Yusif xan (şair)
Yusif xan | |
---|---|
Vəzifədədir | |
1604-cü ildən | |
Əvvəlki | Hüseyin xan Ziyadoğlu Qacar |
Sonrakı | Firudin xan Çərkəz |
1609 – 1610 | |
Əvvəlki | Əli bəy Ustaclı |
Sonrakı | Fərhad bəy Çərkəz |
1610 – ? | |
Əvvəlki | Zülfiqar Qaramanlı |
Sonrakı | Allahverdi xan |
1610 – 1624 | |
Əvvəlki | Zülfiqar Qaramanlı |
Sonrakı | Qazaq xan Çərkəz |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | şair |
Dini | islam |
Rütbəsi | general |
Yusif xan (?-1625) — Şirvan bəylərbəyi, şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yusif xan qulam qvardiyasından çıxan sahibmənsəblərdən idi. Qızılbaş olmasa da, Səfəvi sərkərdəsi təyin olunmuşdu. I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində quşçu, mirşikar (ovçubaşı) vəzifələrinə təyin edilmişdi.
Yusif xan şahın nəzərində ucalmış, 1604-cü ildə Astrabad valisi, 1611-ci ildə Şirvan bəylərbəyi təyin edilmişdi.
Yusif xan 1625-ci ildə gürcü Mirav (Georgi Saakadze) tərəfindən Qaraçaqay xanla bərabər öldürüldü.
Yusif xan şair idi. Azərbaycan və fars dillərində incə təbli şeirlər yazırdı. O, Şirvanda yaşayarkən sarayına bir çox şairlər cəlb etmişdi. Müşairələr təşkil edirdi. Özü vəziri Molla Həsən, Niyazi Ərəqi, Ərəşli Kəsbi və başqaları ilə deyişmişdi.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Şirvandan əgər nifrət edib olsan dur,
Məzuri-sənin ey mərdi-məanəd məzur.
Şirvan dediyin mətlə xurşidi-dirəd,
Xurşid şüaində olur şəbpərəx kur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Qulam qvardiyasından seçkinlər, "Soy" dərgisi, 3 (35), 2010.