Amur pələngi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amur pələngi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub.

Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır. Yayda rəngi şux və qırmızımtraqdır. Qarın hissəsi və əzaların iç hissəsi ağdır. Bütün gövdəsi eninə, ensiz qara yaxud qonurtraq zolaqlarla örtülüb. Əzalarında üfuqidir. Quyruğunda üzük formasındadır. Quyruğunun ucu həmişə qaradır.

Bu yaxınlara qədər Uzaq Şərqin Primorsk, Xabarovsk, Amuryanı, Zabaykalye-Baykala qədər, şimal-şərqi və cənub-şərqi Çin, Koreya yarımadasında yaşayırdı.

Daha şox mancur tipli meşə ilə örtük yastı dağlarda məskunlaşır. Fərdi məskunlaşma sahələri, dırnaqlıların sayına görə fərqlidi, və çox geniş ola bilər. Sutka ərzində amur pələngi 20 –100 km. qət edə bilər. Bala üçün daimi kahanı ancaq dişi düzəldir. Kaha sıx cəngəllikdə, mağarada, qayaların arasında ola bilər. Alatoranlıqda axşam, gecənin birinci yarısı və səhər sübhdən fəaldırlar. Uzaq yerdəyişmələri qeyd olunub. Keçidləri 1 min km. qədər uzana bilər.

Əsasən qaban, daha az dərəcədə başqa dırnaqlılarla, eləcə də dovşanlarla, ayılarla, vaşaklarla, porsuqlarla, müxtəlif quşlarla, ev heyvanları ilə, o cümlədən itlərlə qidalanırlar. Son illər Sixote-Alin qoruğunun pələngləri əsasən Sibir marallarını, Lazov qoruğunun sahilyanı sahəsində isə - xallı maralları ovlayırlar. Həmçin balıq, çanaqlı bağa, şirin su xərçəngini, kedr tumunu, giləmeyvə, meyvə də yeyirlər.

Çoxalmasında, yəqin ki, müəyyən mövsümlük yoxdur.

Yoxdur. Qonur ayı və qabanın erkəyi tərəfindən öldürülməsi qeyd olunub.

Uzaq Şərqdə Amur pələnginin sayı 1 yanvar 1973-cü il üçün 150-170, Primorsk diyarında 172-191, 1983-1984-cü illərdə isə 200 idi. Sixote-Alin qoruğunda 1000 kv.km. 2-4 baş, Lazo qoruğunda isə 2-3 dəfə çoxdurlar.

Sayının azalması ancaq birbaşa insan tərəfindən təqib olunması ilə deyil, həm də yem bazasının azalması ilə bağlıdır.

Ovlanması hər yerdə qadağandır. Uzaq Şərqdə Lazov və Sixote - Alin qoruqlarında saxlanırlar.

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0