Anadolu plitəsi
Anadolu plitəsi — kontinental plitə olaraq demək olar ki, tamamilə Türkiyə ərazisində yerləşir. Sahəsi 0,01418 steradiandır. Adətən Avrasiya plitəsinin bir hissəsi hesab olunur.
Şərq kənarı sol tərəfdən Ərəbistan plitəsi ilə Şərqi Anadolu fay xəttində həmsərhəddir.
Cənubda və cənub-qərbdə Afrika plitəsi ilə konvergent sərhədi var ki, bu da okean qabığının Aralıq dənizi altında, eləcə də Anadolunun kontinental qabığı daxilində sıxılma xüsusiyyətlərində, eləcə də sahil boyu subduksiya zonalarında özünü göstərir.
Qərb kənarı Egey dənizi plitəsi ilə divergent sərhədə malikdir.
Şimal kənarı Avrasiya plitəsi ilə sərhəd boyunca, 500 mil uzunluğunda Şimali Anadolu qırılma zonasını təşkil edir. Onun qərb ucunda Egey dənizinin ortasından keçən vulkanik sualtı Şimali Egey qırılma xətti var. Qırılma zonası daha sonra Yunanıstan ərazisindən keçməklə İoniya və Adriatik dənizlərinin altına doğru uzanır. Bu iri qırılmalar boyunca aktiv qarşılıqlı təsir və hərəkət nəticəsində bu bölgədə hər il müxtəlif maqnitudalarda yüzlərlə zəlzələ qeydə alınır.
Anadolu plitəsi şimaldan Avrasiya plitəsi, cənubdan Afrika plitəsi və Ərəbistan plitəsi ilə sıxıldığı üçün qərbə doğru (2-2,5 sm/il) hərəkət edir.