Harri Potter (film seriyası)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Harri Potter (filmlər seriyası) haqqındadır. Eyniadlı roman haqqında məqalə üçün Harri Potter səhifəsinə baxın.
Harri Potter (filmlər seriyası)
ing. Harry Potter
Janr fentezi
Əsas mövzu magiya, məktəb, qəsr
Rejissorlar Kris Kolambus (1-2)
Alfonso Kuaron (3)
Mayk Nyuell (4)
Devid Yeyts (5-8)
Prodüserlər Devid Heyman
Kris Kolumbus (3)
Mark Redkliff (3)
Devid Barron (5-8)
Coan Roulinq (7-8)
Əsərin müəllifi Coan Roulinq
Ssenari müəllifləri Stiven Klovz (1-4,6-8 )
Maykl Qoldenberq (5)
Baş rollarda Deniel Redkliff
Rupert Qrint
Emma Uotson
Operatorlar Con Seyl (1)
Rocer Pratt (2, 4)
Maykl Serezin (3)
Slavomir İdziak (5)
Bruno Delbonnel (6)
Eduardo Serra (7-8)
Bəstəkarlar Con Vilyams (1-3)
Patrik Doyl (4)
Nikolas Huper (5-6)
Aleksandr Desplat (7-8)
İstehsalçılar

İşçi şirkət:Heyday Films,
1492 Pictures (13)

Distribütor:Warner Bros. Pictures
Distribütor Warner Bros.
İlk baxış tarixi 4 noyabr 2001
(London premyerası)
16 noyabr 2001
(BKABŞ premyerası)
Müddət 1179 dəqiqə [1]
Büdcə Cəmi (8 film)
1.2 milyard $
Gəlir Cəmi (8 film)
7.7 milyard $
Ölkələr

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
ABŞ ABŞ
Dil orijinal İngiliscə
İl 20012011
Rəng rəngli
IMDb ID0241527
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

“Harri Potter” filmlər seriyası — ingilis yazıçısı Coan Roulinq (orijinal — Joanne Kathleen Rowling) tərəfindən yazılmış fantaziya romanları seriyası əsasında çəkilmiş Böyük BritaniyaABŞ istehsalı olan filmlər seriyasıdır.

Serial Warner Bros. Pictures tərəfindən yayımlanıb, Coan Roulinqin 7 eyniadlı romanı əsasında çəkilmiş 8 fantastik filmdən ibarətdir. Harri Potter və Fəlsəfə Daşı seriyasından başlayır, Harri Potter və Ölüm Hədiyyələri-II hissə seriyasında kulminasiya nöqtəsinə çatır[2] [3].

Filmlərin çəkilişi on ildən artıq davam edib[4].

Harri Potter və Ölüm Hədiyyələri seriyada 7-ci (və sonuncu) romandır, onun əsasında iki hissə film (2 seriya) çəkilib[5]. Harri Potter və Ölüm Hədiyyələri – I hissə 2010-cu ilin noyabr ayında və II hissə isə 2011-ci ilin iyul ayında buraxıldı[6][7].

Serialın səkkiz filmdən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. Harri Potter və Ölüm hədiyyələri — II hissə ən azı 1 milyard dollar gəlir gətirən 31 dünya filmləri siyahısına daxildir (reytinq üzrə 8-ci yeri tutur) [8].

Filmin ən baha başa gələn seriyası 6-cı seriyadır ("Harri Potter və Mələz Şahzadə"), 250 milyon dollar sərf olunub. Ən gəlirli hissə isə romanın sonuncu kitabı əsasında çəkilən filmlərdir ("Harri Potter və Ölüm Hədiyyələri"), sonuncu iki seriyanın çəkilişi birlikdə 250 milyon dollardan az xərc tələb edib, lakin birlikdə 2 milyard 300 milyon dollar gəlir gətirib.

Harri Potter (filmlər seriyası) bütünlükdə 7,7 milyard dollar məbləğində gəlir gətirib və bununla da dünya üzrə yüksəkgəlirli seriallar arasında ikinci yeru tutur.

Filmin əsas mövzusu olan sehrbazlıq ətrafında daha bir neçə filmin çəkilməsi planlaşdırılır ki, onlardan biri – Fantastik varlıqlar və onların məskəni filmi artıq 2016-cı ildə prokata buraxılıb (Bu film Warner Bros. Pictures tərəfindən Wizarding World (Sehrli aləm) fentezi filmlər franşizinin yarandığını təsdiq etdi).[9]

Filmin yaranması

[redaktə | mənbəni redaktə et]

1997-ci ilin sonlarında prodüser Devid Heyman Londondakı ofisinə Coan Roulinqdən "Harri Potter və Fəlsəfə daşı" adlı bir kitab daxil oldu. "Harri Potter"in yeddi romandan ibarət seriya olacağı bildirilirdi. Bu kitaba əvvəlcə aşağı prioritetli əsər kimi yanaşılsa da, Devid Heymanın köməkçisi kitabı oxuyub, müsbət bir rəy ilə Heymana verdi. Nəticədə, Heyman kitabı özü oxudu və Roulinqin əsərindən yüksək dərəcədə təsirlənərək, bu filmi çəkmək qərarına gəldi. Beləliklə, bütün dövrlərin ən müvəffəqiyyətli kino franşizlərindən biri yarandı [10]

Heymanın bu filmi çəkmək həvəsi o qədər güclü idi ki, 1999-cu ildə Roulinq Harri Potter haqqında 7 kitab halında planlaşdırdığı kitabların ilk dördü üzərində hüquqları Warner Bros. Pictures şirkətinə 1 mln.funt-sterlinqə (təxminən 2 mln. ABŞ dollarına) satmağa razı oldu[11]. Filmin çəkilişi üçün Roulinqin qoyduğu şərt ondan ibarət idi ki, əsas aktyor tərkibi Britaniyadan olmalıdır. Buna baxmayaraq, bəzi rollar üçün bu şərt pozulmalı oldu, məs., Dambldor roluna İrlandiya artisti Riçard Harris cəlb olundu. Bundan başqa, əsərdəki personajların hansı ölkədən olduğunu nəzərə almaqla, həmin rollar üçün aktyorlar da uyğun olaraq seçildi, məs., "Alov Qədəhi" filmi üçün çəkilişə fransız aktyor, eləcə də Şərqi Avropadan olan aktyorlar dəvət olundu [12].

Roulinq bütün əsər üzərində hüquqların tamamilə Warner Bros. Pictures şirkətinə verməyə tərəddüd edirdi, belə ki, hekayənin qalan hissəsi (gələcək hissələri) üzərində nəzarət hüququnu onlara verməyə ehtiyat edirdi, odur ki, Warner Bros. Pictures filmin ardını müəlliflik hüququ olmadan çəkməyə məcbur oldu [13].

Maraqlıdır ki, ilk filmi çəkmək barədə Stiven Spilberq ilə başlanğıcda danışıqlar aparılsa da, sonda o, bu təklifdən imtina etdi [14]. Spilberq əsər əsasında animasiya (multiplikasiya) filmi çəkmək istəyirdi, Harri Potter obrazını isə amerikalı aktyor Heyli Coel Osment tərəfindən səsləndirilməsini nəzərdə tuturdu [15]. Spilberq bu işin "su içmək kimi" asan bir iş olduğunu söyləyirdi, onun çəkəcəyi multiplikasiya filminin gözlənilən gəliri gətirəcəyini iddia edirdi: "Elə bilin ki, milyard dolları alıb öz bank hesabınıza artıq yatırmısınız. Bu filmi çəkmək üçün heç bir çətinlik yoxdur." [16]. Lakin bu sövdələşmə baş tutmadı. Sonradan bu barədə Roulinq öz veb-saytında filmin çəkilməsi üçün rejissor seçimində heç bir rolu olmadığını sübut etməyə çalışaraq belə yazmışdı: "Əgər kimsə mənim Spilberq üzərinə qadağa qoya bildiyimi və ya qoyduğumu fikirləşirsə, deməli onun sehrli Quick Quotes Quill-in (filmdəki fantastik əşyalardan biri – hər şeyə şahidlik edən, eşitdiyi hər sözü dərhal yazan qələm) xidmətinə ehtiyacı var" [17].

Spilberqdən ayrıldıqdan sonra, Kris Kolumbus, Conatan Demm, Terri Gilliam, Mayk Nyuell, Alan Parker, Volfqanq Petersen, Rob Reyner, Tim Robbins, Bred Silberlinq və Peter Veyr daxil olmaqla digər rejissorlar ilə danışıqlar oldu [18]. Petersen və Reyner də 2000-ci ilin mart ayında kənara çəkildilər [19]. Daha sonra filmin potensial rejisorları siyahısı Kolumbus, Gilliam, Parker və Silberlinqə qədər qısaldı[20]. Roulinqin ilk seçimi Terri Gilliam idi [21]. Lakin, 28 mart 2000-ci ildə Warner Bros. Pictures tərəfindən, bu vaxta kimi şəkdiyi filmlərin xarakteri nəzərə alınaraq, Kolumbus filmin rejissoru olaraq təyin edildi [22].

" Mən bu iş üçün Kris Kolumbusdan daha çox uyğun gələn başqa bir rejissor tapa bilmərəm [22]
Lorenso di Bonaventura, Warner Bros. Pictures
"

İlk filmin ssenarisini yazmaq üçün isə Stiv Kloves seçildi. O, kitabın kinoya uyğunlaşdırılmasının çox "çətin" olduğunu bildirdi. Lakin Kloves kitabları (birinci və növbəti iki kitabı) oxuyub, əsərin fanatı oldu və Warner Bros. ilə danışıqlarda filmin "britaniyalı" və mütləq kitabdakı xarakterlərə (personajlara) uyğun olmasının vacib olduğunu ifadə etdi [23]. Filmin prodüseri isə David Heyman təsdiq edildi [22]. Romanın müəllifi Roulinqə film üzərində geniş yaradıcı nəzarət hüququ verildi, Kolumbus bu razılaşmaya etiraz etmədi [24].

Harri Potter filminin əsas süjet xətti və eyniadlı ədəbi əsərə uyğunluğu

[redaktə | mənbəni redaktə et]

Filmin əsas qəhrəmanları: Harri Potter və onun dostları Hermiona Qreyncer ilə Ron Uizli balaca sehrbazlardır. Film, eləcə də onların əsslandığı romanlar Hoqvards sehrbazlıq məktəbinin gənc tələbələrinin həyatını təsvir edir. Əsas süjet xəttini Harrinin Lord Voldemorta qarşı mübarizəsi təşkil edir. Lord Voldemort — Sehr Nazirliyini devirmək, bütün sehrbazları və maqlları (maql, ingiliscə muggle, sehrbaz olmayan adi adamları ifadə etmək üçün romanda istifadə olunan termindir) özünə tabe etmək niyyətində olan, nəyin bahasına olursa-olsun, ölməzlik qazanmaq istəyən şər qüvvələr sehrbazıdır. Filmin çəkilməsinə əsas səbəb romanın qeyri-adi, tükənməz fantaziyalarla zəngin olması olub. Belə ki, ilk kitab olan "Harri Potter və Fəlsəfə Daşı" romanı çap olunduğu andan (26 iyun 1997-ci il) "Harri Potter" əsəri böyük populyarlıq qazandı. İstər oxucular, istərsə də tənqidçilər tərəfindən müsbət qarşılanan bu əsər bütün dünyada kommersiya uğuru qazandı. "Harri Potter" əsəri və filmlər seriyası geniş auditoriyanı: istər kiçikyaşlı, istər gənc oxucu və tamaşaçıları, istərsə də orta yaşlı nəsli cəlb edərək, onlarda maraq və heyrət yaradır, odur ki, bu əsər böyüklər üçün müasir gənc ədəbiyyatın təməl daşı hesab olunur [25].

Əsərin həmişə hamı tərəfindən heyranlıqla qarşılanmasını iddia etmək düzgün olmazdı, bütün əsərlər kimi, "Harri Potter" də öz payına düşən tənqidi almışdır, xüsusən əsərdə hadisələr inkişaf etdikcə gərginlik və narahatlığın artması tənqid atəşinə tutulub. Bununla belə, "Harri Potter" ən çox sevilən, oxunan və baxılan əsərlər siyahısındadır. Ən son tarix — 2018-ci ilin fevral ayı üçün olan məlumata görə, dünya miqyasında bu kitabın 500 milyondan çox nüsxəsi satılmışdır ki, bu da tarixdə ən çox satılan kitablar seriyasıdır. İndiyə kimi "Harri Potter" dünyanın səksən dilinə tərcümə edilmişdir [26]. Son dörd kitab ardıcıl olaraq tarixin ən çox satılan kitabları olmaqla rekord vurmuş, sonuncu satış həcmi — Amerika Birləşmiş Ştatlarında kitab satışa buraxılandan iyirmi dörd saat ərzində təxminən on bir milyon nüsxə təşkil edib.

Serial ilk olaraq ingilis dilində iki böyük nəşriyyat: Birləşmiş Krallıqda BloomsböriABŞ-də Scholastic Press tərəfindən nəşr olunmuşdur. Roulinq tərəfindən yazılmış hekayəyə əsaslanan "Harri Potter və lənətlənmiş uşaq" adlı bir oyun (tamaşa) 30 İyul 2016-cı ildə Londonda Saray Teatrında (Palace Theatre) nümayiş olundu və onun skripti (ssenarisi) Little Brown Book Group tərəfindən nəşr olundu. Orijinaldakı yeddi kitab əsasında Warner Bros. Pictures tərəfindən səkkiz hissəli bir film serialı (Harri Potter filmləri serialı) uyğunlaşdırıldı. Warner Bros. Pictures romanın sonuncu – yeddinci kitabını ("Ölüm hədiyyələri") iki kinematoqrafik hissəyə ayırdı. Heyman bildirdi ki, "Ölüm hədiyyələri" romanı bir film kimi çəkilmişdir, amma iki tammetrajlı hissə kimi istehsal olunub [27].

2018-ci ilin fevralına qədər olan tarix ərzində "Harri Potter" filmlər serialı öz populyarlığına görə 3-cü yeru tutur.

2016-cı ildə Harri Potter franşizinin ümumi dəyəri 25 milyard dollar səviyyəsində qiymətləndirilir və "Harri Potter" tarixin ən yüksəkgəlirli media franşizlərindən birinə çevrilir [28].

Roman Romanın çap olunduğu tarix Romanın orijinalda adı Roman əsasında çəkilmiş film Filmin çəkildiyi tarix
1 Harri Potter və Fəlsəfə Daşı 1997 Harry Potter and the Philosopher's Stone Harri Potter və Fəlsəfə Daşı 2001
2 Harri Potter və Sirlər Otağı 1998 Harry Potter and the Chamber of Secrets Harri Potter və Sirlər Otağı 2002
3 Harri Potter və Azkaban Məhbusu 1999 Harry Potter and the Prisoner of Azkaban Harri Potter və Azkaban Məhbusu 2004
4 Harri Potter və Alov Qədəhi 2000 Harry Potter and the Goblet of Fire Harri Potter və Alov Qədəhi 2005
5 Harri Potter və Simurq Ordeni 2003 Harry Potter and the Order of the Phoenix Harri Potter və Simurq Ordeni 2007
6 Harri Potter və Mələz Şahzadə 2005 Harry Potter and the Half-Blood Prince Harri Potter və Mələz Şahzadə 2009
7 Harri Potter və Ölüm Hədiyyələri 2007 Harry Potter and the Deathly Hallows Harri Potter və Ölüm Hədiyyələri–I hissə 2010
8 Harri Potter və Ölüm Hədiyyələri 2007 Harry Potter and the Deathly Hallows Harri Potter və Ölüm Hədiyyələri–II hissə 2011

Filmin əsas yaradıcıları

[redaktə | mənbəni redaktə et]

Harri Potter (filmlər seriyası) böyük kollektivin əməyinin məhsulu olsa da, seriyanın əsasən prodüser Devid Heyman və filmdə Harri Potter və onun dostları Ron UizliHermiona Qreyncer rolunu ifa edən üç aktyor: Deniel Redkliff, Rupert QrintEmma Uotson tərəfindən yaradıldığı qəbul edilir.

Serial üzərində dörd rejissor[29] : Kris Kolumbus, Alfonso Kuaron, Mayk Nyuell və Devid Yeyts və iki ssenarist: Stiv Kloves və Maykl Qoldenberq çalışıb (yalnız 5-ci film — "Harri Potter və Simurq ordeni" filminin ssenarisi Maykl Qoldenberq, digər seriyaların ssenarisi isə Stiv Kloves tərəfindən yazılmışdır).

Harri, Ron və Hermiona rollarının kastinqi

[redaktə | mənbəni redaktə et]
Deniel Redkliff, Emma UotsonRupert Qrint Harri Potter və Ölüm Hədiyyələri (II hissə) filminin dünya premyerası zamanı, London, Trafalqar-Skver, 7 iyul 2011-ci il

2000-ci ildə, yeddi aylıq bir axtarışdan sonra aparıcı rolun Harri Potterin ifaçısı nəhayət ki, prodüser Devid Heymanyazıçı Stiv Kloves tərəfindən tapıldı — bu, onlarla eyni vaxtda bir teatrda olan, onların arxasındakı yerdə oturan Deniel Redkliff adlı bir uşaq idi.

Sonradan D.Heyman "Los Angeles Times" qəzetinə (jurnalist Bauçer) verdiyi müsahibədə bu barədə belə demişdi:"Mavi rəngində iri gözləri olan bu oğlan mənim arxamda oturmuşdu. Bu, Den Redkliff idi, onu görəndə mənim ilk təəsssüratım indiyə kimi yadımdadır: o, hər şeylə maraqlanan, gülməli və həm də enerjili idi, Həqiqətən də, həm nəcib, həm də şirin uşaq idi. Lakin eyni zamanda o, yeni bir şey öyrənmək üçün həvəsli idi" [10].

Redkliff artıq 1999-cu ildə Devid Kopperfild televiziya tamaşasında özünü aktyor kimi göstərmişdi. Həmin tamaşada baş rolun uşaqlıq illərini o oynamışdı. Heyman Den Redkliffin valideynlərini razı saldı ki, onlar öz uşaqlarına – Denə, yeni film çəkilişi üçün kastinqdə (aktyor axtarışlarında) iştirak etməyə, onun Harri Potter rolunda yoxlanması üçün sınaq çəkilişlərinə icazə versinlər [10] (bu ekran test videoları 2009-cu ildə Ultimate Editions-in ilk dəsti ilə nümayiş olundu)[30]. Coan Roulinq Redkliffin çəkiliş testini gördükdə heyrətə gəldi və Harri Potter rolu üçün daha yaxşı bir seçim olduğunu düşünmədiyini söylədi[10][31].

" Den otağa daxil oldu və biz hamımız başa düşdük ki, artıq Harrini tapmışıq [31]
Kris Kolumbus
"

Elə həmin (2000) ildə Hermiona QreyncerRon Uizli rollarını oynamaq üçün kastinqdə içtirak edən minlərlə uşaq arasından Emma UotsonRupert Qrint − o vaxtlara kimi tanınmayan britaniyalı balaca "aktyorlar" seçildi. Onların aktyorluq təcrübəsi yox idi, o vaxta kimi yalnız məktəbdə oynanılan tamaşalarda iştirak etmişdilər. Rupert Qrintin 11, Emma Uotsonun isə 10 yaşı vardı[32]

D.Heymandan intervyu (müsahibə) götürmüş "Los Angeles Times" qəzetinin jurnalisti G.Bauçer qeyd edir ki, "filmin üç əsas rolunun kastinqi xüsusilə təəssürat bağışlayır. Üçlüyün seçimi son on ildə ən yaxşı şou-biznes qərarlarından biri sayıla bilər... onlar gənc superstar kimi qeyri-adi zəriflik və möhkəmlik göstərdilər[10][31]."

Warner Bros. Studios, Leavesden

İstehsalat qrupu

[redaktə | mənbəni redaktə et]

Serialın çəkilişləri 2000-ci ilin sentyabr ayında İngiltərənin Hertfordşir əyalətindəki Leavesden Studios-da başladı, 10 il sonra – 2010-cu ilin dekabrında isə başa çatdı (filmin çox hisəsi Leavesden Studios-da , bəzi hissələri isə Pinewood Studios-da istehsal edilib). Son filmin çəkilişləri başa çatdıqdan təxminən yarım il sonra – 2011-ci ilin yayında serial artıq tam hazır idi [4]. Leavesden Studios Harri Potter filminin çəkilişləri üçün əsas baza idi və 2012-ci ildə ictimaiyyət (turistlər) üçün studiya turu kimi açıldı və "Warner Bros. Studios, Leavesden" kimi adlandırıldı [33].

Filmin adı Rejissor Ssenari müəllifi Prodüser
(icraçı prodüserlər göstərilməyib)
Bəstəkar Filmin müddəti Büdcə Gəlir
1 Harri Potter və Fəlsəfə Daşı Kris Kolumbus Stiv Kloves Devid Heyman Con Vilyams 152 dəqiqə $125 milyon $974.8 milyon
2 Harri Potter və Sirlər Otağı 161 dəqiqə $100 milyon $879.0 milyon
3 Harri Potter və Azkaban Məhbusu Alfonso Kuaron Kris Kolumbus, Devid Heyman və Mark Redkliff 142 dəqiqə $130 milyon $796.7 milyon
4 Harri Potter və Alov Qədəhi Mayk Nyuell Devid Heyman Patrik Doyl 157 dəqiqə $150 milyion $896.9 milyion
5 Harri Potter və Simurq Ordeni Devid Yeyts Maykl Qoldenberq Devid Heyman və Devid Barron Nikolas Huper 138 dəqiqə $150 milyon $939.9 milyon
6 Harri Potter və Mələz Şahzadə Stiv Kloves 153 dəqiqə $250 milyon $934.4 milyon
7 Harri Potter və Ölüm Hədiyyələri – I hissə Devid Heyman, Devid Barron və Coan Roulinq Aleksandr Desplat 146 dəqiqə $250 milyon $960.3 milyon
8 Harri Potter və Ölüm Hədiyyələri – II hissə 130 dəqiqə $1.342 milyon

Harri Potter filmlər seriyasının prodüseri Devid Heyman filmin bütün seriyalarını Heyday Films şirkəti ilə istehsal edib. ilk iki filmin yeganə prodüseri (əsas prodüseri) olub. 3-cü filmin çəkilişində isə Devid Heymanla birlikdə daha iki nəfər: əvvəlki iki filmin rejissoru və icraçı prodüseri olmuş Kris Kolumbus və əvvəlki iki filmin icraçı prodüseri olmuş, 1492 Pictures işçi şirkətin nümayəndəsi amerikalı Mark Redkliff də filmə prodüserlik etdilər (ilk iki filmin daha bir icraçı prodüseri var idi – Maykl Barnatan). Yeri gəlmişkən, qeyd edək ki, Mark Redkliff və filmiş əsas qəhrəmanı rolunu ifa edən Deniel Redkliff heç bir qohumluq əlaqələrinə malik olmayıb, onlar sadəcə eyni soyada malikdirlər [34].

4-cü filmin çəkilişində Devid Heyman yeganə əsas prodüser idi. 5-ci (Simurq Ordeni) filmin çəkilişində isə, 2-ci (Sirlər Otağı) və 4-cü (Alov Qədəhi) filmlərin icraçı prodüseri olmuş Devid Barron filmin istehsalına əsas prodüser kimi qatıldı. 5-ci filmdən 8-ci filmə kimi – son 4 filmdə Barron prodüser təyin edildi. 4-cü filmin (Alov Qədəhi) çəkilişi zamanı kitabların müəllifinə – Coan Roulinqə prodüser olmaq təklif edildi, lakin o, imtina etdi. O, sonradan iki hissəli Ölüm Hədiyyələri filmində (7-ci və 8-ci seriyalar) prodüser oldu[35].

Kris Kolumbus Harri Potter və Fəlsəfə Daşı üzərində işini bitirdikdən dərhal sonra ona ikinci filmi (Harri Potter və Sirlər Otağı) çəkmək tapşırıldı. İlk filmin nümayiş etdirilməsindən, prokata buraxılmasından bir həftə sonra artıq ikinci filmin istehsalına başladılar. K.Kolumbusa Harri Potter əsərinin bütün hissələrini ekranlaşdırmaq təklif olundu[36], lakin o, üçüncü filmə (Harri Potter və Azkaban Məhbusu) rejissor kimi qayıtmaq istəmədi [37]. O, prodüser mövqeyinə keçdi, rejissor işini Alfonso Kuaron yerinə yetirdi. Maraqlıdır ki, Alfonso Kuaron Harri Potter kitablarından heç birini oxumamış və əvvəlki filmləri görməmişdi, buna görə də əvvəlcə çox əsəbiləşmişdi, lakin serialı oxuduqdan sonra fikrini dəyişdi, romandakı əhvalatla dərhal bağlandığı üçün müqaviləyə imza atdı [38].

Lakin A.Kuaron dördüncü filmi çəkməyəcəyinə qərar verdiyindən, Harri Potter və Alov Qədəhi seriyası üçün yeni bir rejissor seçilməli oldu[39]. Filmi çəkmək üçün Mayk Nyuell seçildi, lakin o da növbəti filmləri çəkməkdən imtina etdi.

Beşinci filmi – Harri Potter və Simurq Ordeni filmini çəkmək Devid Yeytsə tapşırıldı. Devid Yeyts nəinki beşinci filmin çəkilişinə rəhbərlik etdi, o, növbəti filmləri də çəkdi. Devid Yeyts Kris Kolumbusdan sonra yeganə rejissordur ki, Harri Potter filmlər seriyasında birdən çox filmə rəhbərlik edib.

Sonradan Devid Heyman rejissorların alicənablıq göstərdiyini, "səxavətli" oldüğunu qeyd etdi: "Kris Kolumbus Alfonso Kuaron ilə, Alfonso Mayk Nyuell ilə, Mayk isə Devid Yeyts ilə məşğul olub, öz vaxtlarını sərf edərək, onlara filmin əvvəlki seriyalarından hissələri göstərir, belə bir filmin rejissoru olmağın nə demək olduğunu izah edir, necə çəkdiklərini başa salırdılar, filmin ruhunu onlara çatdırmağa calışırdılar" [40]

Filmin yaradılmasında əməyi olan bütün direktorlar bir-birlərinə dəstək olmuşlar. Kris Kolumbus personajların (xarakterlərin) filmlər boyunca inkişafını yüksək qiymətləndirmiş, Alfonso Kuaron isə David Yeytsin filmlərinin "sakit poeziya"sına heyran olduğunu bildirmişdir[39][41]. Mayk Nyuell hər rejissorun fərqli bir qəhrəmanlığı olduğunu qeyd etdi, Devid Yeyts isə ondan əvvəl çəkilmiş ilk dörd filmə "hörmətlə yanaşdığını və onlardan ləzzət aldığını qeyd edir"[42][43]. Deniel Redkliff rejissorların işini müqayisəli surətdə belə xarakterizə edir ki, "Yeyts Kris Kolumbusun etdiyi filmlərin cazibədarlığını, Alfonsonun etdiyi vizual həssaslığı (görmə qabiliyyəti), və Mayk Nyuell tərəfindən yaradılmış tam ingilis ruhunda olan filmin təbiətini (bombastic nature) götürdü və öz sehrli realizmini əlavə etdi" [44].

Ssenari müəllifləri

[redaktə | mənbəni redaktə et]

Beşinci filmdən başqa bütün filmlərin ssenari Stiv Kloves tərəfindən yazılıb (beşinci film Maykl Qoldenberq tərəfindən qələmə alınıb). S.Kloves ssenarini yazarkən lazımi kömək və dəstəyi birbaşa əsərin müəllifindən alırdı — ssenarinin yazılmasında ona bilavasitə C.Roulinq özü assistentlik edirdi. Ssenari yazması üçün S.Kloves hər cür geniş sərbəstlik alsa da, Roulinq ssenari müəllifindən ssenari yazarkən kitabların ruhuna sadiq qalmasını istədi; beləliklə, hər bir filmin süjeti və tonu müvafiq kitabla, demək olar ki, eyni alınıb; kinematik üslub, vaxt və büdcə məhdudiyyətləri ilə əlaqədar yalnız bəzi dəyişikliklər edilmişdır. Maykl Qoldenberq də, beşinci filmin ssenarisini yazarkən, romanın müvafiq hissəsinə uyğunlaşmaq üçün Roulinqdən birbaşa göstərişlər alırdı. Qeyd edək ki, birinci filmin ssenarisi əvvəlcə Qoldenberq tərəfindən yazılırdı, sonradan ssenarinin yazılması üçün studiya tərəfindən Stiv Kloves seçildi[45]. Beləliklə, beçinci seriya üçün Devid Yeyts rejissorluq etdi və Maykl Qoldenberq Stiv Klovesin mövqeyini, üslubunu əsas götürərək ssenari yazdı. Sonuncu seriyaların ssenarisinin yazılması üçün yenidən Stiv Kloves studiyaya qayıtdı. Roulinq ssenarinin yazılmasına kpmək edir, beləliklə də, ssenarinin gələcək seriyalara əks olmamasına nəzarət edirdi[46].

Stiv Kloves sonradan demişdi:" Biz ilk dəfə görüşəndə söhbətimizdə Roulinq dedi ki, "mən bilirəm ki, kino kitab deyil və mənim yazdıqlarımı tamamilə eyni şəkildə səhnələşdirmək mümkün olmayacaq. Lakin mən Sizdən personajlara sadiq qalmağınızı xahiş edirəm – mənim istədiyim yalnız budur "[47]. Bu sözləri deməyimin nə dərəcədə düzgün olduğunu bilməsəm də, mən ona dedim: mənim sevimli qəhrəmanım Harri deyil, mənim sevimli personajım Hermionadır". Mən fikirləşirəm ki, səbəbini bilməsəm də, amma məhz bundan sonra, Coan mənə etibar etdi"

Növbəti filmlərdə həmin otağın başqa rakursdan görüntüsü

Harri Potter (filmlər seriyası) üzərində altı quruluşçu operator (sinema direktoru) çalışıb: birinci filmdə Con Sil, ikinci və dördüncü filmlərdə Rocer Pratt, üçüncü filmdə Maykl Serezin, beşinci filmdə Slavomir İdziak, altıncı filmdə Bruno Delbonnel, yeddinci və səkkizinci filmlərdə Eduardo Serra.

Harri Potter və Fəlsəfə Daşı filmində Qriffindor komandasının ümumi otağı səhnəsi

6-cı film — Harri Potter və Mələz Şahzadə filmi ən yaxşı operator işi nominasiyası üzrə Oskar mükafatına namizəd kimi verildi [48].

Həmin seriyanın quruluşçu operatoru olan Bruno Delbonnelə yeddinci və səkkizinci filmlərin də çəkilişi təklif olunsa da, o, növbəti filmlərdə "özünü təkrarlaya biləcəyindən ehtiyat edərək", bu vəzifəni öz üzərinə götürməyib [49].

Filmin yeni seriyaları çəkildikcə, hər bir kinematoqrafçı, əvvəlki seriyalarda artıq çəkilmiş olan yerləri, otaqları, əşyaları tamam yeni rakursdan, unikal, təkrarolunmaz baxışla çəkməli olurdu. Bu da, əvvəlki şəkilləri təkrarlamamaq kimi böyük problem yaradır, kinematoqrafçı axtarışlarını və yeni yolların tapılmasını tələb edirdi [50].

Həmin problemin həlli məqsədilə, ilk iki filmdən sonra növbəti, 3-cü filmdə ("Azkaban Məhbusu") quruluşçu operator Maykl Serezin vizual stil dəyişikliyi etdi. Bu dəyişikliyi o, belə şərh elədi : "İşıqlandırmada biz daha çox kölgəliyə və çarpaz işıqlandırmaya üstünlük verdik". Bu filmin yaradıcı kollektivi – quruluşçu rejissor Alfonso Kuaron və quruluşçu operator Maykl Seresin ilk iki filmin stilindən – güclü rəngli və parlaq işıqlı kinematoqrafiyadan uzaqlaşdılar; onlar tərəfindən seçilmiş bu üslub 3-cü filmdən başlayaraq serialın sonuna kimi – ardıcıl beş seriyada əsas götürülüb [51]. Çəkilişlərdə növbəti dəyişiklik 6-cı filmin çəkilişi zamanı Bruno Delbonnel tərəfindən edilib. 35 mm-lik lentə alınmış və rəqəmsal kameralarla çəkilmiş kadrları müqayisə etməklə, Bruno Delbonnel "Mələz Şahzadə" filmini getdikcə daha da populyar olan rəqəmsal formatda deyil, köhnə üsulla – lentə almaqla çəkməyə qərar verdi. Bu seçim, sonrakı (7-ci və 8-ci) seriyalar – ikihissəlik "Ölüm Hədiyyələri" filmi üçün də əsas götürülüb. Həmin filmin quruluşçu operatoru Eduardo Serra bunun "texniki cəhətdən daha dəqiq və etibarlı" olduğunu vurğulayaraq, bu üsula üstünlük verməyinin səbəbini bununla izah etdi[52].

Üç aparıcı rolun ifaçılarından — azyaşlı təcrübəsiz "aktyor"lardan başqa, filmdə bütün rolları, xüsusən əsas rolları, tanınmış aktyorlar: Rubeus Haqrid rolunu Robbi Koltran, Drako Malfoy rolunu Tom Felton, Severus Sneyp rolunu Alan Rikman, Minerva MakQonaqal rolunu Deym Maqqi Smit ifa edir. İlk iki filmdə professor Albus Dambldorun rolunu oynayan aktyor Riçard Harris 25 oktyabr 2002-ci ildə vəfat etdiyi üçün, üçüncü filmdə Albus Dambldor obrazı üçün yenidən kastinq keçirildi. David Heyman və rejissor Alfonso Kuaron Dambldor rolu üçün Maykl Qambonu seçdi — həmin filmdə və serialın bütün növbəti filmlərində professor Dambldor rolunu Maykl Qambon ifa edib. Odur ki, əksər tamaşaçılar tərəfindən hiss olunmasa da, əslində professor Dambldor obrazı serialda iki aktyor tərəfindən yaradılıb. Digər əsas rolları yaratmış aktyorlar aşağıdakılardır: Lord Voldemort rolunda Ralf Finnes, Sirius Blek rolunda Qari Oldman, Artur Uizli rolunda Mark Uillyams, Molli Uizli rolunda Culi Volters, Bellatris Lestrenc rolunda Helena Bonham Karter, Filius Flitvik rolunda Varvik Devis, Alastor Mudi rolunda Brendan Gleeson, Vernon Dursli rolunda Riçard Qriffits, Petunia Dursli rolunda Fiona Şau , Luçius Malfoy rolunda Ceyson İsaaks, Peter Pettiqryu rolunda Timoti Spall, Remus Lupin rolunda Devid Tyulis Sibill Treloni rolunda Emma Tompson çıxış etmişlər.

Kinematoqrafçıların daima etdikləri dəyişikliklərdən başqa, çəkilişlər qurtardıqdan sonra düzəlişlər, dəyişikliklər etmək üçün film üzərində beş redaktor çalışıb: Riçard Frensis-Bryus birinci, Piter Honess ikinci, Stiven Veysberq üçüncü, Mik Audsli dördüncü filmin və Mark Dey axırıncı dörd filmin üzərində çalışıblar.

Harry Potter serialı üzərində dörd bəstəkar çalışıb. İlk üç film (Fəlsəfə Taşı, Sirlər Palatası və Azkaban Məhbusları) üzərində Con Vilyams çalışıb (qeyd edək ki, ikinci film Uilyam Ross tərəfindən uyğunlaşdırılmışdır). Con Vilyams həm də, ayrıca olaraq Hedviq mövzusunu da yaratdı ki, bu da bütün seriyalarda istifadə edilir.

Üç filmdən sonra Con Vilyams digər layihələri yerinə yetirmək üçün filmi tərk etdi. Bundan sonra 4-cü seriyanın – Mayk Nyuell tərəfindən çəkilən Harri Potter və Alov Qədəhi filminin musiqisi üzərində işləmək əvvəllər Mayk Nyuell ilə birgə işləmiş olan Patrik Doyla həvalə olundu. 2006-cı ildə rejissor Devid Yeyts Harri Potter və Simurq Ordeni filmini çəkməyə başladı, onunla bərabər Nikolas Huper də işə baçlayaraq həmin filmin musiqisi üzərində çalışdı. Harri Potter və Mələz Şahzadə filminin musiqisi ilə də məşğul olan Huper son seriyalarda (7-ci və 8-ci filmlərdə) daha məşğul olmayıb.

2010-cu ilin yanvar ayında Harri Potter və Ölüm Hədiyyələri – I hissə üçün musiqi bəstələmək Aleksandr Desplata tapşırıldı[53]. Desplat orkestrator Konrad Pap ilə şə başladı (qeyd edək ki, Konrad Pap ilk üç filmin də orkestratoru olub). 2011-ci ildə Harri Potter və Ölüm Hədiyyələri – II hissənin də musiqisi üzərində Desplat işlədi[54].

Rejissor David Yeyts final üçün Con Vilyamsın filmə qayıtmasını istəsə də, onların iş proqramları uyğunlaşmadı[55]. Harri Potterin son səsyazmaları 27 may 2011-ci ildə Abbey Road studiyasında, London Simfonik Orkestri, orkestrator Conrad Pap və bəstəkar Aleksandr Desplatın iştirakı ilə keçirildi [56].

Hər üç bəstəkar: Doyl, Huper və Desplat Con Vilyamsın bir neçə mövzusunu saxlamaqla, öz mahnıları (bəstələri) üçün öz şəxsi mövzularını təqdim etdi.

Quruluşçu rəssam və filmlərin dizaynı

[redaktə | mənbəni redaktə et]
İngiltərə, Oksfordda Məsih Kilsəsinin salonu
Professor Dambldorun otağı
Hoqvarts məktəbinin studiya modeli
Studiya modeli əsasında qurulmuş Hoqvarts məktəbi, Orlando
Filmlərdə Hoqvarts məktəbindəki Böyük salon[57]

"Harri Potter" serialının yaranmasında əməyi olmuş yaradıcı kollektivin tərkibi (ssenaristlər, rejissorlar, operatorlar, bəstəkarlar) vaxtaşırı təzələnsə də, filmin 1-ci seriyasından tutmuş sonuncu seriyasına kimi sabit qalan, — film üzərində hərtərəfli nəzarətə malik olan romanların müəllifi Coan Roulinqdən başqa, — filmin prodüseri (əsas prodüser Devid Heyman) və quruluşçu rəssamı olmuşdur (qeyd edək ki, o həm də Wizarding World fentezi filmlər franşizinin növbəti filmi–Fantastik varlıqlar və onların məskəni filminin də quruluşçu rəssamı olub).

Harri Potter filmlər seriyasında səkkiz filmin hamısının quruluşçu rəssamı Stüart Kreyq, köməkçisi isə Stefani MakMillan olub.

Harri Potter filmləri qeyri-adi dünya — müasir dövrdə adi həyata paralel olaraq mövcüd olan, lakin adi insanların — maqlların gözünə görünməyən bir dünya haqqında film oldüğü üçün özünün qeyri-adi dizaynı ilə seçilməli idi. Film quruluşçu rəssamın yaradıcı işinin məhsulu olub, bu sahədə ecazkar nadir tapıntılarla zəngindir. Sehr Nazirliyi, Sirlər Otağı, Malfoy evi ve Horkruks Mağarası Stüart Kreyq tərəfindən hazırlanıb yaradılmışdır. Əvvəlki romanlar üzrə film çəkilişləri getdiyi vaxtda, paralel olaraq, romanların ardı da yazılıb çapdan çıxdığından, S.Kreyq gələcək filmlər üçün bəzi dəstləri yenidən qurmalı olurdu. S.Kreyq istər kitab, istərsə də serialda əsas məqamlardan biri olan, romanların və filmlərin hamısında təsvir olunan Hoqvarts məktəbinin də dizaynını dəyişdirməli oldu [58]. Onun sözlərinə görə, tamaşaçının ilk filmdə gördüyü Hoqvarts məktəbi son filmdəkindən çox fərqlidir: "Astronomiya Qülləsi ilk filmdə orada yox idi və biz bu əhəmiyyətli parçanı əlavə edə bildik[59][60]. Son filmdə Hoqvarts uğrunda döyüş üçün bir meydana ehtiyacımız var idi – biz bunu da əlavə etdik, əgər diqqət yetirsəniz, birinci filmdə həmin meydan yoxdur, sadəcə geniş boşluq var[61]". Artıq sonuncu filmdə S.Kreyq miniatür hazırlamadı, yüksək texnologiyanın* (informasiya texnologiyaları) ən son imkanlarından istifadə etməklə miniatür əvəzinə rəqəmsal model yaratdı [60].

Filmin dizaynı üçün yalnız quruluşçu rəssam tərəfindən unikal modellər kəşf olunaraq yaradılmayıb, bir çox modellərin (reproduksiyaların) hazırlanması üçün mövcud tikililər, predmetlər əsas götürülüb — quruluşçu rəssam onlardan ilham alaraq öz modellərini qurub. Bəzi hallarda isə (kinematoqrafiyada çox vaxt olduğu kimi) ümumiyyətlə hazır tikililərdən, yerlərdən sadəcə olaraq filmin şəkilişi üçün istifadə edilib.

Filmin dizaynı zamanı Hoqvarts məktəbindəki Böyük salonun (bütün tələbələrin birgə toplandığı bu salon serialın hər bir filmində görüntüyə gəlir) hazırlanması üçün İngiltərədə Oksford şəhərindəki Xristian (Məsih) kilsəsinin salonunun görkəmi əsas götürülüb[62][63]. Hazırda bu salon (Warner Bros. Studios, Leavesden, Orlando) turistlər tərəfindən bir növ "ziyarət yeridir".

Filmdə Hoqvarts məktəbinin fonu kimi istifadə olunan tikililərdən biri İngiltərənin Darem (orijinal Durham) şəhərindəki Məsih, Müqəddəs Məryəm və Müqəddəs Katbert camesidir (Baş kilsə) — qısaca olaraq Müqəddəs Katbert camesi adlanır. Hoqvarts məktəbinin həyəti kimi təqdim olunur. Məktəbin digər görüntüləri üçün Alnuik Qəsri — Nortumberlend (orijinal Northumberland) hersoqunun evi istifadə edilib.

Londonda Müqəddəs Pavel kilsəsindəki vintvari pilləkan filmdə bir sıra səhnələrdə yer alıb (professor Dambldorun otağında).

Qədimi kitabların saxlandığı, aşağı sinif şagirdlərinə giriş qadağan olan Hoqvarts kitabxanasının görüntüyə gələn səhnələri üçün Dublin şəhərindəki, 400 ildən artıq tarixə malik Trinity College-in kitabxanasına müraciət olunub.

İngiltərədə Qotsland stansiyası (Goathland Station) filmdə tələbələrin Hoqvarts məktəbinə getməsi üçün Hoqsmid stansiyası kimi təqdim olunur.

Filmin dörd seriyasında görüntüləri olan, Hoqvarts məktəbinə aparan qatar yolu Şotlandiyanın məşhur Qlenfinnan (orijinalda Glenfinnan) viaduku üzərindən keçir [64] [65].

Filmin qazandığı mükafatlar

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin fevral ayında Britaniyada Harri Potter film franşizınə həsr olunmuş Britaniya Film Akademiyasının mükafat təqdimetmə mərasimində Coan Roulinq, prodüserlər Devid Heyman və Devid Barron, rejissorlar Devid Yeyts, Mayk Nyuell və Alfonso Kuarona kino sənətinə Britaniyanın töhfəsinə görə Maykl Balkon mükafatı təqdim olundu[66][67].

Bundan başqa, 2011-ci ildə Amerika Film İnstitutu (AFİ) filmin bütün səkkiz seriyasını xüsusi mükafata layiq görmüşdür. Xüsusi mükafatlar "AFİ-nin digər laureatlar üçün meyarlarına uyğun olmayan görkəmli nailiyyətlərə görə verilir" [68]. İnstitut bunu mətbuatda şərh edərək, qeyd etmişdi: "Harri Potter filmləri (səkkiz seriyanın hamısı) Coan Roulinqin sevimli kitablarının gümüş ekrana gəlməsini arzulayan nəslin etimadını doğruldan film nişanına çevrildi. Film özü bir Hoqvarts tilsimi kimi ürəkləri fəth elədi" [68].

"Harri Potter" filmi həmçinin BAFTA (Los Angeles Britannia Awards) tərəfindən mükafata layiq görülüb — rejissor Devid Yeyts "Harri Potter" filminin dörd seriyasına (5,6,7 və 8-ci filmlər) rəhbərlik etdiyinə görə Britannia mükafatını qazandı [69][70].

"Harri Potter" serialının səkkiz filmdən altısı 12 nominasiya üzrə Amerika kino sənəti Akademiyasının Oskar mükafatına namizəd olsa da, amma 10 il ərzində heç bir nominasiya üzrə laureat olmayıb. Lakin filmin əsas mövzusu olan sehrbazlıq (Warner Bros. Pictures, Wizarding World fentezi filmlər franşizi) mövzusunda çəkilmiş, 2016-cı ildə prokata buraxılmış "Fantastik varlıqlar və onların məskəni" filmi 2017-ci ildə Oskar mükafatına layiq görüldü [71].

Filmin adı Oskar mükafatı nominasiyası Oskar mükafatına nominant Oskar mükafatı
təqdimetmə mərasimi
Harri Potter və Fəlsəfə Daşı «Ən yaxşı dekorasiya»
«Ən yaxşı kostyum»
«Ən yaxşı orijinal müsiqi»
Stüart KreyqStefani MakMillan
Judianna Makovski
Con Vilyams
74-cü təqdimetmə mərasimi
Harri Potter və Azkaban Məhbusu «Ən yaxşı orijinal musiqi»
«Ən yaxşı vizual effekt»
Con Vilyams
Rocer Pratt, Tim Burke, Con Riçardson və Bill Corc
77-ci təqdimetmə mərasimi
Harri Potter və Alov Qədəhi «Ən yaxşı dekorasiya» Stüart KreyqStefani MakMillan 78-ci təqdimetmə mərasimi
Harri Potter və Mələz Şahzadə «Ən yaxşı operator işi» Bruno Delbonnel 82-ci təqdimetmə mərasimi
Harri Potter və Ölüm Hədiyyələri–I hissə «Ən yaxşı dekorasiya»
«Ən yaxşı vizual effekt»
Stüart Kreyq və Stefani MakMillan
Tim Burke, Con Riçardson, Kristian Mans və Nikolas Eyzadi
83-cü təqdimetmə mərasimi
Harri Potter və Ölüm Hədiyyələri–II hissə «Ən yaxşı dekorasiya»
«Ən yaxşı qrim»
«Ən yaxşı vizual effekt»
Stüart Kreyq və Stefani MakMillan
Nik Dudman, Amanda Nayt və Liza Tomblin
Tim Burke, Devid Vikeri, Qreq Batler və Con Riçardson
84-cü təqdimetmə mərasimi

Oskar mükafatı almaqda müvəffəqiyyətli olmasa da, Harri Potter serialı bir çox digər mükafat mərasimlərində, illik Saturn Mükafatları və İncəsənət Rəhbərləri Mükafatları da daxil olmaqla, çox uğur qazanmışdır. Seriya həm də illik BAFTA-larda təqdim olunan British Academy Film Awards mükafatlarında 24 nominasiya qazanıb, Grammy mükafatlarında isə 5 nominasiya qazanıb.

Harri Potter və Fəlsəfə Daşı

[redaktə | mənbəni redaktə et]
Diaqon-alley – sehrli əşyaların satıldığı, maqllardan gizli küçə. Uizli qardaşlarının da mağazası buradadır

Harri Potter atasız-anasız yetim bir uşaqdır, ona qarşı mehriban olmayan maql xalasının (və xalası ərinin) himayəsində yaşayır. O, on bir yaşına çatanda onu təbrikə gəlmiş qəribə qonaqdan – nəhəng Rubeus Haqriddən özünün əslində balaca sehrbaz olduğunu, Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbinə qəbul edildiyini, valideynlərinin Lord Voldemort adlı pis sehrbaz tərəfindən öldürüldüyünü öyrənir. Eləcə də Haqrid ona məlumat verir ki, Voldemort həmin gecə körpə Harrini də öldürmək istəyib, amma onun cəhdi boşa çıxıb, hansı səbəbdənsə tilsim kənara sıçrayıb və qara sehrbazın özünü zəif və çarəsiz hala salıb. Bu əhvalat Harrini sehrbazlar dünyasında çox məşhur edib. Harri Haqridlə keçirdiyi elə ilk andan özünün həqiqətən də məşhur olduğunu hiss edir – məktəb ləvazimatı aldıqları küçədə onu qiyabi də olsa, tanıyırlar. Harri qeyri-adi məktəbdə ilk dərs ilinə başlayır, burada özünə dostlar tapır. Balaca sehrbazlar məktəbdə çoxlu yeni inanılmaz gerçəkliklərlə qarşılaşırlar, sehr haqqında öyrənirlər. Harri və onun dostları RonHermiona məktəbdə saxlanılan Fəlsəfə Daşının sirrini açırlar.

Harri Potter və Sirlər Otağı

[redaktə | mənbəni redaktə et]

Harri, Ron və Hermiona ikinci il oxumaq üçün Hoqvarts məktəbinə qayıdırlar. Bu il keçən ildə olduğundan daha çətindir. Sirli otaq açılmış, nəticədə tələbələr və kabuslar naməlum dəhşətli varlıq tərəfindən daşa dönmüşlər. Harri özünün Salazar Slizerinin (Slizerin Palatasının təsisçisinin) varisi olması barədə iddialara qarşı davam gətirməli və bu iddiaları təkzib etməlidir. Harriyə əyan olur ki, ilan dilini (Parseltongue) bilir. O, Sirlər Otağını tapır, beləliklə, onun həmin otağa gəlməsi üçün hazırlanmış tələyə düşür. Lakin Harri sirli gündəliyin xüsusiyyətlərini başa düşür, özünü, dostu Ronun bacısını və ümumiyyətlə, hamını təhlükədən xilas edir.

Harri Potter və Azkaban Məhbusu

[redaktə | mənbəni redaktə et]

Harri Potterin məktəbdə oxuduğu üçüncü ildir. Sehrbaz oğlan dostları ilə birlikdə tətildən Hoqvarts məktəbinə qayıdırlar. Professor Lyupin "Qara qüvvələrə qarşı müdafiə" fənni üzrə müəllim kimi məktəb personalına qatılır, Sirius Blek Azkaban həbsxanasından qaçır. Sehr Nazirliyi Sirius Blekdən qorumaq üçün Hoqvart məktəbinə Azkaban Dementrlarını göndərir. Harri keçmişi və həbsxanadan qaçmış məhbus ilə əlaqəsi haqqında daha çox məlumat alır.

Harri Potter və Alov Qədəhi

[redaktə | mənbəni redaktə et]
Çempionların hərəkət etdiyi 6 metr hündürlüyü olan labirint
Qədimi kitablarla zəngin Hoqvarts kitabxanası. Trinity College Kitabxanası, İrlandiya

Harri Hoqvartsda oxuduğu dördüncü ildə, məktəbdə möhtəşəm bir turnir "Üç Sehrbaz Turniri" (Triwizard Tournament) keçirilir . Turnirdə üç Avropa sehrbazlıq məktəbi iştirak edir, məktəbləri təmsil edən üç "çempion" qorxulu sınaqlardan keçməlidir. Alov Qədəhi qayda üzrə 3 nəfəri (Fler Delakur, Viktor Kram və Sedrik Diqqori) bir-birlərinə qarşı yarışmaq üçün seçir. Qazanan sonsuz şöhrət qazanacaq. Ancaq gözlənilmədən, qaydalara zidd olsa da, azyaşlı Harrinin də adı Alov Qədəhindən çıxır, ona görə də Harri yarışmada iştirak edən dördüncü "çempion" olur. Film yenidən qüvvə toplamağa başlayan Lord Voldemort ilə Harrinin dəhşətli bir qarşılaşması, Sedrik Diqqorinin ölümü ilə nəticələnir.

Harri Potter və Simurq Ordeni

[redaktə | mənbəni redaktə et]

Beşinci dərs ili ərəfəsində Harri Dementorlar tərəfindən hücuma məruz qalır. Məktəbdən kənarda cadu (Patronus) etdiyinə görə Harri Sehr Nazirliyi tərəfindən izahat üçün məhkəməyə çağrılır. Harrinin xaç atası Siriusun evində Simurq Ordeninin gizli qərargahı yerləşir. Harrinin yeganə ümidi Sehr Nazirliyinə günahsız olduğunu sübut etməkdir. Dambldorun müdaxiləsi, qonşu Arabellanın şahidliyi ilə Harri məhkəmədə günahsız elan edilir. Sehr Nazirliyi Lord Voldemortun qayıdışını inkar edir, Dolores Ceyn Umbrici məktəbə Qaranlıq Qüvvələrə qarşı müəllim təyin edir, ona geniş səlahiyyət verilir. Lakin Dolores Ceyn Umbric tələbələrə əsas müdafiə cadularını öyrətmir. Harri və dostları qaranlıq qüvvələrə qarşı onlara heç kimin heç nə öyrətmədiyini görüb, özləri bəzi tələbələrlə birlikdə bunu öyrənməyə başlayırlar, özlərinə Dambldorun Ordusu adını verirlər. Eyni zamanda Harri qarabasmalar ilə üz-üzə gəlir, həqiqətəoxşar, lakin qorxulu yuxular görməyə başlayır. Harri Voldemortun ona xəbər çatdırdığını başa düşür: "onlardan biri yaşadığı halda o biri yaşaya bilməz". Eyni zamanda Hoqvarts tələbələri və gizli "Simurq Ordeni" təşkilatı üzvlərinin Sehr Nazirliyi və Ölüm Yeyənlərə qarşı üsyanı başlayır.

"Mələz Şahzadənin mülkiyyəti" — iksir hazırlama fənni üzrə kitab

Harri Potter və Mələz Şahzadə

[redaktə | mənbəni redaktə et]

Harrinin Hoqvartsda təhsilinin altıncı ili Lord Voldemort və Ölüm yeyenlər sehrli dünya və maqlların dünyasına qarşı terrorlarını gücləndirirlər. Məktəbin direktoru Albus Dambldor, köhnə dostu Horasi Slaqhorna Hoqvartsa qayıtmağı, məktəbdə boş olan professor vəzifəsini yerinə yetirməyi təklif edir. Əslində Slaqhorna Hoqvartsa qaytarılması üçün Dambldorun başqa, daha vacib bir səbəbi var. İksir hazırlama dərsində Harrinin əlinə içərisində "Bu, Mələz Şahzadənin mülkiyyətidir" sözləri qeyd edilmış qəribə bir dərs kitabı düşür. Drako Malfoy Voldemort tərəfindən ona tapşırılmış bir əməlin həyata keçirilməsi üçün çalışır. Bu arada Dambldor və Harri gizli bir yerdə Qara qüvvələr Lordunu məhv etmək üsulunu tapmaq üçün birlikdə gizli çalışırlar.

Harri Potter və Ölüm Hədiyyələri – I hissə

[redaktə | mənbəni redaktə et]

Əvvəlki ilin sonunda baş vermiş gözlənilməz hadisələrdən sonra Harri, Ron və Hermionanın qarşısında Lord Voldemortun ölməzlük sirrini — Horcruksları tapmaq və məhv etmək kimi əhəmiyyətli vəzifə durur. Bu il onların Hoqvartsda təhsilinin son ili olmalıdır, lakin Sehr Nazirliyinin və Voldemortun hakimiyyətə gəlməsi onları qaçmağa məcbur edir. Ayrılmaz üçlük uzun axtarışlar zamanı Ölümyeyənlər, Adam oğruları, sirli Ölüm hədiyyələri kimi maneələrə rast gəlirlər. Harri və Qara qüvvələr lordu Voldemort arasında olan sirli əlaqə daha da güclənir.

Harri Potter və Ölüm Hədiyyələri – II hissə

[redaktə | mənbəni redaktə et]

Bir horkruksu məhv etmiş, Ölüm Hədiyyələrinin əhəmiyyətini aşkar etmiş Harri, Ron və Hermiona digər horkruksları axtarmağa davam edirlər. Horkruksların birini digərinin ardınca tapıb məhv etmək onlara nəsib olur, lakin nəyin sonuncu horkruks olduğu müəmmalıdır. Hadisələr inkişaf etdikcə, hər şey aydınlaşır. Harri başa düşür ki, axtardıqları horkruslardan biri elə onun özüdür. Vaxtilə Lord Voldemort balaca Harrini öldürmək istəyəndə, elə Harrinin özü horkrusa çevrilib və indi zalım Lordu məhv etmək üçün Harri özü də ölməlidir, əsasən də məhz Voldemort tərəfindən öldürülməlidir. Harri Qadağan olunmuş meşəyə gedib, orada özünü təslim edir. Beləliklə, Voldemort özü də bilmədən ən çətin horkrusu məhv edir. Harrinin ruhu Voldemortu birdəfəlik məğlub etməyə qərar verərkən öz bədəninə qayıdır, Hoqvarts Məktəbində qarşıdurma Qara Lordun məhvi və qaranlıq qüvvələrin məğlubiyyəti ilə nəticələnir.

  1. Kois, Dan."The Real Wizard Behind Harry Potter Arxivləşdirilib 2013-12-19 at the Wayback Machine" Slate (magazine), 13 July 2011. Accessed: 20 December 2013.
  2. "Fantasy – Live Action". Box Office Mojo. 2 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2011.
  3. "Harry Potter". Box Office Mojo. 20 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2011.
  4. 1 2 "Harry Potter at Leavesden". WB Studio Tour. 10 fevral 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2012.
  5. "Warner Bros. Plans Two-Part Film Adaptation of "Harry Potter and the Deathly Hallows" to Be Directed by David Yates". Business Wire. 13 March 2008. 28 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2012. ...expand the screen adaptation of Harry Potter and the Deathly Hallows and release the film in two parts.
  6. Schuker, Lauren A. E. "'Potter' Charms Aging Audience". The Wall Street Journal. 22 November 2010. 6 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2010. The seventh instalment in the eight-film franchise, "Harry Potter and the Deathly Hallows: Part I" took in a franchise record of $125.1 million at domestic theaters this weekend according to Warner Bros., the Time Warner Inc.-owned movie studio behind the films.
  7. Boucher, Geoff; Eller, Claudia. "The end nears for 'Harry Potter' on film". Los Angeles Times. 7 November 2010. 8 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2010. The fantasy epic begins its Hollywood fade-out Nov. 19 with the release of " Harry Potter and the Deathly Hallows – Part 1" and finishes next summer with the eighth film, "Harry Potter and the Deathly Hallows – Part 2."
  8. "All Time Worldwide Box Office Grosses". Box Office Mojo. 28 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2015.
  9. "Fantastic Beasts release shows the magic in brand reinvention". Campaignlive.co.uk. 11 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2017.
  10. 1 2 3 4 5 "Hero Complex". Los Angeles Times. 20 July 2009. 3 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2010.
  11. "WiGBPd About Harry". Australian Financial Review. 19 July 2000. 4 January 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  12. "Harry Potter and the Philosopher's Stone". The Guardian. UK. 16 November 2001. 25 March 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  13. Jonathan Ross, J. K. Rowling. Friday Night with Jonathan Ross. UK: BBC One. 6 July 2007. 16 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2007.
  14. Linder, Brian. "No "Harry Potter" for Spielberg". IGN. 23 fevral 2000. 23 noyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2007.
  15. Jensen, Jeff. "Potter's Field". Entertainment Weekly. 17 March 2000. 14 January 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  16. "For Spielberg, making a Harry Potter movie would have been no challenge". Hollywood.com. 5 September 2001. 29 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2007.
  17. Rowling, J.K. "Rubbish Bin: J. K. Rowling "veto-ed" Steven Spielberg". JKRowling.com. 8 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2007.
  18. Schmitz, Greg Dean. "Harry Potter and the Sorcerer's Stone (2001)". Yahoo!. 15 December 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2007.
  19. Linder, Brian. "Two Potential "Harry Potter" Director's Back Out". IGN. 7 mart 2000. 2 mart 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2007.
  20. Davidson, Paul. "Harry Potter Director Narrowed Down". IGN. 15 mart 2000. 6 dekabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2007.
  21. "Terry Gilliam bitter about Potter". Wizard News. 29 August 2005. 11 August 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 July 2007.
  22. 1 2 3 Linder, Bran. "Chris Columbus to Direct Harry Potter". IGN. 28 mart 2000. 13 yanvar 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2007.
  23. Sragow, Michael. "A Wizard of Hollywood". Salon. 24 February 2000. 10 July 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 July 2007.
  24. Linder, Brian. "Chris Columbus Talks Potter". IGN. 30 mart 2000. 6 dekabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2007.
  25. Allsobrook, Dr. Marian. "Potter's place in the literary canon". BBC News. 18 June 2003. 9 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2007.
  26. The Pottermore News Team. "500 million Harry Potter books have now been sold worldwide". Pottermore. 1 February 2018. 14 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2018.
  27. Richards, Olly. "Potter Producer Talks Deathly Hallows". Empire. 14 March 2008. 10 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2008.
  28. Meyer, Katie. "Harry Potter's $25 Billion Magic Spell". Time Magazine. 6 April 2016. 10 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2016.
  29. Dargis, Manohla; Scott, A. O. "Harry Potter and the Four Directors". The New York Times. 15 July 2007. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2011.
  30. "Ultimate Edition: Screen Test, Trio Casting and Finding Harry Potter". Mugglenet.com. 23 iyun 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2017.
  31. 1 2 3 "Young Daniel gets Potter part". BBC Online. 21 August 2000. 6 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2018.
  32. "Daniel Radcliffe, Rupert Grint and Emma Watson bring Harry, Ron and Hermione to life for Warner Bros. Pictures' "Harry Potter and the Sorcerer's Stone"". Warner Brothers. 21 August 2000. 14 April 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2010.
  33. "Warner Bros. Studio Tour London — The Making of Harry Potter". www.wbstudiotour.co.uk. 2012-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  34. "Arxivlənmiş surət". 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-26.
  35. "Warner Bros. Pictures mentions J. K. Rowling as producer". Business Wire. 20 September 2010. 27 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2011.
  36. "Chris Columbus". BBC Online. 27 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2011.
  37. "Columbus "Burned Out"". Blogs.coventrytelegraph.net. 6 July 2010. 1 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2011.
  38. "Alfonso Cuaron: the man behind the magic". Newsround. 24 May 2004. 7 November 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2007.
  39. 1 2 "Alfonso Cuarón Talks Harry Potter". Empire. 16 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 September 2012.
  40. "Heyman on directors". Orange.co.uk. İstifadə tarixi: 2 March 2011.
  41. "Christopher Columbus Remembers Harry Potter". Empire Online. 16 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2012. We realised that these movies would get progressively darker. Again, we didn't know how dark but we realised that as the kids get older, the movies get a little edgier and darker.
  42. "Mike Newell on Harry Potter". Empire Online. 11 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2012.
  43. "Deathly Hallows Director David Yates On Harry Potter". Empire Online. 11 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2012.
  44. "Harry Potter & The Order Of The Phoenix – Daniel Radcliffe interview". Indie London. 26 January 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 September 2012.
  45. "Introducing Michael Goldenberg: The OotP scribe on the Harry Potter films, franchise, and fandom OotP Film". The Leaky Cauldron. 10 April 2007. 16 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2012.
  46. Mzimba, Lizo, moderator. "Interview with Steve Kloves and J.K. Rowling" Arxiv surəti 23 aprel 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 23 aprel 2011 at the Wayback Machine. BBC Newsround. February 2003. Retrieved 21 March 2006.
  47. "Steve Kloves Talks Harry Potter". Empire Online. 20 January 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 September 2012.
  48. "Arxivlənmiş surət". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
  49. Rosi. "Delbonnel on Potter". The-leaky-cauldron.org. 1 March 2010. 4 March 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2011.
  50. "Bruno Delbonnel talks shooting Half-Blood Prince to mark Oscar nomination". Mugglenet. 4 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2012.
  51. "A Wizard Comes Of Age". 19 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2012.
  52. "Kodak Celebrates the Oscars® Feature: Harry Potter and the Deathly Hallows – Part 1". Kodak. 25 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2012.
  53. MuggleNet. "CONFIRMED – Desplat for DH". Mugglenet.com. 19 January 2010. 26 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2011.
  54. "Alexandre Desplat – Composer of Part 1 and 2 (NOTE: Click "About the Movie", then "Filmmakers", then "Alexandre Desplat")". Harrypotter.warnerbros.com. 3 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2011.
  55. MuggleNet. "Yates on Williams, Part 2". Mugglenet.com. 12 November 2010. 22 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2011.
  56. "Conrad Pope". www.facebook.com. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
  57. "HARRY POTTER Studio Tour Opens in 2012". Collider.com. 8 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2013.
  58. "OSCARS: Production Designer Stuart Craig — 'Harry Potter'". The Deadline Team. 4 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2015.
  59. "From Sketch to Still: From Marbling Gringotts to Painting Diagon Alley, How Harry Potter's Art Direction Earned Its Oscar Nod". Vanity Fair. 14 February 2012. 31 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2012.
  60. 1 2 "Drawn to cinema: An interview with Stuart Craig". Beat Magazine. 30 October 2010. 24 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2012.
  61. Ryzik, Melena. "Harry Potter and the Continuity Question". The New York Times. 7 February 2012. 2 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2012.
  62. "Harry Potter fans boost Oxford Christ Church Cathedral" Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine. BBC. 25 March 2012.
  63. "Visitor Information: Harry Potter". en:Christ Church, Oxford. 18 dekabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2010.
  64. Practical Building Conservation: Concrete. Ashgate Publishing. 2012. səh. 7. ISBN 978-0-7546-4565-8.
  65. Glenfinnan Arxivləşdirilib 2010-11-19 at the Wayback Machine  (alm.) на сайте bdyg.de
  66. "Harry Potter franchise to get Outstanding BAFTA award". BBC Online. 3 February 2011. 20 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2011.
  67. "Outstanding British Contribution to Cinema in 2011 – The Harry Potter films". BAFTA. 3 February 2011. 6 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2011.
  68. 1 2 "American Film Institute". afi.com. 2013-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-28.
  69. "BAFTA Honors John Lasseter and David Yates 11/30". Broadway World (Los Angeles). 28 June 2011. 7 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2011. The worldwide success of Mr. Lasseter for Walt Disney and Pixar Animation Studios and Mr. Yates' contribution to the final four parts of the 'Harry Potter' franchise makes them global wizards in their own right, and are delighted to honor these remarkable filmmakers with this year's Britannia Award.
  70. "John Lasseter and David Yates set to be honored by BAFTA Los Angeles". Los Angeles Times. 28 June 2011. 3 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2011.
  71. http://hpclub.ru/9246/ Arxivləşdirilib 2021-04-12 at the Wayback Machine Первый «Оскар» для мира Гарри Поттера!

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://www.alnwickcastle.com/
  2. https://www.visitscotland.com/info/towns-villages/glenfinnan-p236571
  3. https://www.hp-lexicon.org
  4. https://www.universalorlando.com/web/en/us/universal-orlando-resort/the-wizarding-world-of-harry-potter/hub/index.html
  5. https://www.tripadvisor.co.uk/ShowUserReviews-g186605-d188502-r505613629-Trinity_College_Dublin-Dublin_County_Dublin.html