Sultan Məhəmməd Xudabəndə Mirzə
Sultan Məhəmməd Xudabəndə Mirzə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1597 və ya 1598 |
Doğum yeri | |
Vəfat tarixi | 1632 |
Vəfat yeri |
|
Atası | I Abbas |
Sultan Məhəmməd Mirzə, Rüzaq Mirzə və ya Rza Xudabəndə Mirzə (1597 və ya 1598, Qəzvin – 1632, Ələmut, Qəzvin ostanı) — Səfəvi sülaləsinə mənsub şahzadələrdən biri və Şah I Abbasın (1588–1629) oğlu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sultan Məhəmməd Mirzə və ya Xudabəndə Mirzə 1597/1598-ci ildə I Abbasın gürcü əsilli cariyəsindən dünyaya gəlmişdir. O, Səfəvi şahının bilinən üçüncü oğlu idi.
Kor edilməsi və qətli
[redaktə | mənbəni redaktə et]1620-ci ilin yayında Mazandarandakı sarayında olan Abbas ağır qızma xəstəliyinə tutuldu. Sarayındakı bir çox şəxs, həmçinin yerlilərdən xeyli sayda insan bu xəstəlikdən həyatını itirdi. Bundan sonra bəlli oldu ki, şahın həyatı da təhlükə altındadır.[1] Abbasın xəstəliyi dövründə onun sağlam qalmış ən böyük oğlu Xudabəndə Mirzə[a] Abbasın öləcəyini düşünərək onu dəstəkləyən qızılbaş sərkərdələri ilə bunu qeyd etməyə, taxta çıxışını hazırlamağa başlamışdır. Lakin şah sağalmış və oğlunu kor etdirərək cəzalandırmışdır. O, bununla oğlunun taxta gedən yolunu bağlamaq fikrində idi.[3] Lakin şahzadənin tərəfdarları onu taxta çıxarmaqda qərarlı idilər. Plan şahzadəni saraydan qaçırmaq və kənarda şah elan etmək idi. Lakin plan aşkar edildi və bütün iştirakçıları cəzalandırıldı. Şahzadə özü həbs edilərək Ələmut qalasına salındı və Abbasın xələfi olan Səfi Mirzə dövründə edam edildi.[4] Bu ittihamda həqiqətin nədən ibarət olduğunu bilmək mümkün deyil, lakin çətin görünür ki, hər hansı saray əyanı öz həyatını belə axmaqcasına riskə atardı. Fiqueroanın saray əyanlarının şahzadələrə heç bir hörmət göstərməməsi ilə bağlı şərhi, şahın şübhələrini oyatmamaq üçün onlardan uzaqlaşmaq üçün əllərindən gələni etdiklərini göstərir.[1]
Məhəmməd Baqir Mirzə və Xudabəndə Mirzənin vəliəhdlik yarışmasından kənarlaşdırılasından sonra Abbasın oğullaından yeganə vəliəhd ola biləcək şəxs İmamqulu Mirzə qalmışdı. 1618-ci ildə xarici elçilərdən biri ilə baş tutmuş görüşdə edam edilmiş vəliəhddən kiçik olan İmamqulu Mirzə də iştirak etmişdi. Bu zaman 17 yaşında olan İmamqulu Mirzə adlı şahzadə atası ilə birlikdə saraya daxil olmuş, gözlərini aşağı salıb dayanmış, heç nə danışmamış, heç kim də ona heç nə deməmişdir. Səfir bunu belə təsvir etmişdir:[5]
Heç kim bir qulluqçuya və ya bir köməkçiyə verdiyi diqqətdən çox ona diqqət etmədi.[5] |
Qeydlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Blow, 2009. səh. 124
- ↑ Bomati və Nahavandi, 1998. səh. 236–237
- ↑ Savory, 1980. səh. 95
- ↑ Bomati və Nahavandi, 1998. səh. 240–241
- ↑ 1 2 Blow, 2009. səh. 118
Mənbə
[redaktə | mənbəni redaktə et]- David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B. Tauris. 2009. 288. ISBN 1845119894.
- Yves Bomati; Houchang Nahavandi. Shah Abbas, empereur de Perse 1587–1629 [Shah Abbas, Emperor of Persia, 1587-1629] (fransızca). Paris, France: Perrin. 1998. ISBN 2-2620-1131-1.
- Roger M. Savory. Iran under the Safavids. Cambridge, UK: Cambridge University Press. 1980. ISBN 0-521-22483-7.