Aberfan faciəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aberfan faciəsi
Səbəbi Daşqın
Ölkə
Tarix 21 oktyabr 1966
Ölü sayı
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aberfan faciəsi — 21 oktyabr 1966-cı ildə baş verən kütlə sürüşməsi nəticəsində kütləvi insan ölümü ilə nəticələnən hadisədir. Qurbanların sayı 116-sı uşaq olmaqla 144 nəfər idi.

Fəlakətin səbəbləri

[redaktə | mənbəni redaktə et]

Cənubi Uelsin Aberfan kəndi kömür mədəninə yaxın yerləşirdi. Mədən böyük qaya yığınlarını yer səthinə tullayırdı. Bu zibilliklərdən biri ətəyində yerli məktəbin yerləşdiyi dağın yamacında idi. Onun hündürlüyü 34 metrə çatırdı. Sonradan məlum olur ki, tullantı qismən qrunt suları ilə yuyulan əraziyə də atılır. Qəti qadağan edilməsinə baxmayaraq Milli Kömür Şurasının işçiləri buna məhəl qoymurlar. 1966-cı ilin oktyabr ayının Uelsdə çox yağışlı keçməsi fəlakət üçün son təkan olur.

Oktyabrın 21-i səhər saat 9:15 radələrində dağın zirvəsi yerindən tərpənir və təxminən 110 min kubmetrə yaxın süxur aşağı doğru sürüşür. Kütlənin hərəkət sürəti 70 km/saata çatır. Sürüşmə dərslərin getdiyi Aberfan məktəbini və yaxınlıqdakı evləri tamamilə örtür.

Xilasetmə işləri

[redaktə | mənbəni redaktə et]
Aberfan qəbiristanlığında qəzada ölən uşaqların məzarları üzərində ağ tağlar

Yerli sakinlər dərhal əlləri və bağ kürəkləri ilə çökmə yerini qazmağa başlayırlar[2]. 20 dəqiqədən sonra yerli mədənçilər gələrək dərhal qazıntı işlərinə başlayırlar, ardınca yanğınsöndürənlər, tibb işçiləri və Mülki müdafiə korpusu gəlir[3].

Sürüşmənin ilk qurbanları səhər saat 9:50-də (ing. Merthyr Tydfil)dəki Müqəddəs Tidfil Xəstəxanasına gətirilir; digər bütün sağ qalanlar (22 uşaq, onlardan biri gələrkən artıq ölmüşdü və 5 böyük) səhər saat 11:00-a qədər çatdırılır. Daha 9 yaralı Şərqi (ing. Glamorgan) xəstəxanasına göndərilir. Saat 11:00-dan sonra sağ qalan tapılmır. Təbii fəlakətdə ölən 144 nəfərdən əksəriyyəti 7-10 yaş arasında 116 uşaq; Pantqlas ibtidai məktəbində 109 uşaq dünyasını dəyişir. Ölənlərdən 5-i məktəbin müəllimi idi. Daha 6 böyük və 29 uşaq yaralanır[4].

Oktyabrın 22-si bazar günü səhərə kimi yerdən 111 cəsəd çıxarılır, onlardan 51-nin şəxsiyyəti müəyyən edilir.

Sonrakı hadisələr

[redaktə | mənbəni redaktə et]

25 oktyabr 1966-cı ildə Parlamentin hər iki palatasında qəbul edilən qərarlardan sonra Uelsin dövlət katibi fəlakətin səbəbini araşdırmaq üçün rəsmi olaraq tribunal təyin edir. İstintaqın gedişində 1966-cı il noyabrın 2-də ilkin açıq dinləmə keçirilir, sonrakı 5 ay ərzində 136 şahid ifadə verir.

Tribunal 1967-ci il 28 aprel tarixində dinləmələrini yekunlaşdırır və hesabatını həmin il avqustun 3-də dərc edir. Nəticələr arasında "günah Milli Kömür Şurasının üzərinə düşür... Bu günah Milli Kömür Şurasının qərargahı, Cənub-Qərb İdarəetmə Departamenti və bir neçə başqa şəxs arasında (müxtəlif dərəcələrdə də olsa) paylaşılır" qeyd edilirdi. Məhkəmə əlavə edib ki, “Milli Kömür Komitəsinin bədən xəsarəti (ölümcül və ya başqa) və əmlaka dəymiş ziyana görə kompensasiya ödəməklə bağlı hüquqi məsuliyyəti danılmazdır”.

Fəlakət günü Aberfan fəlakəti xatirə fondu (Aberfan disater memorial fund, ADMF) yaradılır. Fonda ümumi 1,75 milyon funt sterlinq dəyərində təxminən 88,000 ianə edilir. Qalan tullantılar yalnız Aberfan sakinlərinin Milli Kömür Şurası və hökumətin inadkar müqavimətinə qarşı uzun mübarizəsindən sonra (maliyyə səbəbləri ilə) məhv edilir. Ərazinin təmizlənməsi dövlət qrantı hesabına ödənilir, üstəlik, xatirə fondundan 150 min funt sterlinq həcmində məcburi ödəniş ayrılır. 1997-ci ildə Britaniya hökuməti ADMF-yə 150.000 funt sterlinq qaytarır, 2007-ci ildə isə Uels Assambleyası müsadirə olunan pulun təzminatı olaraq fonda 1,5 milyon funt-sterlinq, Aberfan Təhsil Xeyriyyə Cəmiyyətinə isə 500.000 funt-sterlinq bağışlayır. Kəndlilərin çoxunun səhhətində problemlər vardı və sağ qalanların yarısı isə travma sonrası stress pozuntusu yaşayırdılar.

Mədəniyyət və incəsənətdə əksi

[redaktə | mənbəni redaktə et]
  • Fəlakətin 50-ci ildönümündə (ing. Karl William Pamp Jenkins) faciə qurbanlarının xatirəsinə həsr olunmuş “Cantata Memoria” əsərini yazmışdır[5].
  • "Tac" (The Crown) serialının üçüncü sezonunun üçüncü bölümü fəlakətə və ona göstərilən reaksiyaya həsr olunub.
  1. https://nos.nl/artikel/2138945-aberfan-een-ramp-die-voorkomen-had-kunnen-worden.html.
  2. Austin, Tony (1967). Aberfan: The Story of a Disaster. London: Hutchinson & Co. P.29.
  3. Miller, Joan (1974). Aberfan: A Disaster and its Aftermath. London: Constable. P.27.
  4. Davies, Edmund (1967). [Report of the Tribunal Appointed to Inquire into the Disaster at Aberfan on October 21st, 1966 (PDF) http://www.mineaccidents.com.au/uploads/aberfan-report-original.pdf%7Coclc=209323[ölü keçid]]. Her Majesty’s Stationery Office. P.26.
  5. "Karl Jenkins". 2017-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.