Alaşşünaslıq
Alaşşünaslıq (qaz. Алаш тану) — Alaş Partiyası, Alaş muxtariyyəti və Alaş Orda hökuməti anlayışlarını birləşdirən "Alaş" hərəkatının tarixşünaslığı. Müəllifləri Əhməd Baytursunov və Saken Seyfullin olan ilk nəşrlər 1919–1920-ci illərdə çıxmışdır. "Millətlərin həyatı" həftəlik qəzetində Baytursunovun "İnqilab və qazaxlar" məqaləsində qazax xalqını konsolidasiya etmək, 1917-ci il Oktyabr inqilabından sonra tüğyan edən anarxiyanı dayandırmaq məqsədi daşıyan "Alaş" hərəkatının yaranmasının səbəbləri açıqlanmış, bu, ilk dəfə təhlil edilmişdir. "Qırğız ziyalıları haqqında" məqaləsində Seyfullin hərəkatı sərt tənqid etmişdir. 1920-ci illərin əvvəllərindən başlayaraq mətbuat davamlı olaraq hərəkatın tərəfdarlarını və tənqidçilərinin yazılarını dərc edirdi. Əbdürrəhman Baygəldin "Şərqi Qırğızıstanda inqilabi hərəkat" məqaləsində və İsfəndiyar Kenjin "Qırğızıstanda inqilabi hərəkat" məqaləsində Alaş Ordanın tarixi mənalarının birmənalı şəkildə inkarına qarşı çıxmışdılar. 1925-ci ildə hərəkat iştirakçılarına qarşı təqiblər başlamışdır. 1929-cu ildə N. Martinenkonun "Alaşorda" kitabı nəşr olunmuş, burada "Alaş" hərəkatı mənfi müstəvidə qiymətləndirilmişdir. 1930–1932-ci illərdə "Alaş" hərəkatı fəallarına qarşı repressiyalar başlamış, 1937–1938-ci illərdə bir çoxları "xalq düşməni" kimi güllələnmişdir. "Alaş" hərəkatı haqqında məlumatlara xaricə mühacirət etmiş M. Şokai, Z. Vəlidi Toqan, A. Avtorxanov, X. Oraltay və başqalarının əsərlərində rast gəlinir. 1991-ci ildən tarixçilər A. Q. Sarmurzin, M. K. Kozybayev, K. N. Nurieis, M. Koygeldiev və T. Omarbekov, 1994–1995-ci illərdə elm adamları K. Nurpeis və M. Koygeldiyevin "Alaş" hərəkatının liderləri haqqında əsərləri nəşr olunmuşdur.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Алашоведение // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7. (CC BY-SA 3.0)