Natali Kol
Natali Kol | |
---|---|
Doğum tarixi | 6 fevral 1950[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 dekabr 2015[1][2][…] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Hepatit C |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | müğənni, müğənni-mahnı yazarı, bəstəkar, mahnı yazarı[d], cazmen, kino aktrisası, pianoçu, televiziya aktrisası, yazıçı, səsləndirmə aktrisası[d], səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1956-cı ildən |
officialnataliecole.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Natali Kol (ing. Natalie Maria Cole; d, 6 fevral 1950, Los-Anceles — ö, 31 dekabr 2015, Amerikalı jazz ifaçısı, müğənnisi, bəstəkarı və aktrisa. Məşhur caz ifaçısı Net Kinq Kol-un qızı.
Haqqında
[redaktə | mənbəni redaktə et]Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debüt olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).
Onun bir sıra mahnıları, məsələn, bəstəkar Sercio Mendesin Alan və Merilin Berqmanovların sözlərinə yazdığı, "So Many Stars" və "The Music that Makes Me Dance", Merrill Staunun "Funny Girl" filminə yazdığı məşhur bəstəsi musiqisevərlərə tanış gələ bilər, ancaq onun ilk dəfə Dina Vaşinqtonun ifasında lentə alınmış kədərli "I Haven't got Anything Better To Do" bəstələrini bu albomun mirvariləri adlandırmaq olar.
Öz vətənində yaxından tanıdığı musiqicilər kvintetilə birgə bir neçə bəstədə o, nəfis orkestr oranjimanından istifadə etmişdir. Eyni adla adlandırdığı "I Told You So" Kleyton Hameltonun orkestrinin müşayət etdiyi big-bend caz kompozisiyasında Con Kleytonun oranjimanında (The Clayton-Hamilton Orchestra) ilk dəfə Sara Vogenin ifasında eşitdiyi "It's Crazy" və "Soon" kimi mahnıların hər birində o öz hisslərini- sass, swing və soulla ifadə etmişdir.
Təbiətin Natali Koula bəxş etdiyi lirik şərhə, Li Pumanin sənətkarlıqla verdiyi tərtibata Co Sampla, Roy Xargrouv və Kristian Makbrayd (bas gitara), Con Pisano (gitara), Pon Maunsi (klaviş alətləri), Luis Neş (zərb alətləri) kimi mükəmməl musiqiçilərin işi ilə bu albom məhəbbəti müxtəlif aspektlərdən təsvir edən on üç mahnıya yeni həyat verir. "Ask a Woman Who Knows" albomu Koul üçün xüsusidir. Bu albomdakı musiqi çox romantikdir və o mənə həyat yoldaşımla aramızdakı qarşılıqlı münasibəti xatırladır. Ilk dəfə Saranın ifasında eşitdiyim "You're Mine You" və Nina Simonun sayəsində məşhurlaşan "My Baby Just Cares For Me" mahnıları biz onları lentə alarkən yaşadıqlarımızı əks etdirir. Öz səsimə uyğun olaraq mən "My Baby Just Cares for Me" mahnısında bəzi dəyişiklər etsəm də bəstədəki əhvali-ruhiyyə olduğu kimi saxlanılmışdır. Bu albomda olan digər mahnılar kimi bu mahnı da bizim münasibətlərimizin xoşbəxt anlarından söhbət açır.
Koulun sözlərinə görə Maykl Frenksin "Tell Me About It" adlı mahnısının onun üçün böyük şəxsi əhəmiyyəti vardır. Bu mahnı "Passionfruit" 1983-cu il albomundandır. "Həyatımın çətin dövrlərini yaşadığım zaman bu mahnılar mənə sakitləşdirici təsir göstərmişdir". Alan Brodbentin "Better than Anything" üçün oranjimanı da albomun müsbət cəhətlərindəndir. 1960-cı illərin ortalarında ilk dəfə Iren Kroll tərəfindən ifa edilmiş mahnıya onun Diana Krolla dueti çox uğurlu olmuşdur. - Konsert zamanı Diana ilə tək görüşdüm, ondan mənimlə hər hansı bir mahnını oxumaq istəyib-istəmədiyini soruşdum. Bu çox gülməli çıxdı. Siz bunu sonralar bizim bir-birimizlə kiçik qızlar kimi söhbətlərimizdə eşidə bilərsiniz. Natali Koul lirik mahnılardan dini mahnılara qədər öz işlərini ritm və blyuz növündə qoymağı bacaran musiqi stilistidir. "Verve Records" albomunda olan bir-neçə mahnısı onun vokal keyfiyyətlərinin bir çağırışıdır: "Mən bu mahnıları heç zaman basqa birisinin ifasında eşitmədiyimdən özüm nəsə yaratmalı olurdum. Səsin tonallığı mahnıların əsl mahiyyətini qabarıq şəkildə əks etdirir ki, bu da onların daha da gözəlləşməsinə gətirib çıxarır."
Qremmi mükafatı
[redaktə | mənbəni redaktə et]1988-ci ildə "Bagdad Cafe" filminə yazılmış saundtrek "Calling You" mahnısının şərhi onun yanar qəlbini dolduran kədərə hakim olmuş və o bu kədəri az tanınmış, ilk dəfə DiDi Uorvikin ifasında lentə alınmış "I Haven't Got Anything Better To Do" mahnısına gətirmişdir. Koul bunu belə aydınlaşdırır: "Biz bu albomu lentə alarkən mən Dik La Palmla işləyirdim. O, atamın dostudur və mahnı seçməkdə bizə kömək edir. O mənə 60-70 mahnı göndərmiş, bu mahnılardan yalniz az tanınmışların, yəni, müğənnilərin kohnə fanatlarına tanış olanlarını çıxmaq şərtilə hər birini dinləmişəm".
Öz işi ilə musiqi dünyasına təsir göstərən 1975-ci ildə iki dəfə "Qremmi" mükafatına layiq görülən "Inseparable" adlı debyut albomu ilə zəngin uğurlar qazanan Koul "Verve Records"la qarşılıqlı munasibətə başlayır. XX-ci əsrin tanınmış vokalçılarından birinin qızı olan Koul hələ erkən yaşlarından Ella Fitscerald, Vogen və Dina Vaşinqtonla tanış olmuşdur. Yeniyetməlik yaşına çatanda o, eləcə də Areta Franklinin könül nəğmələrinə, rok-n-roll (Bitlz və Rollinq Stounza) qulaq asırdı.
Koulun musiqi seçimində bu ifaçılarin təsiri olmuşdur. Muğənninin pop musiqisinə, roka, blyuz və dini musiqilərə olan məhəbbəti onun musiqi mirası ilə birləşmiş və yalnız ona məxsus olan yüksək vokal tərzi yaratmışdır. Onun mahnıları yazılmış albomu alan kutlə ani olaraq sarsılır. 1976-cı ildə "Best New Artist" nominasiyasında "Qremmi" mukafatlarını qazanan Koul 15 il ərzində 30 reytinq sinqlla birgə, indi "This Will Be", "I've Got Love on My Mind", "Our Love", 80-ci illərdə isə "Pink Cadillac" və "I Miss You Like Crazy" mahnılarını lentə yazdırmışdır.
Ölüm səbəbi
[redaktə | mənbəni redaktə et]O uzun müddət narkotik asılılıqla mübarizə aparırdı. Dəfələrlə əməliyyat olan müğənni hec cürə sağalmadı. Məşhur caz ifaçısı Net Kinqin qızı 65 yaşlı Natali Koul dekabrın 31-də vəfat edib. Onun ölümünün səbəbləri açıqlanmır.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- 1976: Natalie
- 1977: Thankful
- 1983: I`m Ready
- 1989: Good To Be Back
- 1990: Unforgettable
- 1991: Unforgettable: With Love
- 1993: Take a Look
- 1996: Stardust
- 1999: Snowfall On The Sahara
- 1999: The Magic of Christmas
- 2002: Ask a Woman Who Knows
- 2006: Leavin'
- 2008: Still Unforgettable
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Natalie Cole // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Natalie Cole // Internet Broadway Database (ing.). 2000.
- ↑ Deutsche Nationalbibliothek Record #123055512 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- nataliecole.com — Rəsmi saytı
- Natali Kol AllMusic saytında
- Natali Kol — IMDb səhifəsi
- Natali Kol (ing.) Internet Broadway Database saytında
- Natalie Cole biography and updates at Soul Tracks
- Natalie Cole interview by Pete Lewis, 'Blues & Soul' September 2008
- Talk with Audrey interview with Natalie Cole 2012. Talking about her life, her music and her legacy. Arxivləşdirilib 2018-09-25 at the Wayback Machine
- 6 fevralda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Los-Ancelesdə doğulanlar
- 31 dekabrda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- 65 yaşında vəfat edənlər
- Los-Ancelesdə vəfat edənlər
- Forest-Laun xatirə parkında dəfn olunanlar
- Bakli məktəbinin məzunları
- ABŞ cazmenləri
- Qremmi mükafatı laureatları
- ABŞ-də doğulanlar
- ABŞ müğənniləri