Antonio Kanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Antonio Kanova
it. Antonio Canova
Doğum tarixi 1 noyabr 1757(1757-11-01)[1][2][…]
Vəfat tarixi 13 oktyabr 1822(1822-10-13)[1][2][…] (64 yaşında)
Vəfat yeri
Fəaliyyəti heykəltaraş, memar, rəssam, boyakar[d]
Janrlar [4][5], heykəltaraşlıq, mifologiya rəssamlığı[d][5], portret[5], dini incəsənət[d][5], Animalistika[5]
Stil neoklassisizm[6][4]
Üzvlüyü
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d]
Mükafatları Qızıl mahmız ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antonia Kanova (it. Antonio Canova; 1 noyabr 1757[1][2][…]13 oktyabr 1822[1][2][…], Venesiya[1][3][…]) — incəliklə işlədiyi çılpaq bədənlər təsvir olunan mərmər heykəlləri ilə məşhur olan italyan heykəltaraşı. Neoklassisizm tərzində hazırladığı əsərlər barokko heykəlinin teatr artıqlığından sonra klassik zərifliyə qayıdışı göstərir. Riçard VestmakottCon Qibson Kanovanın ingilis şagirləri arasındadır.

Asolo yaxınlığında yerləşən Possaqnoda yerləşən "Museo Canoviano".

Antonio Kanova Venesiya Respublikasında Alp dağlarının ətəyində Asolo yüksəkliklərində yerləşən Possaqno qəsəbəsində anadan olmuşdur. Üç yaşında olarkən hər iki valideynindən ayrı düşüb, atası vəfat edib, anası isə başqası ilə ailə həyatı qurub. Ona babası və nənəsi baxıb. Atası və babası bənna idi, bu iş ailələrində illərdir davam edirdi. Kanovanın əli qələm tutan kimi babası ona rəsmxətin prinsiplərini öyrətməyə başladı. Babası həm rəsmxət, həm də memarlıq sahəsində biliyə malik idi, dekorasiya və layihələşdirmə işlərindən zövq alırdı. Babası Kanovanı ailə sənətini davam etdirə biləcək böyük sənətkar kimi görürdü.

Kanova gəncliyini işləyərək keçirdi. Onun beynində heykəltaraşlıq idi, babasının emalatxanasında bu işi görə bilmək üçün ləvazimatlar toplamışdı. Hələ doqquz yaşında Karrona mərmərindən iki kiçik türbə hazırlamışdı, həmin işlər indiyə kimi durur. Bu dövrdən bir qədər sonra babasının nəzarətində işləməyə başladı. Babasının himayədarları arasında venesiyalı Falier ailəsi var idi, bu vasitə ilə Kanova gələcəkdə onun ən böyük himayədarı olacaq Senator Falier ilə tanış ola bilmişdi.

Kanovanın senatorun kiçik oğlu Cüzeppe Falier ilə uzun müddətli dostluğu başladı. Senator Falier onu öz mühafizəsi altına almağı qərara aldı. Kanovanın yağdan aslan fiquru hazırlanması italyan yazıçı və bir neçə bioqraflar tərəfindən dəfələrlə təkrar edildiyinə görə Falier onunla maraqlanmağa başlayıb. Bu əhvalatın doğru olub-olmadığı bilinmir. Himayədarı tərəfindən Kanova nüfuzlu heykəltaraş olan və daha çox Cüzeppe Torretto adı ilə tanınan Bernardinin yanına təlim keçməyə göndərildi.

Psixeyanın Kupidonun öpüşündən canlanması, Luvr, Ermitaj, 1787-1793.
Orfey, Ermitaj.

Bu hadisə Kanovanın on üç yaşında olmuşdur və iki il müddətində davam etmişdir. Kanova Bernardinin yanında nəzərəçarpan işlər görmüşdür. Kanovanın ustadı Venesiyaya qayıdır və qısa müddətdən sonra ölür, ölümündən əvvəl şagirdi haqda Falierə yaxşı fikirlər söyləyir və Falier onu Venesiyaya göndərir, Kanova burada Torrettinin qohumu ilə bir il müddətində birgə fəaliyyət göstərir.

Bundan sonra Kanova müstəqil fəaliyyətə başlayır və himayədarından Orfey və Yuridis heykəlinin sifarişini qəbul edir. İlk fiqur Yuridisi alov və tüstü arasında Aiddən ayrılarkən təsvir edib və 16 yaşı tamam olmamış tamamlayıb. Himayədarı və dostları tərəfindən böyük hörmət görən Kanova bu fəaliyyətindən sonra özünü böyük kütlə qarşısına çıxmağa hazır hesab edir.

Bəzi keşişlərin nəzakəti ilə o, boş monastır otağını emalatxanaya çevirdi. Bu emalatxanada dörd il böyük əzmlə öz fəaliyyətini davam etdirdi. Həmçinin o, bir çox mükafatlar qazandığı akademiyaya da davam edirdi. Amma o, daha çox təbiətin tədqiqinə və təsvir olunmasına vaxt ayırırdı. Vaxtının çoxunu sənətinin sirri kimi gördüyü anatomiya ilə məşğul olmağa ayırırdı. Əyləncə məkanlarına gedərək orada ifaçıların hərəkətlərinə və ifadələrinə diqqət yetirirdi. Aldığı qərarla uzun illər bir xətt çəkmədən yata bilmədi. Heykəltaraşlıqda inkişaf etməsinə səbəb olacaq hər bir şey uğrunda canfəşanlıqla çalışdı. Arxeoloji qazıntılara xüsusi diqqət yetirirdi. Həm qədim, həm də yeni tarix ilə maraqlanırdı. Avropa dillərini öyrənməyə başlamışdı.

Üç il heç bir əsər hazırlamadan keçmişdir. Himayədarı üçün hazırladığı qrupu tamamlamağa başladı və yaratdığı Orfey onun necə inkişaf etdiyini göstərdi. Bu iş hamı tərəfindən alqışlandı və onun məşhurlaşmasının təməlini qoydu. Bu işinin ardınca təlim keçdiyi illərdə hazırladığı Dedal və İkarın da daxil olduğu müxtəlif qruplar yaratdı. Özünəməxsus tərzi və təbiətin sadiqliklə təsviri çox böyük marağa səbəb oldu. Şöhrəti artdıqca Adriatik dənizi sahillərindən Tibr çayının sahilyanı ərazilərinə köçdü və iyirmi dörd yaşında Romaya getdi.

Romada karyerası

[redaktə | mənbəni redaktə et]
"Kritonun Sokratın gözünü yumması", 1790-1792, V&A.

Romaya getməmişdən qabaq maddi sıxıntısı olmadan fəaliyyətinə davam edə bilməsi üçün Kanovanın dostları Venesiya senatına təqaüd ayrılması üçün müraciət etdilər. Müraciət qəbul olundu. Üç il müddətində üç yüz dukat ayrılmasına qərar verildi. Kanova incəsənətə maraq göstərən Venesiyalı səfir Kavalyer Yuliandan tanış olmaq üçün məktub aldı və bunu müsbət qarşıladı.

"Tesey və Minotavr", 1781-1783, Piazza Scala qalereyası.

28 dekabr 1780-ci ildə Kanovanın Romaya gəlməsi həyatında yeni bir başlanğıc oldu.[7] O, burada antik dövrlərin ən gözəl əsərlərini işləyə biləcək və dövrünün mütəxəssisləri ilə rəqabət apararaq özünü inkişaf etdirə biləcəkdi. Romada hazırladığı ilk işi hal-hazırda Londonda Viktoriya və Albert Muzeyində nümayiş olunan Tesey və Minotavr əsəridir. Fiqurlar qəhrəmanlıq nümunələridir. Müzəffər Tesey canavarın cansız bədəninin üzərində oturmuş formada təsvir olunub. Bütün bədənini əhatə edən yorğunluq mübarizənin dəhşətli xarakterini əks etdirir. Sadəlik və təbii ifadə Kanovanın üslubunu səciyyələndirir və bunlara böyüklük və həqiqilik anlayışları da əlavə olunmuşdur.

Kanovanın növbəti işi Papa XIV Klementin şərəfinə hazırladığı abidə idi. Bu əsəri hazırlamazdan əvvəl Venesiya senatından maddi asılılığı olduğu üçün icazə almağı qərara almışdır. Bu məqsədlə şəxsən özü gedib icazə almışdır. Daha sonra o, dərhal Romaya qayıtmış və Via del Babuino yaxınlığındakı məşhur emalatxanasını açmışdır. Kanova bu əsər üzərində iki il dayanmadan çalışmışdır və 1787-ci ildə təqdim etmişdir. Bu əsər Kanovanın bir çox tənqidçi tərəfindən qiymətləndirilməsini təmin etmişdir.

"Kreuqa", 1800, Vatikan muzeyləri.

Beş il davam edən gərgin işdən sonra Papa XIII Klementin xatirəsinə məzar abidəsi hazırladı və məşhurluğu daha da artdı. Kanovanın fəaliyyəti sürətlənmişdi. Sol əlinə qonmuş kəpənəyin qanadlarını sağ əli ilə tutan Ruh onun əsərlərindən biridir. İnsanın mənəvi tərəfini nəzərdə tutan bu əsər, demək olar ki, hər baxımdan qüsursuzdur və Kanovanın əsərləri arasında klassik hesab olunur. İki fərqli qrupda və təzadlı ifadələrlə Erot və onun gəlnini ayaqüstə və uzanmış vəziyyətdə təsvir etdi. Bu və digər əsərlər onun şöhrətini çox artırdı, Rusiyadan onun Sankt-Peterburqa gəlməsi üçün təklif gəldi. Kanova bu təklifi rədd etdi, amma onun əsərlərinin çoxu Ermitaj muzeyinə göndərildi. Kanova öz dostuna belə yazırdı:"İtaliya mənim və incəsənətin vətənidir. Buranı tərk edə bilmərəm: mənim uşaqlığım burada keçib. Əgər mənim yetərsiz istedadım başqa ölkələrdə faydalı olacaqsa, İtaliyaya da faydası olmalıdır. Onun tələbi başqalarından üstün tutulmamalıdırmı?"

1795-1797-ci illərdə bir çox işlər gördü, bunların bir neçəsi əvvəl gördüyü işlərin surətləri idi. Bunlardan biri Venera və Adonisin ayrılığı əsəridir. Bu məşhur əsər Neapola göndərilir. Böyük Fransa İnqilabı artıq İtaliyada özünü göstərməyə başlamışdı. Kanova təklikdə qalmağı və anadan olduğu Possaqnoda istirahət etməyi qərara aldı. 1798-ci ildə bura gəlir və bir il müddətində daha çox rəsmlərlə maraqlanır. Siyasi vəziyyət sabitləşən kimi yenidən Romaya qayıdır. Gərgin fəaliyyəti onun sağlamlığına da təsir etmişdi. Dostu Prins Rezzoniko ilə Almaniyaya səyahət edir. İstirahətdən qayıtdıqdan və səhhəti normallaşdıqdan sonra yenidən arzu və istəklə fəaliyyətinə davam edir.

Fransa və İngiltərəyə səfərlər

[redaktə | mənbəni redaktə et]
Corc Heyter - Antonio Kanova 1817-ci ildə, Britaniya səfirliyi, Paris.

Fəaliyyətinin ilk 15 ilində Kanova yuxarıda qeyd olunan xidməti işlərlə məşğul olub. Onun fikri tamamilə öz emalatxanasındakı fəaliyyətinə yönəlmişdi. Parisə, Vyanaya səfərlərindən, Florensiyadaİtaliyanın başqa bölgələrində qısa müddətli yoxluğundan başqa Romanı tərk etməmişdir. Onun öz sözləri ilə "Onun heykəlləri onun vətəndaş mövcudluğunun yeganə dəlilidir"

Təvazökarlıq xüsusilə rəssamlara qarşı daimi xeyirxahlığını qeyd etməyi ona icazə vermirdi. 1815-ci ildə Papa ona əvvəllər Napaleonun rəhbərliyi altında ora çatdırılmış incəsənət nümunələrinin Parisdən gətirilməsinə başçılıq etməyi tapşırmışdı. Onun səy və cəhdləri ilə o ölkəsi üçün uğurlu və onun mühakiməsinə tərifəlayiq bir üsulla nizamladı.

Bu ilin payızında o, yüksək ehtiram gördüyü London səfəri arzusunu həyata keçirdi. Londonda yüksək ehtiram və xüsusi rəğbət göstərdiyi rəssam həmin dövrdə orada rəssamlığın yeganə nümayəndəsi sayıla bilən Benyamin Haydon oldu, o, xüsusilə İngiltərəyə keçirilən və bələdçiləri tərəfindən bilməzlikdən dəyərdən salınan Parthenon mərmərərinə görə hörmətə layiq görüldü. Faktiki olaraq gips nüsxələr Kanovanın tələbinə görə İtaliya, Florensiyaya göndərildiyi halda Elgin mərmərləri Britaniya muzeyi tərəfindən əldə edildi.

Kanova 1816-cı ilin əvvəlində ölkəsinin dahilərinin xilas etdiyi qənimətləri ilə Romaya qayıtdı. Dərhal sonra o bir neçə fərqlənmə nişanları aldı: o, Romada əsas rəssamlıq institutu olan Akkademiya di San Lukanın prezidenti oldu və Papanın şəxsi göstərişi ilə onun adı "Kapitolyanın Qızıl Cildi"nə həkk olundu. O, ildə 3 min kron illik təqaüd ilə İskayın markizi titulunu qəbul elədi.

Antonio Kanovanın qəbirüstü abidəsi, Santa Maria Qloriosa dei Frari kilsəsi, Venesiya, İtaliya.

İndi o, nəhəng bir dini heykəl hazırlamağı nəzərdə tuturdu. Eskiz İtaliyada heyranlığa səbəb oldu; mərmər tapıldı, heykəltaraşın iskənəsi işləmək üçün hazırlandı, ruhanilərin qısqanclığı və bəzi səbəblərdən ölkə planlaşdırılan işdən məhrum oldu. İbadətin ən xoş duyğusu Kanovaya stimul verdi və mane olunmasına baxmayaraq o iddiasına məbəd həsr eləməyi qərara aldı. Öz doğma vətənində o, yalnız heykəl yox həmçinin başqa işlərini də özündə ehtiva edən məbəd ucaldılması üçün hazırlıq gördü. Uyğun olaraq, Kanova 1919-cu ildə Possaqnoya yola düşdü. Sonra Binanın təməl daşı qoyuldu. Kanova Romaya qayıtdı. Lakin növbəti payızlarda da işçilərə başçılıq etmək və mükafatlarla onları ruhlandırmaq üçün Possaqnoya səfər etməyə davam etdi.

Bu zaman böyük xərclər onun resurslarını tükətdi və yaşının artması və xəstəliklərə baxmayaraq davamlı cəhdlərlə işləməyə davam etdi. O, ən parlaq əsərlərindən bəzilərini tamamladı və ya yerinə yetirdi. Mars və Venera, VI Piy, Pyeta, Sent Conun böyük fiqurları və uzanmış Maqdelena bunların arasındadır. Onun hazırladığı sonuncu iş onun dostunun nəhəng büstü idi.

1822-ci ilin may ayında Kral VII Ferdinanda yalan ifadə verən Burbonun at üzərində mum qəliblərdən heykəlinin tikintisinə nəzarət etmək üçün Neapola baş çəkdi. Bu səfər onun səhhətinə əhəmiyyətli dərəcədə ziyan vurdu, lakin Romaya qayıtdıqdan sonra yenidən özünə gəldi. İlin axırlarına doğru o, anadan olduğu yerə səfər etdi. Onun səfəri Venesiyayla davam etdi və təxminən 65 yaşında orada vəfat etdi. Onun xəstəliyi erkən yaşlarından oyma alətlərindən davamlı istifadə etməsinə görə yaranmışdı. O, Venesiyada Santa-Mariya Qlorioza dey Frari kilsəsində rəssam Tisian Veçellio üçün hazırladığı mavzoleydə mərmər piramidada dəfn edildi.

Yaddaqalan işləri

[redaktə | mənbəni redaktə et]

Kanovanın qəhrəmanlıq kompoziyaları, onun Meduzanın başı ilə Persey əsəri Almaniyadan qayıdışından qısa müddət sonra meydana çıxdı. İctimai rəyə görə bu iş indiyə qədərki antik əsərlər üçün ayrılan Vatikanın otaqlarının birinə yerləşdirildi.

1802-ci ildə Napaleonun şəxsi göstərişi ilə Kanova birinci konsulun büstünü hazırlamaq üçün Parisə qayıtdı. Rəssam səxavətlə qarşılandı və müxtəlif fərqlənmələrlə təltif edildi. Napaleon Mars sülh keşikçisi adlandırılan nəhəng heykəl dörd il ərzində tamamlana bilmədi. İmperatorun devrilməsindən sonra XVII Luis bu abidəni Britaniya hökumətinə təqdim etdi. Hal-hazırda abidə Londonun Hayd Park ərazisində Apsley evində saxlanılır.

Palamedes, Creugas və Damoxenus, Tesey və Kentavrın mübarizəsi, və Herakl və Lixas qəhrəmanlıq kompozisiyalarına aid edilə bilər, Hektor və Ayaks, Neopolun Kral Ferdinandı və başqaları ilə siyahı qabardıla bilər. Kanovanın mərmərdən işlədiyi Corc Vaşinqton abidəsi 1812-ci il müharibəsindən sonra Şimali Karolina dövlətinin tapşırığı ilə Kapitol Binasında nümayiş etdirilmişdir. Bu iş 9 ilə tamamlandı və Milad bayramı ərəfəsində döyüş gəmisi, paraxod və nəhayət, qatar vasitəsilə göndərildi.

Gözəllik və zərifliyin başçılığı altında Hebe heykəli tarixi baxımdan birinci yeri tutur. Dörd dəfə rəssam gənclərin ilahəsini daş üzərində əks etdirib. Axırıncı işi İtaliyada Forli muzeyində saxlanılır. Heykəllərin hər biri mövqe, ifadədə və tamamlamanın zərifliyində fərqlənir.

Rəqs edən Nimfalar Hebeyə oxşar obrazı özündə əks etdirir. Üç GözəllikVenera daha çox fərqləndirilir. Oyanmış Nimfa başqa bir unudulmaz işidir. Abidələrdən və qəbir heykəllərindən ən dəbdəbəliləri Mariya Kristinaya, Teşen Hersoquna hazırladığı doqquz fiqurdan ibarət olan əsərlər idi. Qeyd olunmuş Roman Pontif üçün iki əsərdən başqa Vittorio Alfieri üçün, venesiyalı admiral Emo üçün və Herotsio Nelson üçün kiçik abidələr də onun əsərləri arasındadır. Corc Antoni Leq Kek Kanovanın hazırladığı heykəlləri toplaması ilə tanınırdı, o əsərləri Brethertonda Bank Hallda I Yakov dövrünə aid olan sarayında nümayiş etdirirdi. 1860-cı ildə onun ölümündən sonra hərraca çıxarılaraq satılmış heykəllərin harada olması bilinmir.

  1. 1 2 3 4 5 6 W. M. R. 1911 Encyclopædia Britannica/Canova, Antonio (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 5. P. 204–206.
  2. 1 2 3 4 Сомов А. И. Канова, Антонио (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1895. Т. XIV. С. 300–301.
  3. 1 2 Канова Антонио // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 https://www.metmuseum.org/toah/hd/nova/hd_nova.htm.
  5. 1 2 3 4 5 RKDartists (nid.).
  6. Union List of Artist Names (ing.).
  7. Catholic Encyclopedia. "Antonio Canova". Catholic Encyclopedia. 27 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2013.
  8. Napoleon bu əsəri Milandakı Korso üçün sifariş etmiş, daha sonra isə imperator I Frans əsəri Vyanadakı Tesey məbədi üçün almışdır.
  • zu Dohna, Yvonne. Canova und die Tradition. Bern: Lang. 2006.
  • Lauren Keach Lessing. Presiding Divinities: Ideal Sculpture in Nineteenth-Century American Domestic Interiors. PhD dissertation: Indiana University. 2006.
  • Johannes Myssok, Antonio Canova. Die Erneuerung der klassischen Mythen in der Kunst um 1800 (Petersberg: Michael Imhof Verlag 2007).
  • Christian M. Geyer: Der Sinn für Kunst - die Skulpturen Canovas für München. Gebr. Mann, Berlin 2010, ISBN 978-3-7861-2633-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]