40°51′20″ şm. e. 46°09′45″ ş. u.HGYO

Keçili (Şəmkir)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Keçili
40°51′20″ şm. e. 46°09′45″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Keçili xəritədə
Keçili
Keçili

Keçili (əvvəlki adı: Plankənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Plankənd kəndi Keçili kəndi, Plankənd inzibati ərazi vahidi Keçili kənd inzibati ərazi vahidi adlandırılmışdır.[1]

Yerli məlumata görə, yaşayış məntəqəsini XVII əsrdə Naxçıvan mahalının Keçili kəndindən gəlmiş ailələr salmışlar. Sovet dövründə, 1954-cu ildə kənd planlaşdırılaraq köhnə ərazidən bir qədər aralıda indiki yerində salındığı üçün "Plankənd" adlanmışdır. 1994-cu ildə kəndə öz köhnə adı qaytarıldı.[2] Toponim dəqiq araşdırılmasa da, qədim "keçili" türk tayfalarının adından əmələ gəldiyi güman edilir. Eyni adlı kəndlər Şahbuz rayonundaTürkiyənin bir neçə vilayətində, habelə digər bölgələrdə də var.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

Kənd əhalisi 3336 nəfərdir ki, onun da 1687 nəfəri kişi, 1649 nəfəri isə qadınlar təşkil edir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. Keçili (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.