Nils Bor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nils Bor
dan. Niels Bohr
Doğum adı Niels Henrik David Bohr
Doğum tarixi
Doğum yeri Kopenhagen,Danimarka Danimarka
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Kopenhagen,Danimarka Danimarka
Vəfat səbəbi ürək çatışmazlığı
Elm sahəsi Nəzəri fizika
İş yerləri Kembric Universiteti, Mançester Universiteti, Kopenhagen Universiteti, Nils Bor İnstitutu
Təhsili
Elmi rəhbərləri Cozef Con Tomson[6]
Tanınmış yetirmələri Lev Landau, Henrik Kramers, Oskar Kleyn, Ohe Bor, Con Uiler
Tanınır Müasir fizika banilərindən biri
Üzvlüyü
Mükafatları Nobel mükafatıFizika üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nils Henrik David Bor (7 oktyabr, 1885 – 18 noyabr 1962) – Danimarkalı fizik, müasir fizikanın banilərindən biri. Atomun ilk kvant nəzəriyyəsini hazırlamış, atomun quruluşu və kvant mexanikasının əsaslarının işlənilməsində iştirak etmişdir. Eyni zamanda atom nüvəsi nəzəriyyəsi və nüvə reaksiyaları məsələlərinə fundamental töhfələr vermişdir. O həmçinin Manhetten layihəsi üzərində işləmiş fiziklər qrupuna daxil idi. Oğlu Age Nils Bor da atası kimi XX əsrin böyük fiziklərindən biri olmuş və 1922-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Nils Bor Kopenhagen Universitetinin fiziologiya fakültəsi professoru Kristian Bor və nüfuzlu yəhudi əsilli bankir və parlamentarilər ailəsindən olan Ellen Adlerin ailəsində anadan olmuşdur. 1908-ci ildə Bor Kopenhagen universitetini bitirir. Burada o özünün maye axınlarının rəqsi hərəkəti və metalların klassik elektron nəzəriyyəsinə dair ilk elmi tədqiqatlarına başlayır. 1911–1912-ci illərdə Kembricdə C. C. Tomsonun və Mançestrdə E. Rezerfordun laboratoriyalarında çalışır. 1913-cü ildə Rezerfordun nəzəriyyələri əsasında özünün atomun quruluşu modelini irəli sürür. Bu modelda Bor orbitlər üzrə nüvə ətrafında hərəkət edən elektronlar təsvir edir. Eyni zamanda elementin kimyəvi xassələrinin nüvədən ən uzaqda yerləşən elektronların sayından asılı olduğunu göstərir. O həmçinin elektronun yüksək enerjili orbitlərdən aşağı orbitlərə düşməsi və bu zaman müəyyən (diskret) enerjili fotonların ayrılması ideyasını da irəli sürür. Bütün bunlar isə kvant nəzəriyysinin əsasları idi. 1914–16-cı illərdə Mançestrdə riyazi fizika kursunu oxuyur. 1916-cı ildə ona Kopenhagendə nəzəri fizika kafedrası həvalə olunur.

Nisl Bor Kopenhagen Nəzəri Fizika İnstitutunun yaradıcısı (1920) (hal-hazırda Nils Bor İnstitutu) və rəhbəri olmuş, dünya şöhrətli elm məktəbinin əsasını qoymuşdur.

1943–45-ci illərdə o ABŞ-də çalışmışdır. Əsası atomun planetar modeli, kvant təsəvvürlər və özü tərəfindən irəli sürülən postulatlarına əsaslanan atom nəzəriyyəsini hazırlayır, metal nəzəriyyəsi, atom nüvəsi və nüvə reaksiyaıları sahəsində fundamental işlər görür. Alim eyni zamanda atom bombası əleyhinə mübarizənin aktiv iştirakçısı və atomun quruluşunun öyrənilməsində göstərdiyi xidmətlərə görə 1922-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülür.

Nils Bor və Albert Eynşteyn Pol Ehrenfestin Leydendəki evində kvant nəzəriyyəsini müzakirə edərkən

1923-cü ildə Bor kvant fizikasının tətbiqiliyinin nə vaxt məhdudlaşdığı, nə vaxt isə klassik fizikanın yetərliliyini müəyyən edən oxşarlıq və ya uyğunluq prinsipini irəli sürür. Elə bu ildəcə özünün tərtib etdiyi atom modeli əsasında Mendeleyevin kimyəvi elementlərin dövrülülüyü sistemini izah edir. Bununla belə Borun nəzəriyyəsi öz əsasında daxili ziddiyətlər daşıyırdı. Baxmayaraq o özündə klassik anlayışları və kvant qanunlarınə mexaniki şəkildə birləşdirirdi, nəzəriyyə heç də qənaətbəxş sayılmır. Bundan əlavə yeni nəzəriyyə natamam idi, atom dünyasının rənarəng hadisələrini kəmiyyətcə izahında istifadə edilə bilməzdi. Bu məsələləri isə mikrohissəciklərin hərəkətni öyrənən kvant mexanikası nəzəriyyəsi həll edə bilərdi.

Kvant mexanikasının əsas prsinsipləri nəzəriyyənin formal uğurlarına baxmayaraq ilk illərdə bir çox cəhətdən qeyri-aydın olaraq qalırdı. Kvant mexanikasının fiziki əsaslarının, onun klassik fizika ilə əlaqəsini tam şəkildə anlaşılması üçün klassik (makroskopik) və kvant (mikrosopik – atom və subatom səviyyələrində) maddi obyektlərinin qarşılıqlı əlaqəsini, mikroobyektlətin xarakteristikalarının ölçülməsi prosesini və bütovlükdə nəzəriyyədə istifadə olunan anlayışların fiziki mahiyyətini dərk edilməsi üçün daha dərin analizlərə ehtiyac yaranmışdı. Bu cür analiz isə gərgin əmək tələb edirdi ki, bu işi də məhz Bor öz çiyinləri üzərinə götürür. Onun təsis etdiyi institut bü səpkili tətqiqatların mərzəkinə çevrilir. Borun əsas ideyası ondan ibarət idi ki, mikrohissəciklərin (məsələn elektronlar) klassik fizikadan götürülmüş dinamik xarakteristikaları (məsələn, onun koordinatları, impuls , enerji və s.) – heç də özü özlüyündə mikrohissıciyə xas ola bilməzdi. Elektronun bu və digər xarakteristikanın, məsələn impulsunun, mahiyyət və mənası elektronun bu xaraktersitikalrın özünü büruzə verdiyi klassik obyektlə qarşılıqlı münasibətdə meydana çıxa bilərdi. Bu cür klassik obyekt şərti olaraq ölçü aləti adlanır. Bu ideya nəinki yalnız fiziki, həm də fəlsəfi əhəmiyyət daşıyır. Belə ki, nəticədə mikrodünyada baş verən bütün məlum proseslərin qeyri-relyavistik oblastlarda (yəni hissəciklərin sürətinin işıq sürəti ilə müqayisədə kiçik qiymətlərində) daxili ziddiyət olmadan izah edə bilən və ən son həddə obyekt makroskopik cismə keçdikdə avtomatik olaraq klassik fizika qanunlarına aparan ümumi bir nəzəriyyə işlənilir. Bütün bunlardan sonra relyavistik nəzəriyyənin də əsasları hazırlanır.

Nils Bor tamamalılıq (complementarity) prinsipinin də müəliffidir. Albert Eynşteyn özü Borun təklif etdiyi yeni fizikadan (özünün də Maks Plankla birgə töhfələr verdiyinə baxmayaraq) daha çox klassik fizikanın determinizmliyini üstün tutur və bu barədə Borla mübahisə etməyi sevirdi. Borun ən nüfuzlu tələbələrindən biri də alman atom bombası layihəsi rəhbəri, elecə də kvant mexanikasının aparıcı simalarında biri Verner Heyzenberq olmuşdur.

1936-cı ildə Bor nüvə fizikasında nüvə reaksiyaıarının baş vermsəsi xaraketinı izah edən nüvə modelini təklif edir. 1939-cu ildə isə C. A. Ulerlə birgə böyük miqdarda nüvə enerjisinin ayrılması ilə müşahidı olunan nüvənin parçalanma nəzəriyyəsini işləyir. 1940–50-ci illərdə Bor elementar hissəciklərin mühitlə qarşılıqlı əlaqəsı məsələləri ilı məşğul olur.

Bor böyük fiziklər məktəbi yaradır və bütün dünya fizikləri arasında əməkdaşlığın inkişafına misilsiz töhfələr verir. Bor institutu dünyanın ən mühüm elmi mərkəzlərindən birinə çevrilir. Bu məkətb özündə dünyanın hər bir güşəsindən olan fizik-alimləri birləşdirirdi. Dahi fizikimiz Landau da Bor insitutunda çalışmış və Boru özünün yeganə müəllimi hesab etmişdir.

Nils Bor Danimarka Kral Elmi Cəmiyytinin, eləcə də dünyanın əksər nüfuzlu akademiya və elmi cəmiyyətlərinin üzvi olmuş, 1922-ci ildə isə Nobel mükafatına layiq görülümüşdür.

Dahi fizik 1962-ci ilin 18 noyabrında ürəktutmasından vəfat etmidşri.

  • "Əgər kvant mexanikası səni dərindən sarsıtmamışsa, deməli sən onu hələ başa düşməmisən"
  • "Ölçülməyənə qədər heç nə mövcud deyil"
  • "Bayağılıq əksi yanlışlıq olan ifadədir. Böyük həqiqət isə əksi digər böyük həqiqət ola biləcək ifadədir".
  • "Sənin nəzəriyyən ağlasığmazdır, amma doğru olacaq dərəcədə yox."
  • "Nə xoşbəxtdik ki, paradoksla üzləşdik. Bax indi uğura ümid edə bilərik"
  • "Eynşteyn bəsdir Alllah nə etməyini diktə etdin." Bəzən isə "zəriylə nə etməyini".