Qoxua

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ənənəvi Çin rəssamlığına (Qoxua) aid bir nümunə

Qoxua (Çin dilində:milli boyakarlıq) — XX əsrin əvvəllərində meydana gələn və müasir Çin boyakarlığını ifadə edən termin.

Qoxua termini ipək parça və kağız üzərində sulu boyalarla, əsasən, tuşla işlənən ənənəvi Çin boyakarlığını Avropa boyakarlığından fərqləndirmək məqsədilə yaradılmışdır. E.ə. III–II əsrlərdə özünə məxsus texniki və janr xüsusiyyətləri, eləcə də spesifik təsvir metodu olan milli boyakarlıq ənənələrinin bərpası və yeniləşdirilməsində qoxua mühüm rol oynamışdır. Qoxuada işləyən ilk rəssamlar (Jen Bo-nyan, Tsi Bayşi və b.) ənənəvi metodları zənginləşdirmək üçün naturaya müraciət etmişlər. Sonralar, milli boyakarlıq iki istiqamətdə -ənənəvi bədii ifadə vasitələrindən istifadə və Avropa boyakarlığı nailiyyətlərinin qoxua prinsiplərinə birləşdirmək yolu ilə inkişaf etmişdir. 1940–50-ci illərdə qoxua sujet etibarilə daha da müxtəlifləşir, müasir mövzularda lirik və məişət kompozosiyaları yaranır.

  • "Azərbaycan sovet ensiklopediyası", Bakı, 1979.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]