmaqda əsas məqsədi sevgi hisləri bəslədiyi və məktəb şurasının prezidenti olan Anna Nişikinomiya ilə yenidən görüşməkdir. Lakin həmin liseydə təhsil alan və Göy qar adı ilə əxlaqsızlıq terrorizmi ilə məşğul olan Ayame Kaco ona şantaj edərək SOX (ing. Sex happens most Often on X-mas; azərb. Sekslə daha çox Miladda məşğul olurlar‎) adlı təşkilata qoşulmağa məcbur edir. Bu erotəşkilatın başlıca məqsədi Yaponiyanın indiki vəziyyətinə qarşı durmaq və əxlaqsızlıq terrorizmi ilə məşğul olmaqdır.

Tanukiçi Okuma (奥間 狸吉, Okuma Tanukichi?)
Səsləndirən: Yuusuke Kobayaşi
Hekayənin baş qəhrəmanı, Annanın uşaqlıq dostu və məşhur eroterrorçu Zencuronun oğludur. Atası bir neçə il əvvəl parlament binasının qarşısında əxlaq qanunlarına etiraz etmək məqsədilə ətrafa prezervativ saçmağa çalışarkən həbs olunub. Dostlarına görə Tanukiçi ən aşağı əxlaq balı ilə məktəbindən məzun olub. Tanukiçi Ayamenin gizli şəxsiyyətini qorumağa çalışsa da, Annaya olan sədaqətindən də vaz keçmək istəmir. Digər şagirdlərdən fərqli olaraq onun ədəbsiz və iyrənc zarafatlar haqqında xeyli məlumatı var, bunun da səbəbi atasıdır. Lakin uşaqlıqda bununla bağlı problemlər yaşadığından bu cür şeylərdən artıq iyrəndiyini göstərməyə başlayıb. Hekayənin gedişatında Ayameyə aşiq olur.
Ayame Kaco (華城 綾女, Kajō Ayame?) / Göy qar (雪原の青, Setsugen no Ao?)
Səsləndirən: Şizuka İşiqami
Məktəb şurasının vitse-prezidenti və əxlaq qanunlarına qarşı uğursuzluqla nəticələnən etirazı ilə tanınan bir parlament üzvünün qızıdır. Terror aktlarını Göy qarı adı altında həyata keçirir. Maska olaraq qadın tumanından istifadə edir, əsasən pornoqrafik şəkillər yayır və kütlə qarşısında ədəbsiz sözlər işlədir. Tanukiçi ilə tanış olduqdan sonra onunla birlikdə SOX adlı təşkilat qurmaq və fəaliyyətlərini genişləndirməkdir. Atasının ona verdiyi xüsusi koddan istifadə edərək Ayame mobil telefonunun vasitəsilə gündə 3 dəqiqəliyinə PM-lərdən azad olaraq istədiyi qədər ədəbsiz söz işlədə bilir. Hekayənin gedişatında Tanukiçiyə qarşı sevgi hisləri bəsləməyə başlayır.
Otome Saotome (早乙女 乙女, Saotome Otome?)
Səsləndirən: Satomi Aray
Dahi, eləcə də, dəstəboy rəssamdır. Əsərləri bir çox mükafatlar qazanıb və akademiyada çox tanınır. Lakin artıq diqqət çəkməkdən bezib. Tanukiçinin SOX üzvü olduğunu öyrəndikdən sonra ona şantaj edir, lakin sonda özü SOX-a qoşulur. Ayame onu erotik materiallarla tanış edərək ona ədəbsiz şəkillər çəkməyi öyrədir. PM-lər əllərin hərəkətini qeydə aldığından Saotome əli ilə yox, ağzı ilə çəkməyə məcburdur. Annaya qarşı birtərəfli sevgisi var.
Kosuri Oniqaşira (鬼頭 鼓修理, Onigashira Kosuri?)
Səsləndirən: Yui Horie
Keysukenin qızı və SOX-un fanatıdır. Bir çox silahlar daşıyır və romantika və şoco manqalarından öyrəndiklərindən insanları manipulyasiya etmək üçün istifadə edir. Təkidindən sonra Ayame onu SOX-a qəbul edir. Ən ayırdedici xüsusiyyəti saçının penis formasında olmasıdır. Bir müddət sonra Kosuri SOX-un düşündüyü qədər aqressiv olmadığı qənaətinə gəlir və SOX-a xəyanət edərək Takumanın təşkilatına qoşulur, lakin Takumanın sadəcə özünü düşündüyünü görüb SOX-a qayıdır. Tanukiçi ilə birlikdə yaşayır. Buna görə də Tanukiçi onu hər kəsə kiçik bacısı kimi təqdim edir.
Hyoka Fuva (不破 氷菓, Fuwa Hyōka?)
Səsləndirən: Saori Qoto
Alim və Tanukiçinin sinif yoldaşıdır. Səlahiyyətli şəxslər ədəbsizliklə bağlı bütün materialları yığışdırdığından qadınların necə hamilə qaldıqlarını və uşaqların necə əmələ gəldiyini araşdırır. Buna görə müxtəlif klinikalara və xəstəxanalara gedib, lakin sonda bu cür yerlərə girməsinə qadağa qoyulub. Buna görə də cücülər üzərində müşahidələr aparır. Hyoka çox diqqətcil adamdır. Kosurinin insanları manipulyasiya etməsini, silahın saxta və həqiqi olduğunu anlaya bilir. Yaoy manqalarını oxumağı sevir, Oboronu aldadaraq bunun ədəbsiz manqalar olmadığını deyir. O düşünür ki, Tanukiçinin hamiləliklə bağlı məlumatı var və buna görə də bununla bağlı suallar verir. Rəsmi olaraq SOX üzvü olmasa da, üzvlərin əsl şəxsiyyətlərindən xəbərdardır və tez-tez SOX-a kömək edir.

Məktəb şurası

[redaktə | mənbəni redaktə et]
Anna Nişikinomiya (アンナ・錦ノ宮, Anna Nishikinomiya?)
Səsləndirən: Miyu Matsuki
Məktəb şurasının prezidenti və Tanukiçinin uşaqlıq dostudur. Göy qarı yaxalamağa çalışır və ədəbsizliyin qəti əlehinədir. Bir dəfə səhvən Tanukiçi tərəfindən öpüldükdən sonra ona aşiq olur, lakin Anna ədəbsiz şeylər haqqında məlumatsız olduğundan şəhvətlə məhəbətti səhv salır. Bu isə Tanukiçiyə həmişə böyük problem yaradır, çünki Anna həmişə onun dalınca düşür. Anna düşünür ki, əgər "yaxşı" və "ədalətli" şeylər etsə, Tanukiçi onu sevəcək. Əsəbləşəndə və ya motivasiya olanda çox güclü olur.
Rayki Qoriki (轟力 雷樹, Gōriki Raiki?)
Səsləndirən: Kenta Miyake
Məktəb şurasının xəzinədarıdır. Görünüşü və davranışları qorillanı xatırladır, lakin bananları nifrət edir. Tanukiçinin Zencuronun oğlu olduğunu öyrənəndə əvvəlcə ona etibar etmir, lakin Tanukiçi yaralanmaq bahasına olsa da, Annanı xilas etməsindən sonra fikrini dəyişdirir. Çox əzələli bədəni var.

Səlahiyyətli şəxslər

[redaktə | mənbəni redaktə et]
Matsukaqe Nişikinomiya (錦ノ宮 祠影, Nishikinomiya Matsukage?)
Səsləndirən: Hacime İicima
Annanın atası və parlament üzvüdür. Əxlaq qanunlarının tətbiq edilməsində və Yaponiyanın "ən əxlaqi ölkəyə" çevrilməsində əməyi böyükdür. Əxlaqı qorumaq adı ilə bütün ölkənin nəzarətini ələ keçirmək istəyir.
Sofiya Nişikinomiya (ソフィア・錦ノ宮, Sofia Nishikinomiya?)
Səsləndirən: Sayaka Ohara
Annanın anasıdır. O da əxlaq qanunlarının qatı tərəfdarıdır.
Oboro Tsukimiqusa (月見草 朧, Tsukimigusa Oboro?)
Səsləndirən: Sumire Uesaka
Matsukaqe tərəfindən Annanı qorumaq üçün akademiyaya göndərilmiş tələbədir. Əsas vəzifəsi akademiyada ədəbsiz olan hər şeyi yox etməkdir. Hətta basketbol səbətini, kəndiri, pinq-ponq topunu belə bu kateqoriyaya salır. Tanukiçi kəşf edir ki, Oboro əslində oğlandır, lakin Annaya yaxınlaşmaq üçün qız kimi görünməyə məcburdur.

Qeyri-SOX terrorçular

[redaktə | mənbəni redaktə et]
Keysuke Oniqaşira (鬼頭 慶介, Onigashira Keisuke?)
Kosurinin atasıdır. Eroterrorçudur və Yaponiyanın bir çox eroterror təşkilatlarına dəstək olur. Lakin qızı onun fəaliyyətini maraqsız hesab edir.
Takuma İçinose (一ノ瀬 琢磨, Ichinose Takuma?) / Ağ zirvə (頂の白, Itadaki no Shiro?)
Səsləndirən: Ken Narita
Bədənini alt geyimləri ilə örtmüş və alt geyimlərinə qarşı vurğun olan eroterrorçudur. Yüksək səviyyəli pozğundur və bütün Yaponiyada alt geyimlərini oğurlamaqla məşğul olan Büzməli qumaş eroterrorçu qruplaşmanın lideridir. Ayame hesab edir ki, Büzməli qumaş SOX-un reputasiyasına zərbə endirir, buna görə də Büzməli qumaş ilə SOX arasındakı münasibətlər kəskinləşir. SOX sonda Büzməli qumaşı məğlub edə bilir.
Qara daban (手の黒, Tehen no Kuro?)
Səsləndirən: Şo Hayami
Anime serialının sonuncu seriyasında peyda olmuş eroterrorçudur. Qara daban iddia edir ki, bir vaxtlar Tanukiçinin atası Zencuro ilə birlikdə işləyib. Əsas məqsədi bir kurort yaxınlığında yerləşən eroxəzinəni ələ keçirməkdir, lakin SOX ona mane olur. Ən sonda isə Tanukiçinin necə böyüdüyünü qeyd etməklə atası olması ehtimalını verir.
Binkan-çan (びんかんちゃん?)
Səsləndirən: Yui Oqura
Sadəcə animedə görünən personajdır. SOX-un həyata keçirdiyi terror aktlarına şahidlik edən məsum qızdır. Animenin sadəcə son 3 seriyasında ön plana çıxmağa başlayıb. Əsl adı məlum deyil. "Binkan-çan" hərfi tərcümədə "kiçik həssas qız" deməkdir.
Nadeşiko Kaco (華城 撫子, Kajō Nadeshiko?)
Ayamenin ögey anasıdır. Əslində əxlaq qanunlarına, xüsusilə qarışıq duşlara qadağa qoyan qanunlara qarşıdır. Onsenə malik qədim stildə bir mehmanxana işlədir. Ayameyə yapon leydisi olmağın yollarını öyrədib.
Ranko Okuma (奥間 爛子, Okuma Ranko?)
Tanukiçinin anasıdır. Sərt davranışlarına və boyuna görə "Tam metallı adamyeyən qadın" ləqəbi ilə tanınır. Əxlaq qanunlarının tərəfdarıdır və Sofiyanın dostudur. Tanukiçiyə özünü müdafiə etməyi və döyüşməyi öyrədib.
Anna Braun (アニー・ブラウン, Annie Brown?)
PM texnologiyasını yaymaq üçün Yaponiya hökuməti tərəfindən tutulmuş amerikalı ekspertdir.
Yutori Nureqoromo (濡衣 ゆとり, Nuregoromo Yutori?)
Tanukiçinin keçmiş uşaqlıq dostu və fermer ailəsinin üzvüdür.
Sevgi maşını (羅武マシーン, Rabu Mashīn?)

Ranobe seriyası Eyto Şimotsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmışdır. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır.[1] 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır.[2]

Cild siyahısı

[redaktə | mənbəni redaktə et]
Nəşr tarixi ISBN
1 18 iyul 2012[1]ISBN 978-4-09-451352-3
2 20 noyabr 2012[3]ISBN 978-4-09-451376-9
3 18 aprel 2013[4]ISBN 978-4-09-451407-0
4 20 avqust 2013[5]ISBN 978-4-09-451432-2
5 17 yanvar 2014[6]ISBN 978-4-09-451463-6
6 20 may 2014[7]ISBN 978-4-09-451485-8
7 18 sentyabr 2014[8]ISBN 978-4-09-451511-4
8 18 fevral 2015[9]ISBN 978-4-09-451536-7
9 18 iyun 2015[10]ISBN 978-4-09-451555-8
10 18 sentyabr 2015[11]ISBN 978-4-09-451572-5
11 18 fevral 2016[2]ISBN 978-4-09-451594-7

N' Yuzukinin rəssamlığı ilə "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen"[a] (下ネタという概念が存在しない退屈な世界 マン●篇?) adlı manqa adaptasiyası istehsal olunmuş və 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuşdur. 4 tankobon cildi buraxılmışdır.[12]

Nəşr tarixi ISBN
1 məlum deyil
2 18 iyun 2015[13]ISBN 978-4-80-000471-0
3 10 avqust 2015[14]ISBN 978-4-80-000486-4
4 9 aprel 2016[12]ISBN 978-4-80-000564-9

Anime adaptasiyası 2014-cü ilin oktyabrında anons edilmişdir.[15] J.C.Staff tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Animenin rejissoru Yohey Suzuki, ssenaristi Masahiro Yokotani, personaj dizayneri Masahiro Fucii, bəstəkarı Akiyuki Tateyama, səs rejissoru Cin Aketaqavadır.[16] Açılış mahnısı SOX tərəfindən ifa olunan "B Chiku Sentai SOX" (B地区戦隊SOX?) mahnısı,[17] bağlanış mahnısı isə Sumire Uesaka tərəfindən ifa olunan "Inner Urge" mahnısıdır.[18] Açılış mahnısı 8 iyul 2015-ci ildə, bağlanış mahnısı mahnısı 22 iyul 2015-ci ildə buraxılmışdır.[19]

Anime serialı Şimali Amerikada Funimation,[20] Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Fransa və Almaniyada Kazé[21] tərəfindən lisenziyalaşdırılmışdır. Fransada Anime Digital Network, İtaliyada VVVVID, Şimali Amerikada Funimation,[22] Avstraliya və Yeni Zelandiyada AnimeLab[23] tərəfindən yayımlanmışdır.

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq Rejissor Yayım tarixi İst.
1 "İctimai asayiş və əxlaq kimə xidmət edir?"
"Kōjoryōzoku wa ta ga tame ni?" (公序良俗は誰が為に?) 
Yohey Suzuki4 iyul 2015[24]
2 "Hamiləliyin sirləri"
"Ninshin no nazo" (妊娠のなぞ) 
Yoşitaka Koyama11 iyul 2015[25]
3 "Necə bir nəfəri sevmək"
"Hito no aishi-kata" (人の愛し方) 
Seqa Kacii18 iyul 2015[26]
4 "Deyirlər ki... Sevgi ədalətdir"
"Sekai iwaku, ai wa seigi" (世界いわく、愛は正義) 
Osamu Honma25 iyul 2015[27]
5 "Ədəbsiz terrorizm kimə fayda verir?"
"Shimoneta tero wa ta ga tame ni?" (下ネタテロは誰が為に?) 
Sumito Sasaki1 avqust 2015[28]
6 "Əl işi istilik!"
"Tezukuri no nuku mori!" (手作りのぬくもり!) 
Yoşifumi Sasahara8 avqust 2015[29]
7 "SOX-un yaratdıqları"
"SOX ga tsukuri shi mono" (SOXが作りし者) 
Toşikazu Haşimoto15 avqust 2015[30]
8 "Şeytan öz borusuna üfləyir"
"Akuma ga ki tari te hora o fuku" (悪魔が来たりてホラを吹く) 
Yoşitaka Koyama22 avqust 2015[31]
9 "Androidlər elektrik masajı arzusunu yerinə yetirir?"
"Andoroido wa denki anma no yume o miru ka" (アンドロイドは電気アンマの夢を見るか) 
Osamu Honma29 avqust 2015[32]
10 "Masturbasiya axtarışı"
"Jī-kyū kuesuto" (ジイ級クエスト) 
Yoşifumi Sasahara5 sentyabr 2015[33]
11 "Texno dəlik"
"Tekuno bureiku" (テクノブレイク) 
Yohey Suzuki12 sentyabr 2015[34]
12 "Həmişə ədəbsiz zarafatlar!"
"Shimoneta yo eien ni" (下ネタよ永遠に) 
Yoşitaka Koyama19 sentyabr 2015[35]
  1. Yapon dilində O işarəsi gizli işarələri bildirmək üçün istifadə olunur
  1. 1 2 "下ネタという概念が存在しない退屈な世界 #1 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2015-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  2. 1 2 "下ネタという概念が存在しない退屈な世界 #11 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2017-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  3. "下ネタという概念が存在しない退屈な世界 #2 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  4. "下ネタという概念が存在しない退屈な世界 #3 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  5. "下ネタという概念が存在しない退屈な世界 #4 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2014-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  6. "下ネタという概念が存在しない退屈な世界 #5 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2015-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  7. "下ネタという概念が存在しない退屈な世界 #6 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2015-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  8. "下ネタという概念が存在しない退屈な世界 #7 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2015-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  9. "下ネタという概念が存在しない退屈な世界 #8 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2015-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  10. "下ネタという概念が存在しない退屈な世界 #9 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  11. "下ネタという概念が存在しない退屈な世界 #10 at Shogakukan.co.jp" (Japanese). Shogakukan. 2017-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  12. 1 2 "下ネタという概念が存在しない退屈な世界 マン●篇 4 (BLADE COMICS)". Amazon.co.jp (yaponca). İstifadə tarixi: 23 oktyabr 2016.
  13. "下ネタという概念が存在しない退屈な世界 マン●篇 2 (BLADE COMICS)". Amazon.co.jp (yaponca). İstifadə tarixi: 23 oktyabr 2016.
  14. "下ネタという概念が存在しない退屈な世界 マン●篇 3 (BLADE COMICS)". Amazon.co.jp (yaponca). İstifadə tarixi: 23 oktyabr 2016.
  15. "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai School Comedy Novels Get Anime". ANN (ingiliscə). 16 oktyabr 2014. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2016.
  16. "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai Adds More Cast". ANN (ingiliscə). 16 mart 2015. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2016.
  17. "Shimoneta Anime Promo Videos Accompany Premiere". ANN (ingiliscə). 4 iyul 2015. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2016.
  18. "Sumire Uesaka Performs Ending Theme for Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai Anime". ANN (ingiliscə). 25 may 2015. 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2016.
  19. "Release". Shimoseka (rəsmi saytı) (yaponca). 18 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2016.
  20. "SHIMONETA: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist". Funimation (ingiliscə). 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2016.
  21. "Shimoseka". Kaze Anime (fransızca). 2016-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2016.
  22. "Funimation Streams Gangsta, New Hetalia, 11 More New Anime". ANN (ingiliscə). 29 iyun 2015. İstifadə tarixi: 20 oktyabr 2016.
  23. "AnimeLab Streaming Announcements from Supanova Perth 2015". ANN (ingiliscə). 28 iyun 2015. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2016.
  24. "Episode #1". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  25. "Episode #2". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  26. "Episode #3". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  27. "Episode #4". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  28. "Episode #5". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  29. "Episode #6". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  30. "Episode #7". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  31. "Episode #8". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  32. "Episode #9". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  33. "Episode #10". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  34. "Episode #11". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  35. "Episode #12". Shimoneta (rəsmi sayt) (yaponca). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]