Bu istifadəçi redaktə sayına görə ən çox redaktə etmiş 100 istifadəçi arasındadır.
Arxiv mesajlar qutusu
Mükafatlarım
Bu istifadəçi Azərbaycanca Vikipediyada inzibatçıdır.

İstifadəçi müzakirəsi:Gadir

Vikipediya, azad ensiklopediya
(İstifadəçi müzakirəsi:Dancewithdevil səhifəsindən yönləndirilmişdir)
Ən son rəy:4 gün öncə, Gadir tərəfindən "Turan Dursun" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


İnzibatçı müdaxiləsinə ehtiyac olan durumlarda Vikipediya:İnzibatçılara müraciət səhifəsinə müraciət edə bilərsiniz.
Xüsusilə təcili inzibatçı müdaxiləsinə ehtiyac yaranan hallarda bu səhifədən ⮭ istifadə edə bilərsiniz.


ㅤMesaj yazㅤ E-poçt göndər


Where Is My Mind?

[mənbəni redaktə et]

hörmətli həmkar zəhmət olmasa Azərbaycan dilində də istiqamətlindərmə əlavə edin -- ☞QRAF☜   (✉ → ♕) 13:08, 6 oktyabr 2024 (UTC)Cavabla

Salam. Buna ehtiyac yoxdur axı. Nəyə görə tərcümə verilməlidir? Mahnı və albomları orijinal adı ilə tanıyır və qeyd edir hamı. Hörmətlə, Qədir (müzakirə) 13:10, 6 oktyabr 2024 (UTC)Cavabla
son günlərdi türkiyədə baş verən hadisələrə görə cox axtarış ediləcəyini düşünürəm ona görə Azərbaycan dilində istiqamətləndirmə olunsa axtarışda rahat tapmaq olacaq - ☞QRAF☜   (✉ → ♕) 13:15, 6 oktyabr 2024 (UTC)Cavabla
Mən başa düşmədim, bu məqalə "Pixies"in mahnısına aiddir, yoxsa onun türkcə versiyasına? Məqalə bir qırağa, heç trvikidə yönləndirmə yoxdur, məzmunda da bəhs edilməyib. Yönləndirmə üçün alt başlıq açıb orada türkcə versiyasını işləyib yönləndirmə elə vermək olar ancaq. Hörmətlə, Qədir (müzakirə) 13:24, 6 oktyabr 2024 (UTC)Cavabla
bu cinayəti etiraf edən şəxs etiraf edərkən arxa fonda bu mahnı səslənir ona görə düşündüm ki ola bilsin axtarış cox olsun - ☞QRAF☜   (✉ → ♕) 13:27, 6 oktyabr 2024 (UTC)Cavabla
Yəni? Belə hər mahnıya keçid verilməlidir onda? Hörmətlə, Qədir (müzakirə) 13:38, 6 oktyabr 2024 (UTC)Cavabla
Son günlər aktual bir hadisənin bir parçası olduğu üçün düşündüm - ☞QRAF☜   (✉ → ♕) 13:46, 6 oktyabr 2024 (UTC)Cavabla
Niyə özü də türkcə yox, məhz azərbaycanca? Bəyəm bu qeyd etdiyiniz mahnı azərbaycanca ifa edilib ki? Hörmətlə, Qədir (müzakirə) 13:47, 6 oktyabr 2024 (UTC)Cavabla

Ana səhifə başlığı

[mənbəni redaktə et]

Salam. Ana səhifənin yuxarı hissəsindəki giriş hissəni yenilədiyiniz üçün təşəkkür edirəm. Amma bunu konsensus nəticəsində etmək daha doğru olardı. Bu cür böyük vizual dəyişiklik üçün icma qərarı vacibdir. Buna görə də hələlik əvvəlki versiyaya qaytararaq müzakirə aça bilərsiniz? Təşəkkürlər Toghrul R (m) 06:09, 7 oktyabr 2024 (UTC)Cavabla

Salam, @Toghrul R. Hər vaxtınız xeyir, çox sağ olun. Bu barədə kənd meydanında müzakirə açılıb, müvafiq dəyişikliyi ona istinad etmişəm. Hörmətlə, Qədir (müzakirə) 11:04, 7 oktyabr 2024 (UTC)Cavabla

Results from the survey about the tools on Wikimedia projects by the CEE Hub

[mənbəni redaktə et]

Hi everyone,

During August 2024, we sent you a survey about the tools, so now we would like to bring to your attention the conclusions and results from the survey, which you can explore on this Meta page.

I hope you will enjoy exploring the mentioned tools on the page, along with other conclusions from the survey. Thanks for your time, and we will continue working on this important topic. --MediaWiki message delivery (müzakirə) 12:09, 7 oktyabr 2024 (UTC)Cavabla

Azərbaycanın inzibati bölgüsü

[mənbəni redaktə et]

Salam @Gadir bəy Azərbaycanın inzibati bölgüsü məqaləsində mən redatələr edərək Quba rayonunu Azərbaycanın ən böyük rayonu edirəm istinadlarıda əlavə etmişəm ən kiçik rayonu isə Tərtər rayonudur istinadlarıda əlavə etmişəm Tagikerim adlı istifadəçi heç bir şeyə məhəl qoymayaraq ayrı-ayrı IP hesablarla məqalənin əvvəlki vəziyyətinə gətirməklə məşğuldu. Mən Tagikerim adlı istifadəçinin müzakirə səhifəsində ətraflı məlumatlar vermişəm xeyri yoxdur. Yenə də IP hesablarnan məqaləni əvvəl ki, vəziyyətinə gətirir. Bərkə siz ona xəbardarlıq edəsiz bu barədə. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 16:08, 9 oktyabr 2024 (UTC)Cavabla

Həqiqətən Sədərək rayonu Tərtərdən kiçik deyil? Hörmətlə, Qədir (müzakirə) 12:30, 10 oktyabr 2024 (UTC)Cavabla
Bəli @Gadir bəy hal-hazırda belədir.Tərtər rayonunun ərazisi 109 kvadrat kilometrdir. Çünki, Ağdərə rayonu yaradıldığı üçün Tərtər rayonun ərazisi kiçildilərək ən kiçik rayon statusu aldı. Sədərəkin hal hazırda isə ərazisi isə 220 kvadrat kilometrdir. Buda ən kiçik rayon Tərtər rayonu olur. https://globalinfo.az/terter-azerbaycanda-en-kicik-rayon-olacaq-sebeb/ Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 16:13, 10 oktyabr 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996, salam. Ağdərə rayonunun yenidən salınması barədə məlumatım var. Böyük ehtimalla qeyd etdikləriniz doğrudur, sadəcə rəsmi və etibarlı mənbələrə əsaslanmağınızı xahiş edirəm. İstinad kimi göstərdiyiniz sayt etibarlı deyil. Sədərəkin ərazisi isə 160 km² qeyd olunub məqalədə. Hörmətlə, Qədir (müzakirə) 13:39, 11 oktyabr 2024 (UTC)Cavabla
Salam @Gadir bəy Sədərəkin 160 km² qeyd olunmasının məlumatı 2016-cı ilə məxsusdur. Sonradan https://president.az/az/articles/view/50880/print Dəmirçi kəndi. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirildi və 220 km² oldu. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 16:42, 11 oktyabr 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996, aydındır, minnətdaram. Zəhmət olmasa, etibarlı mənbələr mövzusunda daha diqqətli olaq. Sizin yuxarıda qeyd etdiyiniz mənbəni hər iki məqalədən də çıxartdım, lütfən, onları və bundan sonra əlavə edəcəyiniz məlumatları etibarlı mənbələrlə əsaslandırmağı unutmayın. Uğurlar. Hörmətlə, Qədir (müzakirə) 09:38, 12 oktyabr 2024 (UTC)Cavabla
Məndə sizə minnətdaram. @Gadir bəy etibarlı mənbələri hansı saytlardan əldə etmək olur? Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 15:16, 12 oktyabr 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996, ətraflı buradan oxuya bilərsiniz: Vikipediya:Etibarlı mənbələr. Hörmətlə, Qədir (müzakirə) 21:07, 12 oktyabr 2024 (UTC)Cavabla
Təşəkkürlər @Gadir bəy. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 04:30, 13 oktyabr 2024 (UTC)Cavabla
✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 03:02, 23 oktyabr 2024 (UTC)Cavabla
[mənbəni redaktə et]

@Gadir, səbəbini yazmışam: "Azərbaycanlı" isimdir, yanlış olaraq "Azərbaycan" sifəti ilə əvəzlənib. Kobud səhvdir. Həm də ədəbiyyatmızıda belə işlədilməyib. Burada da ədəbiyyatımızda necə istifadə olunduğu nümunələri Yousiphh (müzakirə) 18:10, 17 oktyabr 2024 (UTC)Cavabla

Salam. Doğru qeyd edirsiniz, "Azərbaycan" "azərbaycanlı"ya sinonim kimi işlədilir, amma nəzərə almaq lazımdır ki, bu, başlıq yox, yönləndirmədir. Vebdə də axtarış etsəniz, bu yöndə nəticələrlə qarşılaşacaqsınız. Yönləndirmə funksiyası əsasən təkrar məqalə yaratmanın qarşısını alır və səhvlər də əsas ada istiqamətləndirilir ki, məlumat daha əlçatan olsun. Yəni belə istiqamətləndirmələrin qalması problem deyil, əksinə, faydalıdır. Hörmətlə, Qədir (müzakirə) 20:21, 17 oktyabr 2024 (UTC)Cavabla
✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 03:02, 23 oktyabr 2024 (UTC)Cavabla

Vandalizm

[mənbəni redaktə et]

Salam @Gadir istifadəçi:37.61.125.22 zəhmət olmasa nəzər yetirin -- QRAF☠   (✉ → ♕) 19:34, 22 oktyabr 2024 (UTC)Cavabla

Salam. ✅Y Nemoralis həll edib. Hörmətlə, Qədir (müzakirə) 19:55, 22 oktyabr 2024 (UTC)Cavabla
✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 03:02, 23 oktyabr 2024 (UTC)Cavabla

Mirağa Qafarovun əhli-beytə qarşı vandalizmi

[mənbəni redaktə et]

Mirağa Qafarov əhli-beytə qarşı vandalizm edir. Zəhmət olmazsa, bu istifadəçini blok edin. 5.44.35.229 02:49, 23 oktyabr 2024 (UTC)Cavabla

✅Y Həll edildi. Bildirdiyiniz üçün təşəkkürlər. Hörmətlə, Qədir (müzakirə) 03:01, 23 oktyabr 2024 (UTC)Cavabla
zəhmət olmasa, Mirağa Qafarovun Əhli-beyt səhifəsindən sildiyi məlumatları əlavə edərdiniz. 5.44.35.229 03:09, 23 oktyabr 2024 (UTC)Cavabla
İstifadəçinin bəzi yararlı redaktələri də olub. Mümkündürsə, özünüz fəaliyyətinə və redaktələrinə nəzər yetirib uyğun olmayan müvafiq düzəlişləri redaktə edəsiniz. Hörmətlə, Qədir (müzakirə) 03:29, 23 oktyabr 2024 (UTC)Cavabla
✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 05:41, 23 oktyabr 2024 (UTC)Cavabla

Mühafizə

[mənbəni redaktə et]

Salam. Bu cür səhifələrdəki mühafizələrin səbəbi nədir? Bu səhifələrdə heç bir vandalizm olmadığı hallarda səhifələri mühafizəyə alırsan. Bu isə düzgün deyil.--Şiroi Akuma 12:38, 24 oktyabr 2024 (UTC)Cavabla

Salam. Səhifə onsuz da mühafizədə idi, mən sadəcə müddətə düzəliş etmişəm. Hörmətlə, Qədir (müzakirə) 13:10, 24 oktyabr 2024 (UTC)Cavabla
Bu səhifədə ilin ilk yarısında IP-lər tərəfindən müəyyən doğru olmayan dəyişikliklər olduğu üçün bu mühafizəni bəlkə məqbul hesab etmək olar. Amma buradakı mühafizənin səbəbi nədir bəs? Bir vandalizmə görə səhifə mühafizə olunmur. Ümumiyyətlə, bir çox səhifə var ki, heç bir vandalizm olmadığı halda onlara mühafizə tətbiq etmisən, bu isə düzgün deyil. Vikipediya sehrli kürə deyil. Şiroi Akuma 13:23, 24 oktyabr 2024 (UTC)Cavabla
O qeyd etdiyində haqlısan, amma açıq görünür ki, hər dəfə filan tarix gələndə müəyyən məqalələr vandalizmə uğrayır, okey, uğradıqdan sonra tətbiq edərik, amma açıq aşkar olan şeydir ki, olacaq. Digər qeyd etdiyin səhifələr isə əsasən şablonlardır, onları da həm vandalizm və spamdan, həm də kritik olduqları üçün mühafizə edirəm. Bu da Vikipediya təcrübəsində görünməmiş şey deyil. Hörmətlə, Qədir (müzakirə) 13:32, 24 oktyabr 2024 (UTC)Cavabla
Statuslu məqaələlər və əlamətdar günlər müddətsiz mühafizəyə alınmalıdır məncə əvvəlcədən. --► Hörmətlə: SolaVirum 13:34, 24 oktyabr 2024 (UTC)Cavabla
Konsensus lazımdır. Mən mübahisəli məsələləri, məsələn, Mübariz İbrahim kimi (məqaləsinə hər dəfə öldürdüyü erməni sayı ilə bağlı mənbəsiz dəyişikliklər olunur) mövzuları ən azı avtotəsdiqlənmiş istifadəçilərin redaktə edəcəyi şəkildə mühafizənin tərəfdarıyam. Bu kimi tez-tez mənbəsiz dəyişikliklərə və vandalizmə uğrayan səhifələri mühafizəyə almaq olar. Hər statuslu məqalə zərər görmür. Xüsusi günlər də, əslində, elə şəxslər kimidir, bir şəxs ölür ya da ona nəsə olur, gəlib o dəqiqə pozucu redaktə ya da vandalizm edirlər, bu da elə. Amma White Demon düz deyir, başqa vaxtlar da çox yararsız redaktəyə məruz qalırsa, o səhifə mühafizə oluna bilər, amma vandalizm olacağı təhlükəsi ilə o qədər də doğru deyil mühafizə etmək. Hörmətlə, Qədir (müzakirə) 13:39, 24 oktyabr 2024 (UTC)Cavabla
✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 13:07, 26 oktyabr 2024 (UTC)Cavabla

Nihad Qulamzadə

[mənbəni redaktə et]

Salam Nihad Qulamzadə səhifəsini nə üçün və hansı əsasla silmisiniz? Zəhmət olmasa açıqlama verin. Teatr rejissoru, ƏSA teatrının rəhbəri Nihad Qulamzadənin səhifəsi heç bir müzakirə və xəbərdarlıq olmadan birbaşa silinib. Hansı şərtlərə cavab vermir bu şəxs? Artsmaker (müzakirə) 19:33, 25 oktyabr 2024 (UTC)Cavabla

Salam. Məqalə müzakirə ilə silinib və bu zaman bərpası sadəcə yenidən müzakirə ilə mümkün ola bilər. Hörmətlə, Qədir (müzakirə) 19:34, 25 oktyabr 2024 (UTC)Cavabla
Yeni müzakirə olmayıb. 2020-ci ildəki müzakirə əsasında silinib. Şəxsin o zamanda indi də ensiklopediklik şərtlərinə uyğun olduğunu düşünürəm. Artsmaker (müzakirə) 19:39, 25 oktyabr 2024 (UTC)Cavabla
Əlaqəsi yoxdur. Ensiklopedik olduğunu düşünürsünüzsə bərpası üçün əsaslı arqumentlərlə müzakirəyə təqdim etməlisiniz. Ensiklopedikliyini sübut edəcəyinizdən əmin isəniz zatən bərpa olunacaq. Hörmətlə, Qədir (müzakirə) 19:41, 25 oktyabr 2024 (UTC)Cavabla
Müzakirəyə təqdim etmişəm. Məqaləni diqqətlə oxuyanda onsuzda ensiklopedik olduğu aydın olur. Hörmətlə, Artsmaker (müzakirə) 19:42, 25 oktyabr 2024 (UTC)Cavabla
Bu başlıqdakı mövzu həll olunmayıb. Artsmaker (müzakirə) 16:37, 28 oktyabr 2024 (UTC)Cavabla
Məqalənin bərpasına mən qərar vermirəm. Hörmətlə, Qədir (müzakirə) 07:49, 29 oktyabr 2024 (UTC)Cavabla
✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 07:49, 29 oktyabr 2024 (UTC)Cavabla

Xəbərdarlıq

[mənbəni redaktə et]

Sizə dəfələrlə özbaşınıza etdiyiniz redaktələrlə bağlı xəbərdarlıq olunub. Əsaslandırmadan və müzakirəsiz geri qaytarmağı dayandırın. Növbəti xəbərdarlıq olmayacaq. Nemoralis (müzakirə) 04:21, 28 oktyabr 2024 (UTC)Cavabla

Salam. Xəbərdarlığınız üçün təşəkkür. Əvvəla özbaşına fəaliyyət deməzdim buna, mənim fərdi təşəbbüslərim olub. Necə ki, sən də interfeysi yeniləyirsən, səhifələr yaradırsan. Maraqlıdır ki, məndən konsensus istəyirsən, amma özün burada tam əksini edirsən. O şablon müzakirə səhifələrində məqalənin statusu barədə məlumat vermək məqsədi daşıyır, ingiliscədən tut digər dillərdə məqalələrin müzakirə səhifəsinə əlavə olunub, gir yoxla. Mövcud olan bir şeyi konsensussuz silirsən, mən isə redaktəni geri qaytarıb əsas şablona birləşdirməni təklif etmişəm, ya da müzakirə aça bilərsən. Ana səhifəyə digər səhifənin əlavə olunması ilə bağlı nüansa cavab vermədin, çünki portalların ləğv olunub Ana səhifənin başlığının dəyişdirilməsi ilə bağlı konsensus əldə olunub elə? O düymə yeni gələnləri suallarını verməsi və kömək üçün həmin səhifəyə yönləndirəcək, sən isə silirsən. Hörmətlə, Qədir (müzakirə) 04:39, 28 oktyabr 2024 (UTC)Cavabla

Şirvanşah I İbrahim

[mənbəni redaktə et]

I İbrahimin doğum tarixi 1382-ci il olaraq qeyd edilib. Lakin bu onun hakimiyyətdə olduğu tarixin başlanğıcıdır. Şirvanşahın doğum tarixi dəqiq bilinmir. Ona görə də doğum tarixi hissəsində "1382"-nin "bilinmir" ilə dəyişdirilməsini təklif edirəm. Düşünürəm ki, bu yalnış yazılmasından daha yaxşıdır. Anar 657 (müzakirə) 17:45, 31 oktyabr 2024 (UTC)Cavabla

@Turkmen, lütfən diqqət yetirərdiz. Hörmətlə, Qədir (müzakirə) 18:09, 1 noyabr 2024 (UTC)Cavabla
@Gadir, salam, bəli doğum tarixi yanlış qeyd edilib. Etibarlı mənbədə məlumat tapılana qədər naməlum yazısı ilə dəyişdirilə bilər. Turkmen müzakirə 18:31, 1 noyabr 2024 (UTC)Cavabla
@Anar 657, @Turkmen, salam. Həll etdim, taxta çıxdığı tarixi həm də təvəllüdü kimi qeyd etmişdilər. Hörmətlə, Qədir (müzakirə) 01:41, 2 noyabr 2024 (UTC)Cavabla
Təşəkkürlər. Anar 657 (müzakirə) 05:15, 2 noyabr 2024 (UTC)Cavabla
✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 12:51, 5 noyabr 2024 (UTC)Cavabla

Sizin üçün bir fincan kofe!

[mənbəni redaktə et]
Salam Adaş soyuq havada bir fincan isti kofe ilə redaktə bir brini tamamlayar. Uğur arzu edirəm. -- QRAF☠   (✉ → ♕) 17:09, 1 noyabr 2024 (UTC)Cavabla
Salam, təşəkkür edirəm. :-) Hörmətlə, Qədir (müzakirə) 17:57, 1 noyabr 2024 (UTC)Cavabla

Turan Dursun

[mənbəni redaktə et]

Salam! https://az.wikipedia.org/w/index.php?title=Turan_Dursun bu maddeyi silmişsiniz çeviri bozuk olduğu için sanırım. lütfen iki üç cümle bile olsa çevirip koyabilir misiniz lütfen? sağolun. modern_primat (müzakirə) 11:39, 4 noyabr 2024 (UTC)Cavabla

Salam, bəli. Təəssüf ki, hazırda marağımda olan mövzu deyil, işləmək niyyətiniz varsa, qaralamada bərpa edə bilərəm. Və ya təkrar yarada da bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 12:47, 5 noyabr 2024 (UTC)Cavabla
✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 12:51, 5 noyabr 2024 (UTC)Cavabla