Ələvilik

Vikipediya, azad ensiklopediya
(Ələvi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Ələvilikislamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyəbəktaşiliyə yaxındır.

İyerarxiya nərdivanı

[redaktə | mənbəni redaktə et]
  1. Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı.
  2. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi.
  3. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər.
  4. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi.
  5. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş. Xüsusi gizli mərasimləri olardı. Tək məbəddə yaşayar, bığlarını, saç və saqqallarını qırxar, fərqləndirici nişan olaraq sağ qulaqlarında mis ya gümüş sırğa olardı (qələndərilər kimi).
  6. Xəlifə – Çələbinin müavini. Regional təkyənin rəhbəri olardı. Ataların içərisindən seçilər və Dədə-baba tərəfindən imzalanan xüsusi icazənamə al/götürərdi. Bu icazənaməyə hakimiyyət simvolu kimi lampa, ələm, süfrə və s. əlavə olunardı.

Bəktaşilik Osmanlı mədəniyyətində

[redaktə | mənbəni redaktə et]

Bəktaşilik Osmanlı mədəniyyətində mühüm rol oynayıb. Qədim türklərdə qam-ozanların oxuduğu nəğmələrə bənzəyən bəktaşi nəfəsləri orta əsrlərdə əhali içərisində geniş yayılmışdı. Şəriətdə düz sayılmasa da, bəktaşilikdə rəsm sənətinin də işləkliyinin və inkişaf etdirildiyinin şahidi oluruq. Bəktaşi rəssamlar tərəfindən on iki imam, həzrət Əli, əhli-beyt, Hacı Vəli Bəktaşinin təsvirləri yaradılardı. Hürufiliyin təsiri ilə hərflərdən ibarət şəkillər çəkilməsi də yayılmışdı.

On səkkizinci əsrdən etibarən yeniçəri qazarmalarında tez-tez aclıq aksiyaları və qiyamlar olardı. Bunun nəticəsi olaraq yeniçəri dəstələrini ləğv etmək fikiri yetişməyə başladı. 1826-cı ildə yeniçəri ordusu məğlub ediləndən sonra ləğv edildi. Kırşehirdə Hacı Bəktaşın dəfn olunduğu məbəd isə bəktaşilərdən alınıb nəqşbəndilərə verildi. Bundan sonra bəktaşilər gizli fəaliyyət göstərməyə məcbur oldular. Ayrı-ayrı dönəmlərdə təşkilat zəifləyəndə bəktaşilər istehza predmetinə çevrilərdi. «Bəktaşi» sözü yolunu azmış və əhlikef mənasına yaxınlaşmışdı. Onlar haqqında lətifələr gəzər və bunların bir çoxunda bəktaşilər allahsız kimi hədəfə tutulardı: «Bir bəktaşi gəmi ilə gedirmiş. Birdən tufan qopur və gəmini atıb-tutmağa başlayır. Bəktaşi bərk qorxur. Ona deyirlər: «Qorxma, Allah rəhmlidir». Bəktaşi dəyər: «Elə mən də ondan qorxuram ki, Allahın ac balıqlara yazığı gələ və bizi onlara yem edə». Və ya: «Bir bəktaşi yol ilə gedən bir ağa görər. Ağanın ardınca yaxşı geyinmiş möhkəm nökərləri gedirmiş. Bəktaşi üzünü göyə tutub dəyər: «Ya Allah, bu ağaya bax, Sən də qullarını belə saxla».

İyirminci əsrdə

[redaktə | mənbəni redaktə et]

Birinci dünya müharibəsi zamanı Türkiyənin başı üzərini təhlükə sahədə bəktaşi Vəliəddin Çələbi yeddi minlik bəktaşi qoşunu yığıb əlindən gələni elədi. Mustafa Kamal Atatürk ilk zamanlar ruhani təşkilatlara dözümlülük göstərdiyindən, Vəliəddin hətta Millət Məclisinə deputat da seçilə bilmişdi. Onun ölümündən sonra təşkilata rəhbərlik qardaşı Cəmaləddinə keçdi. Cəmaləddin Çələbi vətənə və recimə sədaqətlə xidmət etməyə söz versə də, bəktaşiliyin taleyi artıq həll edilmişdi. 1925-ci ildə təkyələr yenidən bağlandı. 1928-ci ildə isə dinin dövlətdən ayrılması haqda fərmandan sonra fəaliyyətləri tamamilə söykəndirildi. Bundan sonra bəktaşilərin bir qismi Albaniyaya köçdü.

Ələvilikdə əhəmiyyətli şəxsiyyətlər

[redaktə | mənbəni redaktə et]

www.alevikonseyi.com Arxivləşdirilib 2017-06-02 at the Wayback Machine