Cütdırnaqlılar

Vikipediya, azad ensiklopediya
(Artiodactyla səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Cütdırnaqlılar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cütdırnaqlılar (lat. Artiodactyla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.

Suidae (Donuzkimilər) fəsiləsinə ən geniş yayılmış və sayı nisbətən yaxşı qalmış Sus scrofa (çöl donuzu) aiddir. Onun ən yüksək sıxlığı Böyük Qafqazın Zaqatala-İsmayıllı bölgəsində, Talışda və ara-sıra Kür və Arazın tuqaylarında müşahidə olunur. Qabanın respublikada ümumi sayı 5500–6000 fərd kimi qiymətləndirilir.

Cervidae (Maralkimilər) fəsiləsindən Capreolus capreolus (cüyür) orta dağ qurşağı meşələrində rast gəlinir. Talış və Kiçik Qafqazda azsaylı olub, Böyük Qafqazda cütdırnaqlılar arasında sayı nisbətən çox olanı sayılır. Zaqatala, İlisu və İsmayıllı qoruqlarında sayları daha çoxdur. Azərbaycanda ümumi sayı 900–1000 başa yaxındır. Bu fəsilənin ikinci növü Cervus elaphus (nəcib maral) vaxtı ilə bütün meşələrdə rast gəlsə də, hazırda yalnız Böyük Qafqazın cənub ətəklərində qalmış, Qarayazı meşələrində demək olar ki yox olmuş, Göygöl qoruğunda isə yox olmaq üzrədir. Marallar Zaqatala, İlisu, İsmayıllı və Altıağac qoruqlarında cəmləşir, fəsillərdən asılı olaraq 1200–2500 m hündürlüklər arasında köç edirlər. Respublikada ümumi sayı 350–400-ə yaxındır.

Üçüncü fəsilə Bovidae (Boşbuynuzlular) dörd cinsə aid 5 növü cəmləşdirir. Gazella subgutturosa (ceyran) bir zamanlar Azərbaycanın bütün mərkəzi düzənliyində yayıldığı halda, indi yalnız Şirvan qoruğu (4000–4200 baş) və Korçay yasaqlığında (200–250 baş) (Kuliev, 2000) qalmışdır. Rupicapra rupicapra (qarapaça və ya köpgər) Böyük Qafqazın cənub ətəklərindəki qoruqlarda 1500–4000 m hündürlüklərdə rast gəlinir. Onun sayı 400–450 başa qədərdir. Cənubi Qafqazın bütün dağlarında rast gələn Capra aegagrus (bezoar keçisi) hazırda arealı parçalanmış şəkildə yalnız Kiçik Qafqazda qalmışdır. Həmin ərazilər bədnam erməni qoşunları tərəfindən işğal olduğuna görə keçilərin indiki vəziyyəti və sayı haqqında heç bir məlumat yoxdur. Ovis orientalis (Asiya muflonu) yalnız Naxçıvan Muxtar Respublikasında rast gəlinir və onun sayı burada 600–800 hüdudlarındadır (Kuliev, 2000).

"Ovis gmelini gmelini" (Erməni muflonu) Azərbaycanın naxçıvan muxtar respublikasında yaşayır.çox az saydadır.sayısı azərbaycanda 250–300 arasındadır.yüksək dağlıq yerlərdə yaşayır. iran, türkiyə, azərbaycan, ermənistanda yaşayır.

Capra cylindricornis (Dağıstan dağ keçisi) Baş Qafqaz silsiləsinin cənub və şərq ətəklərində 1000–3300 m hündürlüklərdə rast gəlir (Kuliev, 2000). Bu heyvanların ən yüksək sıxlığı Zaqatala qoruğunda müşahidə olunur. Onların ümumi sayı 3500–4000 başa çatır.

Bütün dırnaqlılar təbiətdə və insan həyatında böyük əhəmiyyət daşıyırlar. Məhz onlar ibtidai insanı qida ilə təmin etmişlər və bunu paleontoloji qazıntılar da sübut edir (Qadjiev, 1977). İndiki zamanda intensiv ovlanma və yaşayış yerlərinin mənimsənilməsi nəticəsində onların arealı daralmış və sayları azalmışdır. Hal-hazırda onlar əsasən mühafizə olunan ərazilərdə qalmışlar. Demək olar ki, onların əksəriyyəti Qırmızı kitaba düşmüşdülər.