59°05′ şm. e. 159°56′ ş. u.HGYO

Koryak dairəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Koryak dairəsi
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

59°05′ şm. e. 159°56′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1 iyul 2007
Sahəsi
  • 292.600 km²
Saat qurşağı
  • Kamçatka vaxtı[d]
Əhalisi
Əhalisi
  • 15.393 nəf. (2023)[2]
Rəsmi sayt
Koryak dairəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koryak dairəsi (kory. Чав’чываокруг) — Rusiyanın Kamçatka diyarının tərkibinə daxil olan inzibati-ərazi vahidliyi.

Şimaldan Çukot muxtar dairəsiMaqadan vilayəti ilə sərhətdənir.

İnzibati mərkəziPalana yaşayış məntəqəsidir.

10 dekabr 1930-cu ildə Koryak muxtar dairəsi təşkil edilmişdir.

22 iyul 1934 ildə MİK Kamçatka vilayəti ərazisinə Çukot muxtar dairəsi və Koryk milli dairəsi daxil edilir[3].

Müstəqil federal qurum olduqdan sonra Koryak muxtar dairəsi Uzaqşərq federal dairəsiKamçatka vilayəti ərazisinə daxil edilir.

23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi Koryak muxtar dairəsi ilə Kamçatka vilayətlərinin birləşdirilməsi olmuşdur. Əhali səs vermədə bu təşkili qəbul etmişdir.

1 iyul 2007-ci ildə Kamçatka vilayəti və Koryak muxtar dairəsi birləşdirilərək Kamçatka diyarı adlandırılmışdır. Dairənin adından muxtar sözü silinmiş və Koryak dairəsi adlandırılmışdır.

Dairə fiziki baxımdan Kamçatka yarımadasının şimalında yerləşirdi. Ümumilikdə dairə vilayətin ərazisinin 60 % özündə cəmləyirdi. Dairənin ərazisinə materik torpaqlarından başqa Karaqinski adasıda daxil idi. Şərqdən Sakit okeana daxil olan Berinq dənizi ilə yuyulurdu. Dəniz boyu 1500 km sahil zolağına malik olmuşdur. Qərbdən Oxot dənizi ilə əhatələnir.

Dairənin mərkəzi olan Palans qədəbəsi ilə Moskva arasında 12866 km hava məsafəsi vardır.

İqlimi sərtdir, subantartik qurşaqda yerləşir. Sahil zolağı dəniz rütübətli, daxili hissələr isə kontinentaldır. Qışda şaxtalı və qarlı, yayda isə qısa və rütubətli olur. Qışda −24 °S…−26 °S, yayda +12 °S…+14 °S olur. Yağıntının orta illik miqdarı 300 – 700 mm arasında dəyişir.

Ərazisinə dağlıqdır. Burada tundra və meşə tundra ayılmışdır. Ərazisində minlərlə çay və göl vardır

Əsas çayları: Penjina (713 km), Talovka (458 km), Vıvenka (395 km), Paxaça (293 km), Apuka (296 km), Ukelyat (288 km). Göllər: Taloovskoye (44 km²), Palanskoye (28 km²).

Dağ silsilələri: Srednı, Vetveyski, Penjindki, Paxasinski, Olyutorski və s. Hündürlüklər. Xuvxoytun (2613 m), Lednaya (2562 m), Ostraya (2552 m), Şişel (2531 m), Tılele sopka (2234 m).

Qoruqları: Koryak təbiət qoruğu (327 min. ha); təbiət yasaqlıqlar — Karagin adası (193 min. ha), Moroşeçnaya (150 min. ha), Belaya çayı (90 min. ha), Palan gölü (88 min. ha), Kaazarok laqunu (17 min. ha), Utxolok (50 min. ha).

Təbii abidələri: Palan geotermal mənbələr, Anastasii buxtası, Mancur adası, Listvenniçnıy meşəsi və s.

Faydalıı qazıntıları: Neft, Qaz, Daş kömür, Dəmir, əlvan metallardan isə Mis, Nikel, Qalay, qiymətli metallardan Qızıl, Plati.

Diyar ərazisində 2010-cu il məlumatına olan etnik tərkib: ruslar — 8669 nəf. (46,2 %), koryak — 5676 nəf. (30,3 %), çukçalar — 1327 nəf. (7,1 %), itelmen — 948 nəf. (5,1 %), evenklər — 743 nəf. (4,0 %), ukraynlar — 474 nəf. (2,5 %)[4].

Əsas sahələr: Balıqçılıq, Kənd təsərrüfatı, maralçılıq, elektroenergetika, nəqliyyat, turizm və hasilat sənayesi.

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]
Koryak MD rayonları
  • Karaginski rayonu (cənub-şərq)
  • Olyotorski rayonu (şimal-şərq)
  • Penjinski rayonu (şimal-qərb)
  • Tiqilski rayonu (cənub-qərb)
  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom8_oktmo.rar.
  2. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
  3. "О НОВОМ АДМИНИСТРАТИВНОМ ДЕЛЕНИИ ДАЛЬНЕВОСТОЧНОГО КРАЯ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  4. "ТЕРРИТОРИАЛЬНЫЙ ОРГАН ФЕДЕРАЛЬНОЙ СЛУЖБЫ ГОСУДАРСТВЕННОЙ СТАТИСТИКИ ПО Камчатскому краю". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.