Mirzə Həsən Şükuhi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mirzə Həsən Şükuhi | |
---|---|
Hacı Mirzə Həsən Mirzə Mehdi oğlu Şükuhi | |
Doğum tarixi | 1862 |
Doğum yeri | |
Vəfat tarixi | 1917 |
Vəfat yeri |
Hacı Mirzə Həsən Mirzə Mehdi oğlu Şükuhi (1862, Marağa, Şərqi Azərbaycan ostanı – 1917, Marağa, Şərqi Azərbaycan ostanı)—pedaqoq, şair, səyyah.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məşrutiyyət dövründə Azərbaycanın hər tərəfində olduğu kimi Marağa şəhərində də məktəblər açılmağa başladı. O cümlədən məşrutiyyətdən əvvəl demək olar ki, birinci məktəb "Cəlaliyyə" adı ilə mərhum Əbdüləhəd Tədəyyünün hümməti ilə açıldı. Bu nümunə də Təbrizdən götürülmüşdü. Orda mərhum Hacı Mirzə Həsən Rüşdiyyə birinci olaraq müasir formada "Rüşdiyə" adlı məktəb açmışdı. Tədəyyün də Marağada belə bir məktəb açdı. Sonra məşrutiyyətin ilk vaxtlarında (1905) – yüz iki il bundan əvvəl "Səidiyyə" fəaliyyətə başladı. Ikinci milli məktəb 1906-cı ildə mərhum Hacı Mirzə Həsən Şükuhinin səyi və himməti ilə "Şükuhi" adı ilə işə başladı. Nəhayət, zalım hakimin ardıcıl təzyiqi nəticəsində məktəb bağlanmış və Hacı Həsən həbs olunmuşdur. 1909-cu ildə həmin məktəb "Məktəbi-no" (təzə məktəb) adı ilə fəaliyyətə başlamış, bir az sonra həmin məktəb təkrar bağlanıb və 1918-ci ildə yeni ada – "Nəsirəddin Tusi" adı ilə fəaliyyət göstərmişdir. Marağada birinci olaraq dövlət məktəbi 1918-ci ildə "Təyəddün" adı ilə açılmışdır. Sonra həmin şəhərdə ilk Qızlar Gimnaziyası mərhum – Mirzə Həsən Şükuhinin cidd-cəhdi nəticəsində 1915-ci ildə açılmışdır. Ancaq məhdud düşüncəli insanların insanların təsiri isə valideynlər qızlarını bu məktəbə göndərməkdən imtina edirdilər. Lakin iki qızını həmin məktəbə yola salan birinci adam Mirzə Həsən özü oldu. Məktəb 1927-ci ildə dövlət statusu alaraq şəxsi idarəçilikdən hökümıt idarəsinə keçdi və ona "Bənnat" adı verildi.
Marağada təhsil sahəsində görülən digər təşəbbüs ilk oğlan orta məktəbinin açılmasıdır. Bu məsələ 1932-ci ildə Şükuhinin adı ilə bağlı olaraq baş tutdu. O dövr təhsil və mədəniyyət sahəsinin tanınmış nümayəndələrindən ancaq bir neçə ad çəkmək olar. Hacı Mirzə Həsən Şükuhi, Əbdüləhəd Tədəyyün, Hacı Mirzə Məhəmmədxan Fotuhulmülk və Məhəmmədəli Təbibi Xoyi.
Hacı Həsən Şükuhinin məşrutiyyət inqilabındakı mücahidlərindən və təhsil-mədəniyyət sahəsində gördüyü işlərdən səhifələrcə yazmaq olar. Lakin bunu qeyd etməklə kifayətlənək ki, Mirzə Həsən 1862-ci ildə anadan olmuş və 1917-ci ildə dünyasını dəyişmişdir. Bu qısa ömürdə o, daim cəhalət, savadsızlıq, zülm və haqsızlıq əleyhinə mübarizə aparmış, oğluna yazdığı son məktubunda "Zəhr oldu bu həyat, hanı şərbəti-əcəl"-deyərək həyata vida etmişdir.
Mirzə Marağada məşrutiyyət in liderlərindən olmuş, bu şəhərdə bir neçə qəzetin nəşrini və nümayəndəliyini idarə etmişdir. O cümlədən "Suri-İsrafil", "Rəhnüma", "Ettahad" və s. Mirzə Marağa hakimi Səməd xan Şücaəddövlə tərəfindən həbs olunub müxtəlif işgəncələrə məruz qalmış, bir çox vəsatətlərdən sonra nəqd cərimə vermiş və təkrar Səməd xanın qəzəbinə tuş gəlməmək üçün qışın soyuğunda şəhəri tərk edərək uzaqlara – Qafqaza, Aşqabada, Rusiyaya, İstanbula, Suriyaya, Livana, Fələstinə… daha haralar yol almış və nəhayət üstüdən ölüm hökmü götürüldükdən sonra Marağada olan mülklərini oğluna həvalə edərək özü Təbriz bazarında mağaza açıb yaşamışdır.
Bu azadxan insan haqqında məşhur yazıçı Əhməd Kəsrəvi özünün "Tarixi-məşruteyi-İran" kitabında haqlı olaraq yazır ki, Marağa şəhərinin azadlıq fədailərindən Hacı Həsən Şükuhi məşrutiyyət elm və azadlıq uğrunda nəinki mülklərini qurban vermiş, hətta canını da əsirgəməmiş – dəfələrlə zindana, işgəncəyə, sürgünə məruz qalmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.