Tayron Pover

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tayron Pover
ing. Tyrone Power
Doğum adı Tyrone Edmund Power
Doğum tarixi 5 may 1914(1914-05-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 noyabr 1958(1958-11-15)[1][2][…] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Hollivud-Farever qəbiristanlığı[d]
Vətəndaşlığı
Uşaqları
Fəaliyyəti aktyor, zabit, polo oyunçusu, kino aktyoru
Fəaliyyət illəri 1932–1958
IMDb ID0000061
tyrone-power.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tayron Pauer (5 may 1914[1][2][…], Sinsinnati, Ohayo[3]15 noyabr 1958[1][2][…], Madrid[3]) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir. Süleyman və Şeva filminin İspaniyadakı çəkilişləri zamanı ölmüşdür. Vaxtını film çəkilişlərindən başqa teatra həsr edən Power, Saint Joan (Müqəddəs Joan) (1936; Yeniyetmə Jeanne) Roberts (1950), The Devil's Disciple (Şeytanın şagirdi) (1950), John Brown's Body (Con Braunun cəsədi) (1952), The Dark Is Light Enough (Qaranlıq kifayət qədər işıqlıdır) və Back to Methuselah (Methuselaha qayıdış) kimi tamaşalarda uğurlu olmuşdur. Üç dəfə evlənən Power, Linda Christian ilə olan evliliyindən iki övladı oldu. Qızlarından biri olan Romina Power bir müddət aktyor kimi fəaliyyət göstərdikdən sonra müğənni kimi məşhurlaşdı.

  • Lloyd's of London (Londondan Lloydlar) (1936)
  • Thin Ice (İncə buz) (1937)
  • Second Honeymoon (İkinci bal ayı) (1937)
  • Café Metropole (Metropole kafesi) (1937)
  • In Old Chicago (Köhnə Çikaqoda) (1938)
  • Alexander's Ragtime Band (Aleksandrın caz qrupu) (1938)
  • Jesse James (Sevimli quldur) (1939)
  • The Rains Came (1939; Hind yuxusu/Yağışlar gəlincə)
  • Johnny Apollo (1940)
  • Brigham Young (1940)
  • A Yank in the RAF (1941; Qəhrəmanlar filosu)
  • Blood and Sand (1941; Qanlı Meydan)
  • The Razor's Edge (1946; Şeytanın qurbanları)
  • Nightmare Alley (1947; Kabus xiyabanı)
  • Prince of Foxes (1949; Tülkülər şahzadəsi; Nəhənglərin döyüşü)
  • The Black Rose (1950; Göy bayraq; Qara qızılgül,)
  • The Eddy Duchin Story (1956; Yarımçıq həyat; Eddy Duchin hekayəsi)
  • The Sun Also Rises (1957; Günəş də çıxır)
  • Witness for the Prosecution (1957; Gözlənilməz şahid)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Tyrone Power, Jr. // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #122866134 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.