Vasili Patruşev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vasili Patruşev
Doğum tarixi 7 yanvar 1911(1911-01-07)
Vəfat tarixi 22 aprel 1962(1962-04-22) (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • İvanovskoye qəbiristanlığı[d]
Elmi dərəcəsi

Vasili Patruşev (7 yanvar 191122 aprel 1962, Sverdlovsk) — Sovet fizioloqu. Professor, biologiya elmləri doktoru, Ev heyvanlarının mənşəyi və təkamülü üzrə mütəxəssis[1].

Vyatka quberniyasının Kotelniçski qəzasının Patruşevo kəndində anadan olmuşdur. Atası İvan Aleksandroviç Patruşev ibdiodai təhsilini almışdır. Sosial Demokrat dərnəyinin işində iştirak etmiş, sonra həbs edilmişdir. Həbsdən qacaraq Çelyabinskdə gizlənmişdir. Anası Fedosya İvanovna Belıx adi kəndli olmuşdur[2].

1929-cu ildə Vasili Patruşev orta məktəbi bitirir və bir müddət Kotelniçeski Komsomol Könüllü Komitəsinin pionerləri ilə iş üzrə icra katibinin müavini vəzifəsində çalışır. 1932-ci ildə Qorki Kənd Təsərrüfatı İnstitutunu bitirir, sonra aspiranturada qalır və namizədlik dissertasiyasını müdafiə edir[3].

Bundan sonra Patruşev Moskvaya köçür, SSRİ Elmlər Akademiyası Genetika İnstitutunda doktoranturasına yazılır. N. Vavilovun rəhbərliyi altında baş elmi işçi kimi çalışır. Kənd təsərrüfatı heyvanlarının biokimyəvi xüsusiyyətləri və morfofizioloji növlərinin öyrənilməsi ilə məşğul olur.

Böyük Vətən müharibəsi başlamazdan əvvəl Minskə köçür və burada Belorusiya Sovet Sosialist Respublikası Elmlər Akademiyası Əkinçilik İnstitutunun heyvandarlıq şöbəsinə rəhbərlik edir. 1941-1943-cü illərdə Qərb Cəbhəsində xəstəxana laboratoriyasının müdiri olmuş, sonra Sverdlovska köçürülmüş və yenidən xəstəxana laboratoriyasına rəhbərlik etmişdir. 1944-cü ildə müharibə sona yaxınlaşanda ölkədə Uralda akademik bioloji bir təşkilatın təşkili məsələsi aktuallaşır. Biologiya elmləri doktoru və professor Vasili İvanoviç Patruşev SSRİ Elmlər Akademiyası Ural Filialının Biologiya İnstitutunun (indiki Rusiya Elmlər Akademiyası Ural Filialının Bitki və Heyvan Ekologiyası İnstitutu) qurucusu və ilk direktoru olur. Patruşevin rəhbərliyi altında laboratoriyalar təşkil edilir və böyük bir qrup işə qəbul edilir. Tədqiqatın əsas istiqamətləri formalaşdırılır.

Eyni zamanda Ural Dövlət Universitetində müəllimlik fəaliyyəti ilə məşğul olur. 1948-ci ildə xüsusilə biologiya və genetika üçün çətin günlər gələndə Vasili Patruşev Veismanism-Morqanism, anti-lısenkov və anti-miçurin fəaliyyətlərində günahlandırılır və Biologiya İnstitutunun direktoru vəzifəsindən ayrılmalı olur. 1950-ci ildə Ural Dövlət Universitetinin Fiziologiya Bölməsinin rəhbərliyini öz üzərinə götürür. 1956-cı ildə ona Uralda ilk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunu yaratmağı tapşırılır. Bununla birlikdə 1950-ci illərin sonunda Patruşev əkinçilik təcrübələrini tənqid etməyə başlayır və yenidən təqib edilir. 1958-ci ildə Ural Dövlət Universitetinin İnsan və Heyvan Fiziologiyası şöbəsinə qayıdır və 22 aprel 1962-ci ilədək ölümünə qədər orada çalışır. İvanovskoye qəbiristanlığında dəfn edilmişdir.

60-dan çox elmi məqalənin müəllifidir[3].

"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilmişdir.

  1. "Патрушев Василий Иванович - Уральская Историческая Энциклопедия" (rus). www.ural.ru. 2018-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  2. Е. Н. Колосова. "Василий Иванович Патрушев: известный и неизвестный" (PDF). 2018-09-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-29.
  3. 1 2 "Патрушев Василий Иванович | ИЭРиЖ" (ingilis). ipae.uran.ru. 2018-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.