Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif | |
---|---|
Janr |
komediya musiqili uşaq |
Rejissor | Rasim İsmayılov |
Ssenari müəllifi | Nadejda İsmayılova |
Baş rollarda |
Emil Pənahov Ramin Aslanov Hökümə Cəlilova Məmməd Məmmədov Şükufə Yusupova Leyla Bədirbəyli |
Operator | Aleksandr Melkumov |
Bəstəkar | Ruhəngiz Qasımova |
Rəssam | Məmməd Hüseynov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 10 yanvar 1983 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 63 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1983 |
Texniki məlumatlar |
7 hissə 1831 metr |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1577780 |
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır.[1] Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər.
Məzmun
[redaktə | mənbəni redaktə et]Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin (Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.[2][3]
Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...
Film haqqında
[redaktə | mənbəni redaktə et]Film 2-ci kateqoriyaya layiq görülüb.
Filmin üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]Rejissor: Elmira Əliyeva
Filmin direktoru: Arif Səfərov
Quruluşçu rejissor: Rasim İsmayılov
Quruluşçu operator: Aleksandr Melkumov
Səs operatoru: Kamal Seyidov
Ssenarist: Nadejda İsmayılova
Rəssam: Məmməd Hüseynov
Bəstəkar: Ruhəngiz Qasımova
Rollarda
[redaktə | mənbəni redaktə et]Məmməd Məmmədov - Ata
Şükufə Yusupova - ana
Leyla Bədirbəyli — nənə
Nəzri Babayeva - Gözəl Lalə
Ramiq Həsənov - Nadir
Nərgiz Cəfərli - Nərgiz
Zaur Mənsirov - Zaur
Emil Pənahov — Asif
Ramin Aslanov — Vasif
Hökümə Cəlilova — Ağasif[4]
Məmməd Məmmədov — Riyad
Şükufə Yusupova — Dilarə
Ramiz Əzizbəyli - milis nəfəri
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ “Asif, Vasif və Ağasif”in macəraları: Nadejda İsmayılova filmin kadrarxası məqamlarından danışır: [rejissor Rasim İsmayılovun filmi haqqında] //Azadlıq.- 2015.- 19 yanvar.- s.14.
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 110-111
- ↑ Gültəkin ƏLƏSGƏR. "Azərbaycan kinosunun 3 məşhur qəhrəmanı: biri xristianlığı qəbul edib, biri məsciddə çalışır, digəri..." (az.). yknews.az. 5.6.2014 — 12:31. İstifadə tarixi: 2014-08-09.[ölü keçid]
- ↑ "https://www.youtube.com/Asif, Vasif, Ağasif Azərbaycan dilində. İstifadə tarixi: 21.03.2023". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.
Mənbə
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288; 311-312.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Azərbaycan filmlərinin siyahısı
1983-cü ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı