Udegeylər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Udegeylər
Ümumi sayı
1700
Yaşadığı ərazilər
Rusiya Rusiya 1453 (2010 il)[1]


Ukrayna 42 (2001)[2]

Dili

Udegey dili

Dini

Şamanizm, Provaslav,

Qohum xalqlar

Nanaylar, Evenklər, Evenlər

Udegeylər, удэге́ (1956 ilə qədər— Udexeyç', həmcinin Ydexe) — Rusiya Federasiyasında Uzaq şərq bölgəsində yayılmış yerli xalq. Monqoloid irqinə mənsubdurlar.

Dil — Udegey dili Tunqus-mancur dillərinin amur qrupunda danışırlar. Oroçi dilinə yaxınlığı ilə seçilir. Hazırda əhalinin böyük əksəriyyəti rus dilində danışır.

2002-ci ilə olan məlumata əsasən udegeylərin əraziyə görə sayları[3]

Primorsk diyarı:

  • Kerasnıy Yar kəndi - 378 nəf
  • Aqzu kəndi - 120

Xabarovsk diyarı:

  • Qvasyoqi kəndi - 146

2002-ci il məlumatına əsasən Rusiya ərazisində 1657, Ukraynad isə 2001 ilə olan məlumata əsasən 41 nəfər udegey müəyyənləşmişdir. Sorğu nəticəsində 42 nəfərdən cəmi 8 (19 %) udegey dilini doğma dili hesab etmişdir. Altı nəfər doğma dillərinin ukrayn, yerdə qalanlar isə rus dili olduğunu bildirmişlər[4].

Bununla da Rusiya və Ukraynada olan udegeylərin ümumi sayı 1,7 min nəfər təşkil etmişdir.

SSRİ/Rusiyada sayları
1906 il

Udegeylər əsasən Primorsk diyarı ərazisinfə yayılmışlar. Onlara həmçinin Xabarovsk diyarında belə rast gəlinir. Xüsusi ilə UssuriAmur çayı hövzələrində yayılmışlar.

IV–VI əsrlərdə onların 7 qəbiləsi Yapon dənizi sahillərində yaşayırdı[5]. Udegeylər tarixləri boyunca Nanaylar, Evenklərlə əlaqə yaratmışlar. Orolarla isə daha sıx əlaqə qurulmuşdur. Əraziyə gələn rurlar bu iki xalqı bir-birindən seçə bilmirdilər.

Rusların bölgələ gəlməsinə qədər onların yazısı olmamışdır. 1930-cu illərdə rus əlifbası əsasında əlifbası yaradılmışdır. Əsasən ŞamanizmAnimizm geniş yayılmışdır. Ruslar onları xristianlaşdırmışlar. Az bir qisim şamanizmdə qalır. Onların əsas məşğuliyyəti ovçuluq olmuşdur. Ov AyıAmur pələnginə qarşı belə həyata keçirilmişdir[6]. Kişilər ovçuluq qadınlar isə yığıcılıqla məşğul olurdular.

Hazırkı vəziyyət

[redaktə | mənbəni redaktə et]

2002-ci il məlumatına görə hazırfa dünyada 1657 nəfər udegey yaşayır. Bununla belə onların böyük hissəsi şəhər və qəsəbələrdə yaşayırlar. Bu yaşayış məntəqələrinin böyük əksəriyyətində ruslar yaşadığından udegeylər tədricən dillərini itirirlər. Tədricən ruslar tərəfindən asimilyasiyası olurlar. 1657 nəfər udegeydən cəmi 400 nəfər Udegey dili bilir. Dili bilənlərin böyük əksəriyyəti yaşlılardır. Bu xalqın əsas problemlərindən biri alkoqolizmdir. Onlar arasında yayılan bu pis vərdiş onların sayına mənfi təsir göstərir. Digər problem isə onların yaşadığı ərazilərdə meşəliklərin iri şirkətlır tərəfindən tədarüküdür.

  1. "Всероссийские переписи населения 2002 2010 годов". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-08.
  2. "Всеукраїнський перепис населення 2001. Русская версия. Результаты. Национальность и родной язык". 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  3. "База микроданных Всероссийской переписи населения 2002 года". 2019-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  4. 19 Всеукраинская перепись населения 2001 года / Национальный состав населения, гражданство / Распределение населения по национальности и родному языку[ölü keçid]  (ukr.)
  5. http://static.iea.ras.ru/books/Udegeizy.pdf Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine С. 30
  6. "Terney qəsəbəsi". 2008-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  • Народы Сибири. — М.—Л., 1956.
  • Ларькин В. Г. Удэгейцы. — Владивосток, 1958.
  • История и культура удэгейцев. — М., 1989.
  • Кимонко, Джанси Батович Там, где бежит Сукпай.