Tatabanya
Tatabanya | |
---|---|
Tatabánya | |
47°35′10″ şm. e. 18°23′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 167 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 34 |
Poçt indeksi | 2800 |
Digər | |
tatabanya.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Tatabanya (mac. Tatabánya) — Mərkəzi Transdunay regionunda, Macarıstanın şimal-qərbində yerləşən şəhər. Təxminən 65849 nəfər əhalisi var. Komarom-Esterqom medyesinin paytaxtıdır.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Şəhər Qerese və Vertes dağları arasındakı vadidə yerləşir və paytaxt Budapeştdən 55 km məsafədədir. Coğrafi mövqeyinə görə dəmiryol və avtomobil yollarının kəsişdiyi nöqtədə yerləşir. Vyana-Budapeşt dəmir yolu xətti də bu şəhərdən keçir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Arxeoloji qazıntılara əsasən insanların daş dövründən etibarən burada məskunlaşdığı məlum olmuşdur. 16-cı əsrdə Osmanlı türkləri bölgəni işğal etdi. O zamanlarda şəhərin sakinləri protestant idi. Daha sonra isə şəhərin feodal hakimləri olan Esterhazilər ərazini Roma-Katolik kilsəsinə qulluq edən almanlar və slovaklar ilə doldurdular.
1787-ci ilin əhalinin siyahıya alınmasına əsasən, Alsoqallanın 580, Felsoqallanın isə 842 nəfər əhalisi vardı. Ərazinin kömür ehtiyatı bu dövr ərzində kəşf edilmişdir. Bu zaman daxilində şəhərin əhalisi artdı və daha sonra Tatabanya kəndi kimi formalaşan yeni mədən koloniyası yaradıldı.
Sənayeləşmə dövründə Macarıstanın bir sıra şəhərləri böyük sənaye mərkəzlərinə çevrildilər. 1 oktyabr 1947-ci ildə 4 kənd Tatabanya adı altında birləşdirildi və şəhər statusunu aldı. 1950-ci ildə Tatabanya Komarom-Esterqom medyesinin paytaxtı oldu. 1980-ci ildə şəhərin 80 mindən çox əhalisi vardı.
Şəhərin sənayeləşməsi Sosialist hökumətinin süqutuna və 1989-cu ildə baş verən siyasi dəyişikliklərə qədər əhəmiyyətli olmuşdur. Bu mərhələdən sonra ağır sənayenin və mədənçıxarmanın əhəmiyyəti olduqca aşağı düşdü şəhərin iqtisadi strukturu olduqca dəyişdi.
İnfrastrukturu
[redaktə | mənbəni redaktə et]2001-ci il əhalinin siyahıya alınmasına əsasən, Tatabanya 28,912 ev təsərrüfatına sahibdir[2] və onların 60% -i mərkəzi isitmə və telefonla təmin olunmuşdur. Demək olar ki, bütün evlər TV şəbəkəsinə çıxış əldə edə bilərlər. Şəhər yollarının 98 % -nə asfalt döşənmişdir və kütləvi nəqliyyat yaxşı səviyyədə təşkil edilmişdir.
Təhsili
[redaktə | mənbəni redaktə et]Hal-hazırda şəhərdə iki kollec, on orta məktəb, 16 ibtidai məktəb, 18 uşaq bağçası və 5 körpələr evi var.
Mədəniyyət və idman
[redaktə | mənbəni redaktə et]Şəhərdə yerləşən ənönəmli mədəniyyət mərkəzi Mari Yasay teatrıdır. Şəhərdə muzeylər və kitabxanalar da daxil olmaqla bir çox digər mədəniyyət mərkəzləri də var. Tatabanyanın 1910-ci ildə yaranan FC Tatabanya adlı futbol komandası və Tatabanya Carbonex KC adlı həndbol komandası var.
Turistik yerləri
[redaktə | mənbəni redaktə et]- Toğrul heykəli;
- Szelim mağarası;
- Yaxınlıqda yerləşən dağların və kəndlərin də turistik əhəmiyyəti böyükdür; qonşuluqda yerləşən Tata əyalətində gözəl mənzərələri göl və orta əsrlərə aid mağara var.
Beynəlxalq əlaqələr
[redaktə | mənbəni redaktə et]Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]
|
Əməkdaşlıq etdiyi şəhərlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2024.
- ↑ "MAGYARORSZÁG HELYSÉGNÉVTÁRA, 2012". www.ksh.hu. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-29.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- tatabanya.hu — Rəsmi saytı
- Civertan.hu, Aerial photography: Tatabánya