Ayaz Əsgərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ayaz Əsgərov
bayraq
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
19 may 2016-cı ildən
ƏvvəlkiSevindik Hətəmov
bayraq
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
6 oktyabr 2011 – 19 may 2016
ƏvvəlkiRauf Hüseynov
SonrakıRəcəb Babaşov
Şəxsi məlumatlar
Doğum tarixi 1964
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Ayaz Əsgərov (1964, Tovuz rayonu) — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı.

Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir.

Ailəlidir, 3 övladı var. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1989–2006-cı illərdə müxtəlif vəzifələrdə işləmiş, 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.[2] Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

  1. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  2. "A. N. Əsgərovun Qazax rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-03.