Aurel Stodola
Aurel Stodola | |
---|---|
ing. Aurel Stodola | |
Doğum tarixi | 10 may 1859[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 1942[2] (83 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | texniki elmlər |
İş yeri | |
Təhsili | |
Tanınmış yetirmələri | Albert Eynşteyn |
Üzvlüyü |
|
aurelstodola.sk | |
Vikianbarda əlaqəli mediafayllar |
Aurel Stodola (slovak. Aurel Stodola; 10 may 1859[1], Liptovski Mikulaş, Macarıstan krallığı – 25 dekabr 1942[2], Sürix[1]) — slovak mühəndis, fizik və ixtiraçı. Texniki termodinamika və tətbiq sahəsində pioner idi və 1903-cü ildə “Die Dampfturbine” (azərb. Buxar turbini) adlı kitabı nəşr etdi. Turbin dizaynı ilə məşğul olan termodinamik məsələlərə əlavə olaraq, kitabda maye axınının, titrəyişin, plitələrin, qabıqların və fırlanan disklərin və stressin konsentrasiyalarının deşiklər və filetlərdə analizindən bəhs olunurdu.[3] 1892-ci ildə Stodola Enerji Çevrilməsi Laboratoriyasını qurmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]1877-ci ildə Budapeşt Politexnik Məktəbində, sonra isə 1878-ci ildə Zürih Politexnik İnstitutunda maşınqayırma fakültəsini oxudu, 1881-ci ildə fərqlənmə diplomunu aldı. Məzuniyyətdən sonra atasının emalatxanasında çıxan yanğında məhv olmuş məhsulu bərpa etməyə kömək etdi. 1884-1892-ci illərdə Praqadakı Ruston mühəndis zavodunda çalışmışdır. Stodola, İsveçrənin Politexnik İnstitutunda maşınqayırma üzrə professor olmuşdur. Tələbələrindən biri Albert Eynşteyn idi.[4][5]
Turbomaşınlar və istilik mühərrikləri sahəsində mütəxəssis kimi tanındı. Onun adına turbin məhsuldarlığına dair qanun hazırladı.
Ferdinand Zauerbrux ilə birlikdə bir protez qol hazırladı. "Mühəndisin gözündən iman düşüncələri" kitabını yazdı. Bundan əlavə, Stodola fəlsəfi və iqtisadi məsələlərlə məşğul olub, Albert Eynşteyn və Albert Şveyçer ilə ünsiyyət qurmuşdur. 1929-cu ildə təqaüdə çıxdıqdan sonra araşdırma aparmağa davam etdi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Buxar turbinləri və istilik mühərriklərinin gələcəyi — 1904[6]
- Avtomatik tənzimləmə nəzəriyyəsi — 1949[7].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119072181 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Aurel Stodola // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Rao, S., "Mechanical Vibrations", Addison-Wesley, Wokingham, England, Third Edition, 1995.
- ↑ "Osobnosti Pýcha inžinierstva celého sveta Aurel Stodola: Moje city nikdy neochabli pre môj národ" (slovak). civil.gov.sk. 15 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 September 2009.
- ↑ "Aurel Stodola – otec konštruovania parných turbín". www.vedatechnika.sk. 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 июня 2012 (словацкий).
- ↑ "Каталог РНБ". 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Каталог РНБ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pages using the JsonConfig extension
- 10 mayda doğulanlar
- 1859-cu ildə doğulanlar
- Avstriya imperiyasında doğulanlar
- 25 dekabrda vəfat edənlər
- 1942-ci ildə vəfat edənlər
- 83 yaşında vəfat edənlər
- Sürixdə vəfat edənlər
- İsveçrə Federal Texnologiya İnstitutunun müəllimləri
- İsveçrə Federal Texnologiya İnstitutunun məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər