Əhməd haradadır?
Naviqasiyaya keç
Axtarışa keç
Əhməd haradadır? | |
---|---|
Janr |
komediya musiqili |
Rejissor | Adil İsgəndərov |
Ssenari müəllifi | Sabit Rəhman |
Baş rollarda |
Məmmədrza Şeyxzamanov — Şirin Nəcibə Məlikova — Nərgiz Elxan Qasımov — Sürücü Əhməd Nonna Paçuaşvili — Ceyran Lütfəli Abdullayev — Zülümov Səyavuş Aslan — Ramiz Novruz Axundov — Oqtay Töhfə Əzimova — Leyla Səyavuş Şəfiyev — Əhməd |
Operator | Yuli Fogelman |
Bəstəkar | Rauf Hacıyev |
Rəssam | Məmməd Hüseynov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 4 noyabr 1964 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 87 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
İl | 1963 |
Texniki məlumatlar |
9 hissə 2527 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID4258424 |
Əhməd haradadır? — 1963-cü ildə çəkilmiş Azərbaycan filmi.[1]
Məzmun
[redaktə | mənbəni redaktə et]Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir.
Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimov)) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film rejissor, aktyor Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Bundan qabaq 1944-cü ildə "Fətəli xan" filmini çəkməyə başlasa da müəyyən səbəblərdən film yarımçıq qalmışdır.
- Film aktyor Elxan Qasımovun kinoda ilk işidir
- Film aktyor Eldəniz Zeynalovun kinoda ilk işidir.
- Film aktyor Novruz Axundovun kinoda ilk işidir.
- Film aktrisa Amaliya Pənahovanın kinoda ilk işidir.
- Film aktyor Səyavuş Şəfiyevin kinoda ilk işidir.
- Filmdə sürücü Əhməd roluna operator Yuli Fogelman rus aktyoru İqor Kvaşanı çəkmək istəyirdi.
- Filmdə sürücü Əhmədin Ceyrandan razılıq cavabı alaraq üç metr hündürlüyü olan tikinti çuxuruna yıxılır. Bu trükü aktyorun özü etmişdir.
- Ceyran rolunun ifaçısı gürcü aktrisası Nona Paçuaşvili filmə çəkilmək üçün həyat yoldaşı ilə Bakıya gəlir. Lakin aktrisanın həyat yoldaşı Bakıda qəflətən vəfat edir. Eyni zamanda ana olmağa hazırlaşan aktrisanın həyatında baş verən bu qəmgin hadisə onun filmdəki obrazına da təsir etmişdir. Aktrisa Ceyran rolunda bir çox kadrda kədərli üz ifadəsini gizlədə bilmir. Aktrisa çəkildiyi filmi uzun illər görməmişdi. Yaxın keçmişdə təşkil olunan filmin yubileyində aktrisa filmə ilk dəfə baxmışdır.[2]
- Çəkilişlər Bakı bulvarında, Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda, Göyçayda aparıldı. Əhmədin kəndə gələrkən öküzlərin körpünün üstündə vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, “Uzundraz Oktay”ın girişi keçmək səhnəsi məhz orda çəkilib.
- Əhmədin Ceyranı aşağıdan çağırdığı yer İçərişəhər tərəfdə yerləşən "Tut ağacı" restoranıdır. Balkonda oturub çay içilən yer Dağüstü parkdır.
- Filmdə Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə dekorasiydır. Kardondan qurulmuş dekordur. Aktyorun yediyi yemək isə qoyun içalatının qızartmasıdır. Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq məhz aktyorun şəxsi təşəbbüsü olmuş və rejissor tərəfindən qəbul edilmişdir.
- Filmdəki tikinti səhnələri Bakıda Şərifzadə küçəsində aparılan tikintilərdir.
- Film Moskvada əvvəlcə qəbul edilməyib və zəif film kimi qiymətləndirilib. Bu səbəbdən çox az tirajla bu film ekranlara buraxıldı. Lakin sonralar filmin göndərilməsi üçün Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya sifarişlər gəldi. Beləliklə film SSRİ-də ən çox göstərilən və pul yığan filmlərdən birinə çevrildi[3]
- Film barədə akademik Cəfər Cəfərov demişdir ki, filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır.[3]
Səhvlər
[redaktə | mənbəni redaktə et]- Orfoqrafik: Titrlərdə filmin adı "Əhməd Hardadır" yazılır. Doğrusu "Əhməd Haradadır" olmalıdır.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Sabit Rəhman[4]
- Quruluşçu rejissor: Adil İsgəndərov
- Quruluşçu operator: Yuli Fogelman
- Quruluşçu rəssam: Məmməd Hüseynov
- Bəstəkar: Rauf Hacıyev
- Səs operatoru: Əziz Şeyxov
- Rejissor: Yusif Bağırov
- Operator: B. Vlasov
- Montaj edən: L. Kyakşt, Tahirə Babayeva
- Baletmeyster: Əlibaba Abdullayev
- Geyim rəssamı: Kazım Kazımzadə
- Mahnıların Mətni: Tələt Əyyubov
- Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Redaktor: M. Qurbanov
- Filmin direktoru: S. Bəyazov
- Pianoda çalan: Akif Abdullayev ("Leyla" əsəri)
Rollarda
[redaktə | mənbəni redaktə et]- Məmmədrza Şeyxzamanov — Şirin
- Nəcibə Məlikova — Nərgiz
- Elxan Qasımov — Sürücü Əhməd
- Nonna Paçuaşvili — Ceyran
- Mustafa Mərdanov — Məmməd kişi
- Ağahüseyn Cavadov — Usta Əhməd
- Lütfəli Abdullayev — Zülümov
- Eldəniz Zeynalov — Rəngsaz Əhməd
- Lena Tolstova — Ağbəniz
- Səyavuş Aslan — Ramiz
- Novruz Axundov — Oqtay
- Töhfə Əzimova — Leyla
- Səyavuş Şəfiyev — Əhməd[5]
- Yusif Yulduz — Yusif
- Tələt Rəhmanov — Kənd sakini
- Əbdül Mahmudov — Kənd sakini
- Bəşir Səfəroğlu — Sərxoş Əhməd
- Məmmədsadıq Nuriyev — Fəhlə Əhməd
- Əliağa Ağayev — Xəzinədar
- Amaliya Pənahova — Məsmə
- Dadaş Kazımov — Komissiya üzvü
- Əliheydər Həsənzadə — Vağzal işçisi
- Mənsur Məmmədov — Rəqqas (titrlərdə yoxdur)
- Arif Mədətov — Rəqqas (titrlərdə yoxdur)
- Kamil Dadaşov — Rəqqas (titrlərdə yoxdur)
- Əmənulla Rəsulov — Mərdanzadə (titrlərdə yoxdur)
- Aleksandr Sarkisov — Komendant
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- Yusif Vəliyev — Şirin (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur)
- Həsənağa Turabov — Əhməd (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur)
- Müxlis Cənizadə — Sürücü Əhməd (Elxan Qasımov) (titrlərdə yoxdur)
- Sofa Bəsirzadə — Ofeliya (titrlərdə yoxdur)
- Hökümə Qurbanova — Leyla (Töhfə Əzimova) (titrlərdə yoxdur)
- Ağasadıq Gəraybəyli — Komendant (Aleksandr Sarkisov ) (titrlərdə yoxdur)
- Hüseynağa Sadıqov — Ramiz (Səyavuş Aslan) (titrlərdə yoxdur)
- Mirvari Novruzova — Nərgiz (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
- Bahadur Əliyev — Rəngsaz Əhməd ( Eldəniz Zeynalov) (titrlərdə yoxdur)
- Həsənağa Salayev — Mərdanzadə (Əmənulla Rəsulov) (titrlərdə yoxdur)
- Məmmədsadıq Nuriyev — Kənd sakini (Tələt Rəhmanov ) (titrlərdə yoxdur)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Novruz, R. “Ulduz”, “Əhməd haradadır?”, “Görüş” filmləri çox sadəlövh filmlərdir: Ramiz Novruz: “Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xalidə Gəray //Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13.
- ↑ "Məşhur şofer Əhməd: "Film çəkiləndə "Ceyran"ı oynayan aktrisanın ərini "tok" vurub öldürdü"". 2017-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
- ↑ 1 2 Aydın Kazımzadə, "Kinosalnamə" verilişi, 09.11.2013
- ↑ Allahverdiyev, E. Şedevrlər kolleksiyası: "O olmasın, bu olsun", "Hicran", "Ulduz", "Əhməd haradadır?" və s.: [Yazıçı və dramaturq Sabit Rəhmanın Azərbaycan kinosunun inkişafındakı rolu haqqında] //Ekran-efir.- 2010.- 14 may.- S. 7.
- ↑ "Əhməd haradadır?": Siyavuş Səfiyevin ölümündən 9 il ötür: [Əməkdar incəsənət xadimi Siyavuş Səfiyev haqqında] //Şərq.- 2010.- 25 noyabr.- S. 14.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106; 139; 141; 144.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- "Bizim Kino" verilişi (18.06.2016) arxiv
- “Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı”
- “Kadrarxası”: ”Əhməd hardadır”da Leyla rolunu erməni qızı oynamalı idi” - LAYİHƏ